IEA: Qlobal neft tələbi bu il rekord həddə çatacaq

40

Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbinin rekord həddə çatacağını açıqlayıb. Tələbin ötən illə müqayisədə gündəlik 1 milyon 870 min barel artaraq 101 milyon 720 min barrelə çatacağı gözlənilir.

Elchi.az xarici mediaya istinadən xəbər verir ki, bu məbləğ bütün zamanların ən yüksək məbləği kimi diqqəti çəkir.

OPEC tələbatın əvvəlki ilə nisbətən 470 min barel artaraq 46 milyon 420 min barrel, qeyri-OPEC ölkələrində isə 1 milyon 400 min barrel artımla 55 milyon 300 min barrel olacağı hesablanır.

Qlobal neft tələbində gözlənilən artımın təxminən yarısının COVİD-19 məhdudiyyətlərinin qaldırıldığı Çindən gələcəyi qiymətləndirilir. Digər tərəfdən təyyarə yanacağının gündə təxminən 840.000 barel artımla ən böyük artım mənbəyi olmağa davam edəcəyi gözlənilir.

OPEC-in gündəlik xam neft hasilatı 2022-ci ilin dekabr ayında əvvəlki ayla müqayisədə 40 min barrel azalaraq 29 milyon 19 min barel olub. Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 290 min barrel olaraq qeyd edilib. Belə ki, OPEC-in ötən ay gündəlik neft hasilatı 34 milyon 480 min barel olub.

OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı isə əvvəlki ayla müqayisədə gündəlik 780 min barrel azalaraq 66 milyon 520 min barel olub.

Yeganə