Hollandiyanın İstanbul Beyoğlu Baş Konsulluğu Konsulluq ətrafında baş verə biləcək etiraz nümayişləri və Qərb hədəflərinə artan təhlükə səbəbindən müvəqqəti olaraq bağlandığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Hollandiyanın İstanbul Baş Konsulluğundan verilən açıqlamada İstanbul Beyoğlu Baş Konsulluğunun 30 Yanvar tarixindən etibarən müvəqqəti olaraq bağlanacağı açıqlanıb.
Bəyanatda aşağıdakılar yer alıb:
“Hollandiyanın İstanbuldakı Baş Konsulluğu ətrafında baş verə biləcək etirazlar və Qərb hədəflərinə artan təhlükə səbəbindən Hollandiyanın İstanbuldakı Baş Konsulluğu 30 Yanvar 2023-cü il tarixindən etibarən müvəqqəti olaraq ziyarətçilərin üzünə bağlanacaq”.
ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
ABŞ səfirliyinin dünən verdiyi açıqlamada Türkiyə vətəndaşlarına qərbli turistlərin tez-tez getdiyi yerlərdə, xüsusilə İstanbul, Beyoğlu və Qalatada ola biləcək terror aktları ilə bağlı xəbərdarlıq edilib.