"Hormonal pozulmaların içərsində bir çox patologiyalar var" - Ginekoloq

"Qadınlarda menstrual dövr ilkin başladığından 2/3 il ərzində normal həyata keçməlidir. Əgər həmin müddət ərzində proses tam getmirsə bu artıq pozğunluq kimi qiymətləndirilir"- bu sözləri Elchi.az-a müsahibəsində Ginekoloq Vüsalə Eyvazova deyib.
Onun sözlərinə görə qadınlarda menustrasiya prosesinin pozulmasının bir neçə səbəbi var:
"Ən çox təsadüf olunan səbəblər hormonal pozğunluqlardır. Qalxanvari vəzinin funksional dəyişiklikləri, böyrəküstü vəzi problemləri, yumurtalıqların özündə baş verən problemlər səbəbindən də bu pozğunluqlar baş verir. Hormonal pozulmaların içərsində bir çox patologiyalar var. Ən çox təsadüf etdiklərimizdən biri də sinir psixogen faktorlardır. Bəzi qadınlarda dəri altı piy təbəqəsinin dərəcəsi o dərəcə olacaq qədər arıqlama gedir. Bu da hansısa gizlin gedən qeyri normal proseslərin nəticəsidir. Menestrual pozğunluqlar endokrenoloji səbəblərdən dolayı da baş verir".
Havar Şəfiyeva