Hollandiya bildirib ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriçin fələstinlilərin Qəzza zolağından “könüllü köçməsi” ilə bağlı çağırışları “ məsuliyyətsizlikdir .”
Elchi.az xəbər verir ki, Hollandiya Xarici İşlər Nazirliyi açıqlamasında Amsterdamın iki dövlətli həll yolunu dəstəklədiyini bildirib.
“Hollandiya fələstinlilərin Qəzzadan çıxarılması və ya Fələstin ərazisinin daraldılması ilə bağlı hər hansı çağırışı rədd edir. Bu, qurula biləcək iki dövlətli həll təklifinə uyğun gəlmir”.
Nuranə Məmmədova