"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Hərbi potensialımız Ermənistandan 10 dəfə artıq olmalıdır”

09 Noyabr 2014 - 00:29
in MÖVQE
FacebookVatsap

Bunu da oxuyun

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

“22 ildir normal mənzil şəraiti ilə təmin olunacağını gözləyən məcburi köçkünlərimiz var, onların bir çoxu hələpublika.az1413888956publika.az1396612855qudret2 də yataqxanalarda acınacaqlı vəziyyətdə yaşayırlar”. Bu fikirləri APA TV-də efirə gedən “Manşet” proqramının qonağı, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Millət vəkilinin sözlərinə görə, qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasına dair təkliflərini parlamentdə gedən büdcə müzakirələrində səsləndirib: “Artıq hökumət tərəfindən Milli Məclisə büdcə layihəsi təqdim olunub. Komitələrdə müzakirə başlayıb. Komitələrin birgə iclasını keçirdik və maliyyə naziri Samir Şərifov büdcə layihəsini təqdim etdi. Biz də büdcəyə öz təkliflərimizi verdik. Bu ilki büdcə kifayət qədər iri həcmli büdcədir, burada büdcəyə Dövlət Neft Fondundan böyük transferlər nəzərdə tutulur. Müzakirələr zamanı müxtəlif fikirlər səsləndi. Diqqəti qaçqınların, məcburi köçkünlərin ev probleminin həll olunması məsələsinə, o cümlədən şəhid ailələrinin və əlillərin mənzil problemlərinin həlli məsələlərinə yönəltməyə çalışdım. Bundan başqa cəmiyyətimizdə elm və səhiyyənin necə inkişaf etdirilə biləcəyinə dair diskussiyalar gedir. Aparıla biləcək islahatlarla bağlı mən də öz fikirlərimi bildirdim. Bu il qaçqınların ev şəraitinin yaxşılaşdırılması üçün büdcədən 300 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Fikrimcə, bu vəsait bir qədər azdır. Əlillər və şəhid ailələrinin mənzillə təmin olunmasına isə 20 milyon vəsait nəzərdə tutulub. Biz müharibə şəraitindəyik , müharibə hələ də başa çatmayıb, ona görə də bu məsələlər həm gənc nəslin tərbiyə olunması baxımından, həm də əsgərlərimizdə vətənpərvərlik ruhunun qaldırılması baxımından son dərəcə mühüm addımlardır. Hər birimizin və dövlətin borcudur ki, o kateqoriyadan olan insanlara xüsusi həssaslıqla yanaşsın. Kiçik bir araşdırma aparsaq görərik ki, bu məsələnin həlli üçün hər il 60 milyon manat vəsait ayrılmalıdır, amma bunun üçdə biri vəsait ayrılır. Mən təklif etdim ki büdcəyə Dövlət Neft Fondundan əlavə olaraq 2 milyard vəsait ayrılsın”.
Qüdrət Həsənquliyev Azərbaycanın neft satışından əldə etdiyi gəlirlərin xarici banklarda saxlanmasının ölkənin sabitliyinə və təhlükəsizliyinə təhdid olduğunu deyib: “Bu vəsaitin miqdarı artdıqca böyük dövlətlərin Azərbaycana marağı da artır və onlar çox vaxt çalışırlar ki, özlərinin istədiyi siyasi qüvvələri hakimiyyətə gətirsinlər, ümumiyyətlə, ara qarışsın. Nəticədə bu vəsaiti xərcləsinlər və ya dondursunlar. Bunun üçün də xarici banklarda çox pul saxlamaq qorxuludur, o pulları gətirib Azərbaycan iqtisadiyyatının inkişafına, Azərbaycandakı sosial problemlərin həllinə yönəltmək lazımdır. Əgər dediyim vəsait əlavə olunarsa, biz həm qaçqınların ev problemini, həm də əlillərin və şəhid ailələrin problemini həll edə bilərik. İndi ayrılmış vəsaitlə isə beş il ərzində deyil, heç on illər ərzində də bu problemi həll etmək mümkün olmayacaq”.
Millət vəkili Azərbaycanın ən ağrılı problemlərindən birinin ölkədə , xüsusilə bəzi bölgələrdə təhsilin səviyyəsi ilə bağlı olduğunu deyib: “Bəzi bölgələrdə qızlar, bəzilərində isə oğlanlar məktəbə getmir. 1995-ci ildə Konstitusiya qəbul olunanda çox uzaqgörənliklə qeyd olunmuşdu ki, Azərbaycanda orta ümumtəhsil icbaridir və dövlət bu təhsilin həyata keçirilməsini təmin edir. Təəssüf ki, sonra “Təhsil haqqında qanun”a tamamilə Konstitusiyaya zidd olan bir müddəa daxil etdilər. Bu da ona gətirib çıxartdı ki, bir çox rayonlarımızda bu problem daha da sərtləşdi. Nəticədə qız uşaqları məktəbə getmirlər və ailə qurmaq barədə fikirləşirlər. Bəzən valideynlər də övladlarını bu yola təhrik edir. Təhsilin səviyyəsini yüksəltmək, yüksək ixtisaslı kadrlar yetişdirmək üçün mütləq dövlət universitetləri özəlləşdirməlidir. İnkişaf etmiş ölkələrin təcrübəsindən istifadə etmək lazımdır. Dünyada reytinq cədvəli üzrə 200 universitet var və onların içində bir dənə də olsun dövlət universiteti yoxdur. Onsuz da bizim universitetlərdə 75 faiz təhsil pulludur, əgər pulludursa, niyə biz bunu özəlləşdirmirik ki, universitet büdcəyə vergi versin? Qarşılığında isə imkansız uşaqlar bu universitetlərdə oxusun deyə təhsil kreditləri vermək lazımdır. Yeri gələndə isə müəyyən kateqoriyalı insanların təhsil haqqını dövlət özü ödəyə bilər. Bu özəlləşdirmədə iştirak edən şəxslər onsuz da hökumətə yaxın şəxslər olacaqlar, amma nədənsə bu özəlləşdirmə həyata keçirilmir. Belə olsa universitetlərdə professor və müəllim heyəti çox yüksək maaş alacaq və dövlət indiyədək universitetlər üçün ayırdığı vəsaiti orta məktəblərə yönələcək. Orta məktəblərdə də müəllimlərim maaşın dəfələrlə artırmaq mümkün olacaq ki, bu da elmin inkişafına öz tövhəsini verəcək. Bundan başqa, universitetlər rəqabətə davam gətirmək üçün çalışacaqlar ki təhsil keyfiyyətini qaldırsınlar. İndiki halda imkanlı valideyn övladı üçün yaxşı repetitor tutur, imkansız isə tuta bilmir. Nəticədə imkanlı valideynin övladı daha çox bal toplayaraq pulsuz təhsil alır, yaxşı repetitor tutmağa imkanı olmayan valideynin övladı isə pullu təhsil alır. Nəticədə sosial ədalət prinsipi pozulur. Səhiyyə sahəsində də eyni qaydada problemlər mövcuddur, ona görə də dövlət həkimlərin maaşın artıra bilmir, bütün neqativ hallar qalır, xəstələr məcbur olurlar ki dövlət xəstəxanalarında həkimlərə könüllü olaraq pul versinlər. Azərbaycanda icbari tibbi sığorta tətbiq olunmalıdır, özəlləşdirmə prosesi ilə büdcəyə çox böyük vəsaitlər daxil ola bilər”.
Qüdrət Həsənquliyev büdcədə hərbi xərclərə ayrılan vəsaitin artırılmalı olduğunu deyib: “Qarabağı işğaldan azad etmək istəyiriksə, bilməliyik ki, Ermənistana hərbi kömək halları da mümkün ola bilər. Belə olduğu halda Azərbaycan çox böyük güclərlə üz-üzə gəlməli olacaq. Buna görə də bizim hərbi potensialımız Ermənistanın hərbi potensialından bir-iki dəfə yox, 10 dəfə artıq olmalıdır”.
Millət vəkili qeyd edib ki, dövlət qulluğunda çalışan məmurların, gənclərin çoxunun maaşı ilkin kapital toplamağa imkan vermir: “Buna görə də gənclər ipoteka kreditlərindən istifadə edə bilmirlər. Ona görə də ilk növbədə ipoteka kreditləri uzunmüddətli olmalı və ilkin ödəmə mexanizmi aradan qaldırılmalıdır. İndi isə gənclər faktiki surətdə bu hüquqdan məhrum olur və artıq başqa yollar haqqında düşünməyə məcbur olur və bu da dövlətin təməlini sarsıdır. İpoteka kreditlərinin verilməsinə tamamilə yenidən baxılmalıdır”.
BAXCP sədri Müsavat Partiyasında gedən proseslərə də toxunub: “Müsavat Partiyası bir fərdin ətrafında yaranıb. Həmin şəxs də partiyanın liderliyindən imtina edirsə, həmin partiyada ciddi qarşıdurmaların və çaxnaşmaların olması qaçılmazdır. Bizdə hələ demokratik vərdişlər tam olaraq oturuşmayıb, cəmiyyətdə demokratiya və siyasi mədəniyyətlə bağlı problemlər var. Uzun illər çiyin-çiyinə mübarizə aparmış insanlar, demokratiya quruculuğundan, insan haqlarından danışan, demokratik seçki tələbi ilə çıxış edən insanlar 430 nəfərin arasında normal seçki təşkil edə bilmədilər. Bunu nümunəvi qaydada təşkil edib cəmiyyətə göstərə bilmədilər. Müsavat Partiyasının bundan sonra heç bir perspektivi yoxdur, orda bir-birinə nifrət edən, çirkin iftira atan qruplaşmalar var. Onlar da batmaqda olan bu qayığı tərk edəcəklər. Qubad İbadoğlu iqtisadçı kimi normal iqtisadçıdır, amma Arif Hacılı kimi o da demokrat deyil. Bundan sonra bu partiyadan hər hansı uğur, ciddi nailiyyətlər gözləməyə dəyməz”.
Qüdrət Həsənquliyev Milli Şuranın mitinqlərə başlamaq niyyətinə də münasibət bildirib və  bunu “hakimiyyətin mənafeyinə uyğun addım” kimi qiymətləndirib:“Hakimiyyət ölkədə radikal müxalifətin başında Əli Kərimlinin dayanmasında maraqlıdır. Ona görə ki, onun xarakterini və onunla necə işləmək lazım olduğunu bilirlər. İstəyirlər ki Qərb də əsas radikal müxalifətin təmsilçisi kimi onu qəbul eləsin. Onsuz da heç bir özünə hörmət edən qüvvə Əli Kərimli ilə müttəfiqlik etməyəcək. Əli Kərimli də bunu çox gözəl başa düşür və bir çox hallarda hakimiyyətin maraqlarına cavab verən açıqlamalar verir”.
Bələdiyyə seçkilərinə hazırlıq prosesini dəyərləndirən BAXCP sədri qeyd edib ki, hazırda ölkədə bələdiyyələrin statusu son dərəcə aşağıdır: “Onların təcrübələri olduğu halda, səlahiyyətləri artırılmır, əksinə yeni qəbul olunmuş qanunlar bələdiyyələri bir az da asılı edir. Bələdiyyələrin statusu haqqında təzə qanun qəbul elədik, bu qanuna görə bələdiyyələri geri çağırmaq olar. Bələdiyyələri geri çağırmaq üçün iki min adam yığmaq lazımdır, amma bunun üçün məhəllə komitəsində bu qədər insanın toplaşması üçün zallar yoxdur. Kim insanları çağırıb ora yığacaq, bunun təşkilatçısı kim olacaq? Proseduralar tam işlənməyib, ikincisi də bu mexanizmin bizim qanunvericiliyimizə gətirilməsi zərərlidir. Ona görə də bələdiyyə seçkilərinə az vaxt qalır, amma bu seçkilərə maraq çox azdır. Düşünürəm ki, siyasi partiya bütün seçkilərdə iştirak etməlidir. O bələdiyyənin statusu az olsa da, partiyanın üzvləri ora seçilməli, məhdud səlahiyyətlər çərçivəsində belə fəaliyyət göstərməlidirlər. Həm də bu bir təbliğat imkanıdır və hesab edirəm ki zəruridir”.
Previous Post

“Hərbi potensialımız Ermənistandan 10 dəfə artıq olmalıdır”

Next Post

Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir

Bənzər yazılar

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

Avropada yeni təhlükəsizlik qalxanı: ABŞ-ın əvəzinə Fransa nüvə çətiri

27 Oktyabr 2026 - 11:17

Fransa Prezidenti Emmanuel Makron tərəfindən təqdim edilən "qabaqlayıcı çəkindirmə" (forward deterrence) planı, Avropada ABŞ-dan asılılığı azaldan yeni bir nüvə təhlükəsizliyi...

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

Trampın İsrail xalqına seçki çağırışı: Netanyahuya səs verin

26 Oktyabr 2026 - 10:27

ABŞ Prezidenti Donald Tramp, İsraildə 27 oktyabrda keçirilməsi planlaşdırılan seçkilər ərəfəsində İsrailin Baş naziri Binyamin Netanyahuya dəstəyini bir daha ifadə...

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

ABŞ, Ukrayna və Rusiya arasında danışıqlar üçün yeni məkan müəyyən edilib

24 Oktyabr 2026 - 14:07

ABŞ, Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqların növbəti raundu yaxın bir neçə həftə ərzində Əbu-Dabi və ya İsveçrədə keçirilə...

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

Ukrayna: “Starlink” və “Starshield” rabitə sistemlərinin sürəti saatda 400 kilometri ötüb

24 Oktyabr 2026 - 12:11

Ukrayna Müdafiə Nazirliyi “Starlink” və “Starshield” peyk rabitə sistemlərinin saatda 400 kilometrdən artıq sürətlə hərəkət zamanı da sabit işlədiyini açıqlayıb....

Next Post

Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir

Azərbaycan Dövlət Bayrağı Gününü qeyd edir

Son xəbərlər

Azərbaycan sərhədindən narkotik keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb

Azərbaycan sərhədindən narkotik keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb

02 Noyabr 2026 - 11:45
Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirib

02 Noyabr 2026 - 11:27
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib

BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib

02 Noyabr 2026 - 10:50
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib – VİDEO

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib – VİDEO

02 Noyabr 2026 - 09:25
Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.