Hollandiyanın Ede şəhərində bir kafedə bu gün səhər tezdən başlayan girov böhranının sona çatdığı və şübhəlinin saxlanıldığı bildirilib.
Elchi.az xəbər verir ki, Hollandiya polisi “X” sosial şəbəkəsindəndən verdiyi açıqlamada Ede şəhərindəki kafedə insanların girov götürüldüyünü və hadisənin terror məqsədi ilə həyata keçirilmədiyini bildirib.
Səhər 3 girov azad edildikdən sonra polis hadisənin sonuncu girovun azad edilməsi ilə başa çatdığını və şübhəlinin nəzarətə alındığını açıqlayıb.
Nuranə Məmmədova