"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hər toy üçün müəllif qonorarı ödəniləcək – MƏBLƏĞ

26 Oktyabr 2017 - 15:06
in CƏMİYYƏT
FacebookVatsap
Hər toy üçün müəllif qonorarı ödəniləcək
Klub, kafe, restoran və toy mərasimlərində musiqili əsərlərdən istifadəyə görə müəlliflərə qonorarın necə veriləcəyini açıqlanıb.
Elchi.az xəbər verir ki, Müəllif Hüquqları Agentliyi (MHA) APA-nın sorğusuna cavab olaraq bildirib ki, bir neçə gün öncə Nazirlər Kabinetinin müvafiq qərarı ilə 1997-ci ildə qəbul edilmiş 38 nömrəli qərara müəyən dəyişikliklər edilib.

Qərarda bir sıra məsələlər, o cümlədən “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklərə əsasən klublarda, kafelərdə, restoranlarda, o cümlədən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə müəllif qonorarlarının ödəyicilər və hansı qaydada ödənilməsi ilə bağlı məsələlər həllini tapıb.

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

“Lakin bəzi KİV-də bu qərarla bağlı düzgün olmayan şərhlər verilir, hətta səhv informasiyalar yayılır, bəzi hallarda isə qonorarın guya ifaçılar tərəfindən ödənilməli olduğu barədə yanlış fikirlər söylənilir”, – MHA-dan bildirilib.

MHA nəzərə çatdırıb ki, qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə (istər artist ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) kütləvi ifasına görə (toy mərasimləri istisna olmaqla) bir hesabat ayı üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odəniləcək: “Bu qonorar kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri tərəfindən ödənilir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Qeyd olunan qonorar müəlliflərin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai birlik və ya kollektiv idarəetmə funksiyasını həyata keçirən təşkilat tərəfindən yığılır. Kafelərin, restoranların, barların və digər obyektlərin mülkiyyətçiləri hesablanmış qonorarı kollektiv idarəetmə təşkilatının hesabına köçürməklə yanaşı, ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərin repertuarını da təqdim etməlidirlər. Məsələn, tutaq ki, Bakıda yerləşən bir restoranda bir ayda 60 mahnıdan ibarət repertuar bərabər sayda istifadə olunub. Qeyd olunan qonorar məbləği (60 manat) həmin restoranın mülkiyyətçisi tərəfindən kollektiv idarəetmə təşkilatının hesabına köçürülür və eyni zamanda istifadə olunan əsərlərin siyahısı təqdim olunur. Kollektiv idarəetmə təşkilatı restoranın mülkiyyətçisi tərəfindən köçürülmüş qonorar məbləğini xidmət haqqı çıxılandan sonra təqdim edilmiş siyahı (repertuara daxil olan mahnılar) əsasında həmin mahnıların müəllifləri arasında bərabər qaydada bölməli və aidiyyəti üzrə çatdırmalıdır. Əgər mahnı mətn və musiqidən ibarətdirsə, bir mahnının istifadəsinə görə hesablanan qonorar onların şərik müəllifləri arasında bərabər qaydada bölünür”.

MHA nəzərə çatdırır ki, şəhər və rayonlarımızda bu cür obyektlərin sayının kifayət qədər olduğunu nəzərə alsaq, yekun nəticədə müəlliflərimiz kifayət qədər böyük məbləğdə qonorar ala bilərlər.

MHA-dan “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda edilmiş dəyişikliklər”də toy mərasimlərində musiqili əsərlərin istifadəsi ilə bağlı məsələnin də həllini tapdığı bildirilib: “Qərara əsasən, mətnli, yaxud mətnsiz musiqili əsərlərin tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri (mülkiyyətçiləri) tərəfindən bir hesabat ayı üçün deyil, toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Bu halda da müəllif qonorarının müəlliflər arasında bölgü prinsipi mətnli, yaxud mətnsiz musiqili əsərlərin klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə səsləndirilməsində olduğu kimi olacaq”.

Previous Post

Hər toy üçün müəllif qonorarı ödəniləcək – MƏBLƏĞ

Next Post

“Lotu Quli”nin azadlıqda ilk — FOTOSU

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post

"Lotu Quli"nin azadlıqda ilk — FOTOSU

Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin - SİYAHISI AÇIQLANDI

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.