Hollandiyadan Putini dəli edəcək addım!

🗓 23.12.2023 07:56 ✍️ "Elçi" qəzeti
Hollandiyadan Putini dəli edəcək addım!
Hollandiyanın baş naziri Mark Rutte Rusiyanın işğalına qarşı mübarizə aparan Ukraynaya 18 F-16 qırıcısının göndəriləcəyini açıqlayıb. İsrailin Qəzza zolağına hücumları davam edərkən, digər tərəfdən Rusiya ilə Ukrayna arasında müharibə davam edir. Səfər etdiyi hər ölkədə dünya liderlərindən hərbi və maliyyə yardımı istəyən Ukrayna prezidenti Vladimir Zelenskiyə Hollandiyadan xoş xəbər gəlib. Elchi.az xəbər verir ki, Hollandiyanın baş naziri Mark Rutte Rusiyanın işğalı ilə mübarizədə Ukraynaya 18 ədəd F-16 qırıcısının gətiriləcəyini açıqlayıb. Hollandiya hökumətinin bu qərarla bağlı Zelenskiyə məlumat verdiyini deyən Rutte, "F-16-ların tədarükü Ukraynaya hərbi dəstək üzrə bağlanan razılaşmaların ən mühüm elementlərindən biridir " - deyib. Nuranə Məmmədova  

Bənzər yazılar