"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur”

17 Dekabr 2016 - 11:04
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

“İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur”“Torpaq sahəmi və evimi icra başçısına satmadığım üçün o, mənə yurdumda yaşamağa imkan vermir”

 
“Torpaq sahəmi və evimi icra başçısına satmadığım üçün o, mənə yurdumda yaşamağa imkan vermir. Mənə qarşı haqsızlıqlar edir, adamlarını üstümə göndərir, əkin sahələrimi məhv edir”.
Bu sözləri Lerik rayonu Zərinqala kənd sakini, əmək veteranı, Baba Ağayev redaksiyamıza gələrək bildirib. B.Ağayevin sözlərinə görə Lerik rayonunun icra başçısı və müavini onun kənddəki sakit həyatını kabusa çevirməklə məşğuldurlar: “Lerikin Zərinqala kəndi İranla sərhəddə yerləşən digər 20-dək kəndlə birlikdə keçən əsrin 51-ci ilində boşaldılaraq, sakinləri aran rayonlarına deportasiya edilmişdi. Yalnız mərhum prezident Heydər Əliyev 70-ci illərdə hakimiyyətdə olarkən keçmiş sakinləri geri qaytararaq öz ata-baba yurdlarında yaşamasına şərait yaratdı. Zərinqala kəndinin sakinlərinə də Lerik rayon XDS Rəyasət Heyətinin 25 may 1992-ci il tarixli qərarı ilə ata-baba yurdlarına qayıdıb ev tikmək, təsərrüfatla məşğul olmaq üçün torpaq sahələri verildi. Mən əmək təqaüdünə çıxandan sonra – 1993-1994-ci illərdə burada özümə ev tikib elə o vaxtdan da burada yaşayıram. 1993-cü ildən 2015-ci ilədək sakit həyatımızı yaşamış, kənd təsərrüfatı ilə məşğul olmuşuq. Amma bir müddətdir rayonun icra başçısı Rövşən Bağırov və onun birinci müavini Cəlil Baxşiyev hər vasitə ilə işimizə əngəllər yaradır. 2015-ci ilin yazında icra başçısı sürücüsü vasitəsilə məni qəbula dəvət etdi. Qəbuluna getdiyimdə bizim kənddən xoşu gəldiyini və onun da orada bir evi olmasını istədiyini dedi. Mən onun təklifinə məmnuniyətlə razılıq verib bildirim ki, gəlib baxarsınız, biz 5 nəfər kənd sakini bir- birimizə qardaş, əmioğluyuq.
Daha da sevinərik ki, sizin orada eviniz olsun, bəyəndiyiniz yerə tikinti materiallarını göndərin, tikinti işinə də sizə hər cür köməklik etməyə hazırıq. Bir müddət sonra isə başçının birinci müavini mənə bildirdi ki, başçı və o özü bizim ərazini bütövlükdə almaq istəyirlər. O, hətta evimin və qeyd etdiyim ərazinin alınması üçün bir simvolik qiymət də dedi – 15-20 min manat. Bu təkliflə razılaşmadım. Mən öz ata-baba torpağımı yenidən tərk etmək istəmirdim. Ona görə də birinci müavin C.Baxşiyevə rədd cavabını verdim. Bu vəziyyətdən sonra bizə qarşı əsl müharibə başlandı. İcra hakimiyyəti, xüsusilə onun birinci müavini öz adamlarını üstümüzə qaldırmağa başladı. Qonşu Divaqac kəndinin sakinləri Xanəhmədov Ramiz və oğlu İlkin, habelə onların yaxın qohumları Nuriyev Eynulla və onun dəfələrlə oğurluq və xuliqanlıq hərəkətlərinə görə polisə düşmüş oğlanları, Lerik şəhər sakini, icra başçısının birinci müavini C.Baxşiyevin əlaltısı Sahiyev Miriş hasarımızı sökdülər. Əkin sahəsində olan meyvə ağaclarının bir hissəsini qıraraq “bu torpaq bundan sonra bizə verilib” deyə xuliqanlığa başladılar. Bildirdilər ki, bu torpağı bu gündən onlara rayonun “padşahı” verib.
Ondan bir gün sonra Xanəhmədov Ramiz oğlu ilə birlikdə təkrar həyətimizdəki torpağa daxil olaraq bel ilə başıma zərbə endirmək istəyərkən yanımda olan Qosmaliyan kənd sakini Oqtay Əhmədov məni zərbədən yayındırdı. Bir-iki gün sonra isə işimizə əngəl  törətmək üçün əkin sahəmizi suvarmaqdan ötrü quraşdırılmış 250 manatlıq su nasosunu və onun elektrik xətlərini gecə ikən oğurladılar.
Şikayətim də hüquq-mühafizə orqanlarında obyektiv araşdırılmadı, 18 iyul 2016-cı ildə Lerik rayon Məhkəməsi İXM-nin 296-cı maddəsi ilə qərəzli qərar qəbul edərək R.Xanəhmədovla yanaşı, məni 50 də manat cərimə etdi. Lakin Şirvan Apelyasiya məhkəməsi verdiyim şikayətə obyektiv yanaşaraq Lerik məhkəməsinin qərəzli qərarını ləğv edib, mənim barəmdə olan əsassız qərara xitam verdi. R.Xanəhmədov barədə verilən cəzanı isə qüvvədə saxladı. Bunlardan nəticə çıxarmayan icra başçısı və müavini yeni ehtiyat qüvvələrini işə saldı. Divaqac kənd sakini Nuriyev Eynulla və oğlanları 2016-cı ilin iyul ayının 8-də ərazimizdən biçdiyimiz 3 maşın quru otu gecə ikən oğurlayıb apardılar.
Bu şikayətimizin də nəticəsi bugünədək yoxdur. O vaxt mən xəstəliyimlə əlaqədar Bakı şəhərinə gələndən sonra bu şəxslər üçün yenə fürsət yaranır və mənə məxsus su sexinin qapısını sındırıb içəridə suyu qazlaşdıran aparatın (saturator) üstündəki 2 ədəd elektrik mühərriklərini, orada olan 4 ədəd stolu, yeməkxananın çoxlu mətbəx avadanlıqlarını, təxminən 24-26 mm-lik armaturları oğurlayıb aparıblar. Bu iş də ört-basdır edilidi. 25 noyabr 2016-cı ildə bu şəxslər heç nədən çəkinmədən ərazimizdəki “setka” hasarı yenə sökərək traktorla əkin sahəmizə daxil olub, meyvə ağaclarımıza ziyan vurmaqla əkin sahəmizi şumlayıblar.  Dəfələrlə aidiyyəti qurumlara müraciət etsəm də, işimə obyektiv yanaşılmır. Özünü şəhərin padşahı hesab edən icra başçısına torpağımı satmadığım üçün mənim başıma bu oyunları açır. Qəzet vasitəsilə prezidentə müraciət edərək xahiş edirəm ki, bütün bu qanunsuzluqların qarşısını almaqda mənə kömək etsin”.
Yazıda adı hallanan tərəflərin də mövqeyini dərc etməyə hazırıq.
Previous Post

“İcra başçısı məni halal mülkümdə yaşamağa qoymur”

Next Post

Əli Həsənov Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlini qoydu – Foto

Bənzər yazılar

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48

ABŞ-nin vitse-prezidenti Cey Di Vens ölkənin Yunanıstandakı səfiri Kimberli Gilfoyl ilə bağlı irəli sürülən ittihamlar üzrə bütün halların aydınlaşdırılmasını gözləməyə...

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20

Panamanın cənubunda 7,6 maqnituda gücündə zəlzələ baş verib. Elchi.az xəbər verir ki, ABŞ Geoloji Xidmətinin məlumatına əsasən, yeraltı təkanların episentri...

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb. Elchi.az "Euronews"a istinadən xəbər verir ki,...

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07

Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar...

Next Post

Əli Həsənov Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlini qoydu - Foto

Əli Həsənov Həştərxanda Azərbaycan Biznes Mərkəzinin təməlini qoydu - Foto

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.