"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

İham Mirzəyevin ittiham aktında yeni faktlar – ŞOK

12 Sentyabr 2014 - 23:38
in CƏMİYYƏT, GÜNDƏM
FacebookVatsap

“Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstıntaq şöbəsinin başimg1634016 müstəntiqi polis mayoru Əliyev Israyıl İsrayıl oğlu Mirzəyev İlham Əlikram oğlunun Azərbaycan Respublıkasının CM-nin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair 1419000153 nömrəli cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçırən prokurora göndərılməsi üçün toplanmış sübutların kifayət olduğunu hesab edərək Azərbaycan Respublikası CPM-nin 289-cu maddəsini rəhbər tutub, hazırkı ittiham aktını tərtib etdim. Həmin cinayət işi 10 aprel 2014-cü il tarixdə tərəfımdən faktla görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü mıaddəsi ilə başlanmış və icraatıma qəbul edilərək ibtidai istintaqı aparılmısdır”.

Bunu da oxuyun

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

2-ci hissə
İlham Mirzəyev: “Narahat olma, elə edəcəyəm ki, o oğlan it kimi sənin ayağına gələcək, ömürlük səninlə bir yerdə olacaq”
“Cinayət işi üzrə aparılmış ibtidai istintaq zamanı təqsirləndirilən şəxs Mirzəyev İlham Əlikram oğlunun təqsirliyini təsdiq edən aşağıdakı mötəbər sübutlar əldə olunmuşdur:
Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş X.X. (hələlik ad şərtidir, məhkəmə istintaqında ifadəsi dindiriləcək – red.)  ifadəsində göstərmişdir ki, subaydır, əvvəllər bir neçə dəfə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Moskva” univermağında qızıl-zinət əşyalarının alğı-satqısı ilə məşğul olan A. adlı oğlandan qızıl-zinət əşyaları alarkən tanış olmuşlar. A.-dan bir oğlan kimi xoşu gəlmiş, münasibətlərində A.-nın da ondan xoşunun gəldiyini hiss etmişdir. Fikirləşmişdir ki, A. ilə  daha yaxından münasibəti yaransın və gələcəkdə belə bir insanla ailə həyatı qursun. Eşitmişdir ki, cavan qızlar, xanımlar ailə həyatı qurmaq üçün, xoşu gələn insanla yaxın münasibət yaratmaqdan ötrü falçı yanına gedirlər, falçı onlara şirinlik duası yazır, bunun nəticəsində qızlar istədiyi oğlanla ailə həyatı qurur, xoşbəxt olurlar. Eşitmişdir ki, “İlhaMed” Tibb Klinikasının direktoru İlham Mirzəyev falçılıqla məşğul olur, bəxt açır, elə dua yazır ki, oğlanı qızın ayağına gətirir, oğlan qıza elə bağlanır ki, ömürlük ondan əl çəkmir. Hələ bu məsələdən əvvəl o, İlham Mirzəyevi televizorda veriliş apararkən (Space-də.Red.) görmüş, onu ekstrasens, öncəgörücü kimi tanımış və onun gələcəkdə baş verəcək hadisələrdən xəbər verdiyini, falçılıqla məşğul olduğunu eşitmişdir. O, imkanlı insanla ailə həyatı qurmaq, gələcəkdə daha yaxşı ömür sürmək istəmiş və bu niyyətlə də A. adlı qızıl alverçisi ilə evlənməyinə kömək göstərməsindən ötrü İlham Mirzəyevə müraciət etmək qərarına gəlmişdir. 02 aprel 2014-cü il tarixdə o, Bakı şəhəri, Nərimanov rayonu ərazisində “Cıdır” atçılıq stadionunun arxa tərəfində yerləşən yeni inşa olunmuş çoxmərtəbəli binanın ikinci mərtəbəsində fəaliyyət göstərən “İlhaMed” Tibb Klinikasına gələrək klinikanın direktoru İlham Mirzəyevə müraciət etmişdir. İlham Mirzəyev onu öz otağında tək qəbul etmiş, o, gəlişinin məqsədini danışmışdır. İlham Mirzəyev ondan həyatı barədə soruşub sorğu-sual etmiş, o isə subay olduğunu, dörd ay əvvəl anasını itirdiyini, sevdiyi oğlanla ailə həyatı qurmaq, oğlanla münasibətlərinin yaxınlaşmasını istədiyini danışmışdır. İlham Mirzəyev özü ona bildirmişdir ki, “Sən narahat olma, hər şey yaxşı olacaq. Mən həmin sevdiyin oğlanı sənin ayağına gətirəcəyəm. Elə edəcəyəm ki, sizin münasibətləriniz yaxşılaşacaq. Mən sizin münasibətlərinizdə şirinlik yaradacağam və sizi bir-birinizə qovuşduracağam”.
İlham Mirzəyev elə danışmış, adama elə sözlər demişdir ki, adam onun bütün sözlərinə inanmışdır.
“Əgər 15 gün müddətində mən dediyim işi görə bilməsəm, o oğlan ayağına düşməsə, mən İlham Mirzəyev olmaram”.
Adama elə gəlmişdir ki, bu insan həqiqətən də hansısa qeyri-adi gücə, bacarığa malikdir. İlham Mirzəyev demişdir ki, “narahat olma, elə edəcəyəm ki, o oğlan it kimi sənin ayağına gələcək, ömürlük səninlə bir yerdə olacaq”. Hətta İlham Mirzəyev ona tam əminliklə demişdir ki, “əgər 15 gün müddətində mən dediyim işi görə bilməsəm, o oğlan ayağına düşməsə, mən İlham Mirzəyev olmaram”. İlham Mirzəyev söhbətin əvvəlində özü haqqında elə danışmışdır ki, guya xeyirxah insandır, ondan yaxşı insan yoxdur, onun əsas məqsədi insanlara kömək etmək, onların xoşbəxt olmasında vasitəçilik etməkdir, pul onun üçün heç nədir. İlham Mirzəyev demişdir ki, “mənim üçün əsas sənin xoş günündür”. O, düşünmüşdür ki, gör, bu insan necə də yaxşı insandır”.
“Başqalarına bu işi 3-4 min Avroya edirəm, sənin üçün də hörmətə bu işi 3000 Avroya görərəm”
“Beləcə, o, bir neçə dəfə “İlhaMed” Tibb Klinikasına İlham Mirzəyevin yanına getmiş və onun qəbulunda olmuşdur. İlham Mirzəyev hər dəfə onunla bu cür danışmış və onu tam inandırmışdır ki, sevdiyi insanı onunla qovuşduracaq. Hər dəfə də oraya gedərkən İlham Mirzəyevin qəbuluna düşmək üçün kassaya 50 manat pul ödəmiş və bunun müqabilində kassadan ona qəbz verilmiş, hər dəfə qəbula girdikdə İlham Mirzəyev pulun ödənilməsinə dair qəbzi ondan almışdır. Növbəti dəfə bu məqsədlə qəbula gəldikdə İlham Mirzəyev puldan söhbət açmış və bildirmişdir ki, “bu iş elə-belə başa gəlmir, başqalarına bu işi 3-4 min Avroya edirəm, sənin üçün də hörmətə bu işi 3000 Avroya görərəm”.
“O, 3000 Avro pulu, onun və sevdiyi oğlanın fotoşəkillərini İsrail dövlətinə göndərəcək ki, oğlanla onu qovuşdursunlar, sevdiyi oğlan gəlib ayağına düşsün…”
Bir də, İlham Mirzəyev ondan sevdiyi oğlanın və özünün ayrı-ayrı foto şəkillərini istəmiş və demişdir ki, pulla birlikdə həmin fotoşəkilləri də gətirməlidir. O, 3000 Avro pulu, onun və sevdiyi oğlanın fotoşəkillərini İsrail dövlətinə göndərəcək ki, oğlanla onu qovuşdursunlar, sevdiyi oğlan gəlib ayağına düşsün. İlham Mirzəyev hətta bildirmişdir ki, ondan alacağı 3000 Avro pulun hamısını şəkillərlə birlikdə İsrailə göndərəcəyi səbəbindən pulu Avro ilə istəyir və demişdir ki, bu iş həll olunandan sonra onun özünə də ayrıca nə istəsə hörmət edər. İlham Mirzəyevin sözündən elə çıxmışdır ki, guya verəcəyi 3000 Avrodan ona bir qəpik də qalmır, hamısını İsrailə göndərəcək. İlham Mirzəyev ondan sevdiyi oğlanın fotoşəklini də istəmişdir. O, “WhatsApp” proqramındakı profilindən A.-nın fotoşəklini çıxarıb əldə etmişdir. Özündə olan milli pulu valyutadəyişmə məntəqəsində Avroya dəyişdirib 1600 Avro pul əldə etmişdir. 09 aprel 2014-cü il tarixdə, təxminən saat 16:30 radələrində “İlhaMed” Tibb Mərkəzinə gəlmiş və İlham Mirzəyev onu otağında qəbul etmişdir. O, İlham Mirzəyevə otağında üstündə olan 1600 Avro pulu, özünün və A.-nın şəklini ayrı-ayrı fotoşəkillərini vermişdir. İlham Mirzəyev bildirmişdir ki, pulun qalan hissəsini də sabah gətirib versin, çünki İsrailə pulun hamısını göndərəcək. İlham Mirzəyev ondan A.nın şəklini alıb baxmış və sevdiyi şəxsin bu insan olduğunu bir daha soruşmuşdur. O, “hə” dedikdə, İlham Mirzəyev bildirmişdir ki, “narahat olma, 15 günə kimi sevdiyin oğlanla səni qovuşduracağam”. O, İlham Mirzəyevin söylədiyi kimi bu işi belə qısa müddətdə görə biləcəyindən təəccüblənmiş və ondan “doğrudan?” deyə soruşmuşdur. İlham Mirzəyev isə ona rus bilində “obijayeş” deyə cavab vermiş, sözündən elə çıxmışdır ki, onun bu qabiliyyətinə şəkk-şübhə etməsin.
O, həmin gün pulu və fotoşəkilləri İlham Mirzəyevə verəndən sonra çıxıb getmiş, evə gəldikdən sonra götür-qoy etmiş, fikirləşmişdir ki, görəsən, bu insan həmin işi görə bilər, yoxsa yox? Söhbət əsnasında bir-iki nəfər tanışı ilə bu barədə ümumi danışmış, tanışları bunun yalan söhbət olduğunu, falçılığın boş, cəfəngiyat olmasını və bu cür insanların onun kimi sadəlövh, hamıya inanan adamları tez bir zamanda aldadıb toruna salaraq pullarını ələ keçirdiklərini söyləmişlər. Bu söhbətdən sonra anlamışdır ki, İlham Mirzəyevin də ona söylədikləri, verdiyi vədlər boş yalandır. Bu cür sözlərlə onu aldadaraq 3000 Avro pulunu ələ keçirmək istəyir. O, tam qərara gəlmtşdir ki, vermiş olduğu 1600 Avro pulunu geri tələb etsin. Bu məqsədlə İlham Mirzəyevin 0502112979 nömrəli mobil telefonuna həmin gün iki dəfə zəng vurmuş, lakin zənglərinə cavab verməmişdir. Halbuki 3-4 gün əvvəl o, İlham Mirzəyevin bu nömrəsinə zəng vurmuş, İlham Mirzəyev özü telefonda onun zəng etdiyini bilib, geriyə, ona zəng vurub bu iş barədə danışmış, hətta “əlini qoy döşünün üstünə” deyərək ona 100 faiz ümid vermişdir. Yəni İlham Mirzəyev telefon nömrəsini bilmiş, bu dəfə zənglərinə cavab verməyəndən sonra ona qarşı şübhələri daha da artmış, tam əmin olmuşdur ki, bu insan fırıldaqçıdır və onu aldatmışdır”.
“Polis əməkdaşları İlham Mirzəyevdən ondan pul alıb-almadığını soruşduqda, o, həqiqətən bir qədər əvvəl iş otağında ondan 1400 Avro pul aldığını etiraf etmişdir”
“Bundan sonra qərara gəlmişdir ki, İlham Mirzəyev barəsində şikayət etsin. 10 aprel 2014-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gələrək şikayət ərizəsi ilə müraciət etmiş və bildirmişdir ki, İlham Mirzəyev ondan əlavə 1400 Avro da pul istəyir. O, həmin pulu tapmış, amma başa düşmüşdür ki, bu adam onu aldadıb, lazım gəlsə, onun qanunsuz hərəkətlərinin ifşa olunmasında iştirak edib, polis əməkdaşlarına köməklik edə bilər. Həmin gün baş idarədə polis əməkdaşları onun şəxsi vəsaiti olan 14 ədəd 100-lük Avro pul əsginazlarını seriya və nömrələrini hal şahidlərinin iştirakı ilə protokolda yazıb İlham Mirzəyevə verməsi üçün ona qaytarmışlar. Həmçinin, polis əməkdaşları ona əməliyyat planına uyğun necə hərəkət edəcəyini bir daha başa salmışlar. Bundan sonra saat 15:30-da əməliyyat qrupunun üzvləri ilə birlikdə “İlhaMed” Tibb Klinikasının qarşısna gəlmişlər. O, özü tək halda tibb mərkəzinə daxil olaraq birbaşa İlham Mirzəyevin otağına daxil olmuşdur. O, 14 ədəd 100-lük Avro pul əsginazlarından ibarət cəmi 1400 Avro pulu İlham Mirzəyevə təqdim etmiş, İlham Mirzəyev pulu alıb bir daha düzgünlüyünü müəyyən etmək üçün saymış və “dünən 1600 vermisən, bu da 1400” deyib oturduğu stolun sağ tərəfindəki şkafın siyirtmə gözünə qoymuş, ona da “sən narahat olma, biz bacı-qardaş olacağıq”.
O, bundan sonra otaqdan çıxmış və əməliyyat planına uyğun olaraq kənardan müşahidə aparan əməliyyat qrupunun üzvlərinə işarə etmişdir. Əməliyyat qrupunun üzvləri dəvət olunmuş hal şahidlərinin və onun iştirakı ilə İlham Mirzəyevin otağına daxil olmuşlar. Polislər xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş, İlham Mirzəyevi əməliyyat tədbirinin həyata keçirilməsi ilə bağlı tərtib olunmuş qərarla tanış edərək onun barəsində şikayət edildiyini söyləmişlər. Polis əməkdaşları İlham Mirzəyevdən ondan pul alıb-almadığını soruşduqda, o, həqiqətən bir qədər əvvəl iş otağında ondan 1400 Avro pul aldığını etiraf etmişdir. Polis əməkdaşları İlham Mirzəyevə həmin pulları təqdim etməyi təklif etmişlər. Bundan sonra, İlham Mirzəyev oturduğu stolun sağ tərəfindəki şkafın siyirtmə rəfini açıb oradan 1400 Avro pulu təqdim etmişdir. Polis əməkdaşları İlham Mirzəyevin təqdim etdiyi 14 ədəd 100-lük Avro pullara baxış keçirdikdə həmin pul əsginazlarının seriya və nömrələrinin ona protokola verilmiş 14 ədəd 100-lük Avro pul əsginazlarının seriya və nömrələri ilə üst-üstə düşdüyü məlum olmuşdur.  Sonra polis əməkdaşları həmin 14 ədəd 100-lük Avro pul əsginazlarını kağız zərfdə qablaşdırıb möhürləyərək götümüşlər. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o və digər iştirakçılar, o cümlədən İlham Mirzəyev protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər…”. /Təzadlar qəzeti/

 

Tags: SAVAŞ
Previous Post

İham Mirzəyevin ittiham aktında yeni faktlar – ŞOK

Next Post

Ukraynaya daha 760 milyon avro

Bənzər yazılar

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07

İyunun 3-də Peterburq Beynəlxalq İqtisadi Forumu (SPIEF) çərçivəsində Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) 34-cü iclası...

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

Bakcell-in dəstəyi ilə boolood İçərişəhərin əsrlərə şahidlik edən qala divarları önündə

03 İyun 2026 - 18:23

30 may tarixində Boolood komandası mövsümün ikinci tədbirini İçərişəhərin qala divarlarının yaxınlığında, Bakının ən tanınmış tarixi məkanlarından biri olan Qoşa...

Next Post

Ukraynaya daha 760 milyon avro

“Optika-Mexanika” “ASELSAN”la əməkdaşlıq edəcək

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.