2019-cu ildə Hunter Bayden çinli investor “Li Xiang Sheng”-dən 250 min dollardan çox pul alıb. Elchi.az “Fox News”ə istinadən xəbər verir ki, bunu Nümayəndələr Palatasının Nəzarət Komitəsinin sədri Ceyms Komer deyib.
“Co Bayden amerikalılara ailəsinin heç vaxt Çindən pul almadığını söyləyib. Bu il biz artıq bunun yalan olduğunu sübut etmişik”.
O, əlavə edib ki, Co Bayden oğlunun maliyyə əməliyyatları haqqında məlumatlı idi.
Havar Şəfiyeva