"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

İcra başçıları nazirin verdiyi əmri geri oxutdurdular – nonsens

01 Noyabr 2014 - 10:46
in Kateqoriyasız
FacebookVatsap

Azərbaycanda görünməmiş hadisə; Rayon təhsil şöbələrinin ləğvi və Regional Təhsil İdarələrinin img1668886yaradılması barədə qərarın təxirə salınmasının ilginc səbəbləri; Təhsil şöbələrinə “yağlı tikə” kimi baxan yerli məmurlar şok dirəniş göstərib və 15 dekabrda icra olunacaq təhsil islahatını tormozlayıb

Bunu da oxuyun

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

2015-ci ilin yanvarın 1-dən Regional Təhsil İdarələrinin yaradılması barədə təhsil naziri cənab Mikayıl Cabbarovun imzaladığı əmrin təxirə salınmasının şok təfərrüatları ortaya çıxıb. Söhbət ölkədəki rayon təhsil şöbələrinin ləğvinin əvəzində müvafiq qurumların yaradılması barədə nazirin imzaladığı əmrdən gedir.

Qeyd edək ki, təhsil naziri ötən ay müəllimlərin mükafatlandırılması ilə bağlı keçirilən tədbirdə qərarın təxirə salınmasının səbəbi kimi maliyyələşmə probleminin olduğunu önə çəkmişdi. M. Cabbarov 16 oktyabr toplantısında bildirib ki, Milli Məclisə təqdim olunan gələn 2015-ci ilin dövlət büdcəsində Regional Təhsil idarələrinin yaradılması üçün müvafiq vəsait nəzərdə tutulmadığı üçün yeni sistemə keçid ertələnib. Odur ki, növbəti ildə də rayon təhsil şöbələri ənənəvi şəkildə fəaliyyətini davam etdirəcək. Hansı ki, cəmi bir ay öncə cənab Cabbarov təhsil şöbələrinə “yır-yığış” etməkdən ötrü 15 dekabra qədər vaxt vermişdi. Sözügedən məsələ gündəmə gələndən yerli şöbələrdə bir süstlük yaranmışdı və minlərlə təhsil işçisi işsiz qalacaqlarından dolayı dərin bədbinlik içindəydilər. Ancaq kimsə cəsarət edib işsizlik fəlakəti ilə bağlı perspektivə açıq etiraz etməyi xəyalına belə gətirmirdi. Həm də ümidlər sona qədər ölməmişdi və “şöbələr yəqin ki, tam ləğv olunmayacaq, heç olmasa 5-10 nəfərlik heyət saxlanılacaq” tipli gözləntilər də var idi. Ancaq təhsil naziri qəfil bəyan etdi ki, qərarın icrası təxirə salınır, özü də qeyri-müəyyən müddətə. Bu isə təhsil şöbələrində toy-bayram ovqatının yaranmasına səbəb olub.
Bəs, əslində nə baş verib? Hansı güclü qüvvədir ki, ən yüksək səviyyədə dəstək alan nazirin əmrini geri oxutdura bilib? Yeri gəlmişkən, təhsil naziri şöbələrin ləğvi ilə bağlı qərarı verərkən prezident sərəncamına istinad etmişdi. 24 iyul 2014-cü il tarixdə imzalanan “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda deyilirdi: “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikası Təhsil Nazirliyinin aşağıdakı regional idarələri yaradılsın…” Diqqətinizə çatdıraq ki, dövlət başçısı Azərbaycan Təhsil Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədi ilə nazirliyinin 15 regional idarələrinin yaradılmasını qərara alıb.
Amma budur, qərarın icrası təxirə salındı. Təhsil nazirinin səbəb kimi maliyyələşməni göstərməsini bir sıra ekspertlər inandırıcı arqument saymır. Hesab olunur ki, maliyyə naziri Samir Şərifov prezident sərəncamı ilə icrası nəzərdə tutulan proqramı maliyyələşdirməkdən imtina edə bilməzdi. On illərdir fəaliyyət göstərən təhsil şöbələrinin yerinə qısa müddətdə Regional Təhsil Şöbələrinin yaradılmasının mümkün olmaması fikri də ciddi səbəb kimi qəbul edilmir. Bu barədə “Yeni Müsavat”ın əldə etdiyi bilgilər isə heyrətamizdir. Etibarlılığına heç bir şübhəmiz olmayan məlumatlı mənbənin bildirdiyinə görə, naziri əmrini geri oxutmağaErayon icra başçıları vadar edib! Konkretləşdirsək, hesab olunur ki, icra başçıları onların “təhsil bazarı”na ağır zərbə vurmağı planlaşdıran nazirin islahatlar istiqamətində çox ciddi bir addımı atmasına son anda imkan verməyib. Hətta rayon təhsil şöbəsinin müdirini təyin etməklə bu sektorun işinə müdaxilə edən icra hakimiyyəti başçıları sözsüz ki, məsələni sakit qarşılaya bilməzdi.
Məlumata görə, təhsil şöbələrinə “yağlı tikə” kimi baxan icra hakimiyyətinin başçıları bu sektorun nəzarətdən çıxarılması üçün düşünülən “məxməri inqilab”ın gerçəkləşməsini əslində özlərinə vurulan zərbə kimi qəbul etdikləri üçün prosesin tormozlanması naminə var qüvvələri ilə çalışıblar. Mənbə iddia edir ki, bu etirazlar kütləvi və mərkəzləşmiş qaydada həyata keçirilsə də, məxfiliyin maksimum qorunması üçün çalışılıb. Xüsusilə də hakimiyyət olimpində güclü dayaqlara malik nazirlərə birbaşa çıxışları olan, həmçinin “avtoritet” kimi tanınan başçılar bu prosesdə öndə olublar. Onların arasında “onsuz da bələdiyyələrdən sonra bizim taleyimiz hər an sual altındadır, yeganə nəzarət etdiyimiz sahə təhsildir, o da əldən çıxandan sonra biz kimə lazımıq? Bundan sonra rayonda bizi saya salan da olmayacaq” deyə, umu-küsü edənlər də tapılıb. İddiaya görə, hətta icra başçıları arasından, qarşıdan bələdiyyə və parlament seçkilərinin gəldiyini xatırladıb: “Biz seçkidə işimizi əsasən təhsil şöbələri, müəllimlərlə birgə görürük, bizə tabe olmayandan sonra kim bizi eşidəcək”,  – kimi şantaj mövqeyindən çıxış edən də tapılıb. Nəticə də bəlli, icra başçıları qələbə çalıb.
Xatırladaq ki, yeni sistemə keçidlə bağlı qərarın olduğu ərəfədə hətta hakimiyyətyönlü təhsil ekspertləri bu sərəncamın hökmən öz müsbət nəticəsini verəcəyini bildirirdilər. “Ona görə ki, rayon təhsil şöbələri rayon icra hakimiyyətlərinin təsiri altından çıxacaq. Çünki icra hakimiyyətləri üçün toyxana necədirsə, təhsil şöbəsi, məktəb də odur. Çox şükür ki, təhsil şöbələri icra hakimiyyətlərinin nəzarətindən çıxdı və azad fəaliyyət göstərəcək. Azadlıq olan yerdə də uğur həmişə olacaq”,  – bunu sabiq deputat Şahlar Əsgərov demişdi. Hazırda 38 yaşı olan M.Cabbarovun ötən ilin aprelində təhsil naziri təyin olunmasına bir sıra müşahidəçilər fərqli yanaşırdı. Ancaq gənc nazirin təhsil sahəsindəki neqativlərə qarşı bir sıra hallarda cəsarətli mövqe nümayiş etdirməsi, “əvəzolunmaz” kadrları belə uzaqlaşdırıb yeni simaları təhsil sektoruna cəlb etməsi, həmçinin yerlərdə vətəndaşlarla açıq ünsiyyəti ilə diqqəti cəlb etməsi nazirə olan etimadın artmasına rəvac verdi. Onun təhsili icra başçılarının əsarətindən xilas layihəsi də pozitiv qarşılanırdı. Di gəl ki, proseslər əksinə cərəyan edir…
Mənbəmizə xitabən bir az əvvəlki proseslərə ekskurs edək. Məlumata görə, təhsil naziri Mikayıl Cabbarov təyinatının ilk günlərindən hətta sələfi Misir Mərdanovun da bir neçə dəfə etiraf etdiyi problemdən, rayon təhsil şöbələrini icra başçılarının monopoliyasından xilas etməyin yollarını arayırmış. Məhz elə buna görə də nazir M.Mərdanovun dövründə tətbiqinə başlanılan müəllimlərin işə qəbulu prosesinin vahid test imtahanları yolu ilə məhz Təhsil Nazirliyi tərəfindən işə götürülməsi barədə qaydanı saxlamağa qərar verib. Bu imtahanlar isə ümumtəhsil məktəblərindəki vakant yerlərdə işləmək istəyən xeyli sayda müəllimin icra hakimiyyətlərinə ayaq döymədən işə qəbul olunmasına “yaşıl işıq” yandırıb. Mənbənin sözlərinə görə, təhsil sektorunu icra hakimiyyətlərinin birbaşa müdaxiləsindən xilas etmək üçün M. Cabbarov bir neçə ay öncə prezidentə konkret təkliflərini göndəribmiş. Ölkə başçısı təklifləri təqdir edib və müvafiq araşdırmaların aparılması üçün müvafiq qurumlara göstəriş verib, nəticədə sözügedən sərəncam reallaşıb. Məlumatlı mənbə hesab edir ki, ölkə başçısının etimad etdiyi nazirə qarşı çıxmaqla bir sıra icra başçıları özlərinə ciddi problem yaradıblar. Yəni rəhbərlik indiki həssas situasiyada, xüsusi ilə də qarşıdakı seçkilərə görə, onların mövqeyini nəzərə alsa da, çox keçməyəcək onların bəziləri cəzasına çatacaq. Məlumata görə, Administrasiya rəhbəri cənab Ramiz Mehdiyevin sonuncu kadr xəbərdarlığı həm də icra başçılarına mesajdır.
Görünən budur ki, indiki mərhələdə daş qayaya rast gəldi və “gənc islahatçı nazir” kimi tanınan, təhsilin inkişafı ilə bağlı mütərəqqi addımlar atmağı planlaşdıran M. Cabbarov rayon icra başçılarının müqaviməti nəticəsində müsbət addımını təxirə salmalı oldu. Ancaq nə vaxta kimi? Fakt budur ki, ortada prezident sərəncamı var və gec-tez məsələ həllini tapmalıdır.
M. HÜSEYNLİ
Previous Post

İcra başçıları nazirin verdiyi əmri geri oxutdurdular – nonsens

Next Post

İŞİD-in oğurladığı və zorladığı qızlardan biri danışır… -VİDEO

Bənzər yazılar

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01

Türkiyənin Bakırköy prokurorluğunun tanınmış şəxslərlə bağlı apardığı narkotik vasitələrin istifadəsi ilə əlaqədar istintaq çərçivəsində saxlanılan 19 şübhəli barəsində aparılan ekspertizanın...

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55

"Suriya Demokratik Qüvvələri"nin (SDQ) tərkibindəki birləşmələrin buraxılması və onların on ildən artıq müddət ərzində nəzarət etdikləri ərazilərdə yaratdıqları özünüidarəetmə sisteminin...

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53

Moldovanın Baş naziri Vasile Tofan dizel və qaz bazarları da daxil olmaqla, enerji sektorundakı vəziyyəti nəzərdən keçirmək üçün iyulun 28-də...

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24

Albaniya parlamenti hərbi satınalmaların maliyyələşdirilməsi üçün ABŞ-dan 302 milyon dollar məbləğində kredit alınmasını təsdiqləyib. Elchi.az məlumata görə, bu barədə Bloomberg...

Next Post

İŞİD-in oğurladığı və zorladığı qızlardan biri danışır... -VİDEO

İŞİD-in oğurladığı və zorladığı qızlardan biri danışır... -VİDEO

Son xəbərlər

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

Türkiyədə 11 tanınmış şəxsin narkotik testi müsbət çıxıb

27 İyul 2026 - 23:01
“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

“Suriya Demokratik Qüvvələri”nin tərkibindəki birləşmələr gələn ay özünü buraxacaq

27 İyul 2026 - 22:55
Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

Moldova hökuməti yanacaqla bağlı vəziyyəti müzakirə edəcək

27 İyul 2026 - 22:53
Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

Albaniya parlamenti ABŞ-dan 300 milyon dollardan çox məbləğdə müdafiə krediti alınmasını təsdiqləyib

27 İyul 2026 - 21:24
Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

Monteneqro noyabrın 1-dən bir sıra ölkələrin vətəndaşları üçün viza tətbiq edəcək

27 İyul 2026 - 21:14
Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

Britaniya Ukraynaya müdafiəni gücləndirmək üçün REM texnologiyaları verəcək

27 İyul 2026 - 21:06
Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

Husilər Səudiyyə Ərəbistanında bir sıra mühüm obyektlərə zərbələr endiriblər

27 İyul 2026 - 21:01
Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

Tramp: İranla danışıqlar nəticə verməsə, ABŞ güclü zərbələri bərpa edəcək

27 İyul 2026 - 19:59
Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

Paşinyan Putinlə Ermənistan-Rusiya iqtisadi əlaqələrini müzakirə edib

27 İyul 2026 - 19:55
Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

Bu il əlilliyi olan 2 100 şəxs işlə təmin edilib

27 İyul 2026 - 19:52
Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

Çindən gətirilən iki ton çörək qırıntısı məhsulunda kif və göbələk aşkarlanıb

27 İyul 2026 - 19:44
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib

27 İyul 2026 - 19:30
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Cəlilabad sakini Masallıda bədbəxt hadisə nəticəsində ölüb

27 İyul 2026 - 19:20
“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

“Porsche” 2035-ci ilə qədər 5 min iş yerini ixtisar etməyi planlaşdırır

27 İyul 2026 - 19:15
“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

“Sabah”a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik – KuPS-un baş məşqçisi

27 İyul 2026 - 19:08
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.