Çin Hollandiyanın kosmik sektorunda texnologiya axtarır. Elchi.az Reuters-a istinadən xəbər verir ki, Pekini Hollandiyanın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti casusluqda ittiham edib.
Çin ixrac məhdudiyyətlərindən yan keçərək hərbi kosmik texnologiya əldə etməyə cəhd edib.
Bundan əvvəl Hollandiya Baş Kəşfiyyat və Təhlükəsizlik Xidməti Pekini ölkənin iqtisadi təhlükəsizliyi üçün ən böyük təhlükə adlandırmışdı. Onların fikrincə, Çinin hərbi ambisiyaları onun Hollandiya və Qərb texnologiyalarını əldə etmək cəhdlərini stimullaşdırır.
Havar Şəfiyeva