Hollandiya iki F-16 qırıcısını ukraynalı pilotların hazırlanması üçün təhvil verəcək

🗓 17.04.2024 15:20 ✍️ "Elçi" qəzeti
Hollandiya iki F-16 qırıcısını ukraynalı pilotların hazırlanması üçün təhvil verəcək
Hollandiya iki F-16 qırıcısını ukraynalı pilotların Rumıniyada təyin olunmuş mərkəzdə təlimi üçün təhvil verəcək. Elchi.az  bu barədə Reutersa istinadən  xəbər verir. “Danimarka, Hollandiya və Birləşmiş Ştatlar pilotların təlim proqramına start verdikdən və təyyarə hədiyyə etdikdən sonra onlarla F-16 qırıcısından birincisini bu yay Ukraynaya çatdırmağı planlaşdırır”, - deyə agentliyin materialında qeyd edilir. Müəlliflər həmçinin vurğulayırlar ki, Hollandiya Ukrayna Silahlı Qüvvələrinin  aviasiya donanmasını formalaşdırmaq üçün “beynəlxalq koalisiyanın” hərəkətverici qüvvələrindən biridir. Havar Şəfiyeva  

Bənzər yazılar