Türkiyə milli müdafiə naziri Hulusi Akarla Ukrayna müdafiə naziri Aleksey Reznikov və Ukrayna infrastruktur naziri Aleksandr Kubrakov arasında telefon danışığı baş tutub.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.
Telefon danışığı zamanı tərəflər arasında Qara dənizdə taxıl daşınması ilə bağlı İstanbuldakı Müştərək Koordinasiya Mərkəzində həyata keçirilən fəaliyyət barədə müzakirə aparılıb. Müzakirələr zamanı bu sahədə texniki işlərin yekunlaşdığı, taxıl daşınmasına qısa müddətdə başlanılmasının planlaşdırılması, Müştərək Koordinasiya Mərkəzində heyətlərin əməkdaşlıq şəraitində çalışmasından məmnunluq ifadə olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. Elchi.az xəbər verir ki, Füzuli Beynəlxalq Hava...





















Son şərhlər