"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hökumət manatı möhkəmləndirməyə çalışır…

09 Fevral 2016 - 10:10
in XƏBƏR LENTİ
FacebookVatsap
Hökumət manatı möhkəmləndirməyə çalışır...

Vahid Əhmədov: “Manata etibarı qaytarmaq hazırda ən önəmli məsələlərdən biridir”

Bunu da oxuyun

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Milli valyutamızın “üzən məzənnəyə” keçməsindən 50 gün ötür. Devalvasiyanın ölkə iqtisadiyyatına və bank sektoruna vurduğu ziyanın bu müddətdə aradan qaldırılması mümkün olmayıb. Ekspertlər bildirirlər ki, iqtidar manata həyat verməyə çalışır. Manatla bağlı vəziyyətin sabitləşəcəyinə inam artıq rəsmi səviyyədə elan olunmaqdadır. 
Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov AzTV-yə müsahibəsində bildirib ki, mart ayından etibarən Mərkəzi Bank, eyni zamanda Palata və digər aidiyyəti qurumlar ölkədə manatın likvidliyinin artırılması istiqamətində çox ciddi qərarlar qəbul edəcək: “Çox yaxın müddətdə ölkədə manatın aktivliyi tamamilə bərpa olunacaq”. Ekspertlər isə musavat.com-a manatın yaxın gələcək üçün gözlənilən aqibətindən danışıblar.
 
Milli Məclisin deputatı Vahid Əhmədov musavat.com-a bildirib ki, manata etibarı qaytarmaq hazırda hökumət üçün ən önəmli məsələlərdən biridir: “Çünki manat 2015-ci ildə iki dəfə devalvasiyaya uğrayıb. Bu da banklar arasında qeyri-müəyyən vəziyyət yaradıb. Son vaxtlar bank sistemində aparılan islahatlar manata müəyyən qədər inamı artırır. Müvəqqəti də olsa, dollar müəyyən qədər düşür, manat bir az möhkəmlənir. Amma mən belə hesab edirəm ki, bu, uzun müddət davam edə bilməz. Çünki hələlik hökumətin atdığı addımların öz bəhrəsini verməsi üçün vaxt lazımdır. Əlbəttə ki, əsas bank sistemində gedən islahatların uğurla həyata keçirilməsidir. Bank sistemindəki islahat əsasən bankların birləşdirilib iri bankların yaradılmasıdır ki, onların dövriyyə vəsaiti çox böyük olsun ki, orada ciddi problem yaranmasın, bank faizləri aşağı olsun. Amma mən baxıram hətta vaxtı keçmiş kreditlərin də miqdarı artıb, 1,4 milyard manat idisə, artıq 1,5 milyard manata qalxıb. Yəni manatın arxasında hazırda neft və neftin qiyməti durur. Ona görə də müəyyən vaxt üçün müəyyən addımlar atılacaq. Amma hökumətin gördüyü tədbirlər, xüsusilə İqtisadiyyat, Maliyyə Nazirliyinin, dövlət başçısının verdiyi sərəncamlar qeyd edilməlidir. Fərmanlar hələ qüvvəyə minməyib, qol çəkiləndən sonra ola bilər müəyyən qədər manata təsirini göstərsin. Amma biz istədik, istəmədik, manat bizim milli valyutamızdır və çalışmalıyıq onu möhkəmləndirək. Yəni biz nə vaxt qeyri-neft sektorunu yüksək vəziyyətə gətirə bilsək, əlbəttə, onda manatın stabilliyindən söhbət aparmaq olar”.
 
V.Əhmədov manatın devalvasiya təhlükəsindən də danışıb: “Devalvasiya ola da bilər, olmaya da bilər. Bu, hökumətin atdığı addımlardan asılıdır. Bizim üçün yaxın və gələcək perspektiv var. Bu gün üçün qeyri-neft sektorunda kənd təsərrüfatı məhsullarının ixracını yüksək səviyyədə artırmalıyıq. Kənd Təsərrüfatı Nazirliyi işlər görür. Amma kənd təsərrüfatının inkişafına diqqət artırılmalıdır. Bir də vaxtilə özəlləşdirilən müəssisələr var ki, hazırda işləmir. O müəssisələri işə salmaq lazımdır. Ümumiyyətlə, qeyri-neft sektoru inkişaf etməsə, neftin qiymətində də artım olmasa, manat təhlükədə olacaq. Manata təhlükə hələ qalmaqdadır. Devalvasiyanın olmaması Azərbaycan hökumətinin, Mərkəzi Bankının apardığı siyasətdən asılıdır”.
Previous Post

Hökumət manatı möhkəmləndirməyə çalışır…

Next Post

Şəkər tozu, yoxsa tozlu şəkər? – Əsl qəndi necə tanımalı? – MADDƏ 586

Bənzər yazılar

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib

19 Oktyabr 2026 - 21:32

Azərbaycanın BMT Baş Assambleyasının Altıncı Komitəsində gündəliyin 81-ci bəndi ("1949-cu il Cenevrə Konvensiyalarına əlavə və silahlı münaqişə qurbanlarının müdafiəsinə dair...

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

ABŞ Çin vətəndaşı ilə əlaqəli 5 təşkilata sanksiyalar tətbiq edib

19 Oktyabr 2026 - 21:30

ABŞ Dövlət Departamenti amerikalı şəxslərdən kommersiya sirlərinin oğurlanması ilə əlaqədar Çin vətəndaşı Linvey Din ilə əlaqəli 5 təşkilata qarşı sanksiyalar...

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib

19 Oktyabr 2026 - 21:27

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə ABŞ-nin dövlət katibi Marko Rubio görüş zamanı strateji tərəfdaşlığın möhkəmləndirilməsini və ikitərəfli, o cümlədən ticarət,...

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur

19 Oktyabr 2026 - 21:22

İranın Hörmüz boğazı üzərində suverenliyini təmin etməkdən başqa alternativi yoxdur. Elchi.az -ın məlumatına görə, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza...

Next Post

Şəkər tozu, yoxsa tozlu şəkər? – Əsl qəndi necə tanımalı? – MADDƏ 586

Şəkər tozu, yoxsa tozlu şəkər? – Əsl qəndi necə tanımalı? – MADDƏ 586

Son xəbərlər

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

Vuçiçdən Rusiya ilə münasibətlərə görə Avropaya SƏRT CAVAB

20 Oktyabr 2026 - 14:52
BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

BŞİH-də qışa hazırlığa həsr olunmuş müşavirə keçirilib

20 Oktyabr 2026 - 14:43
QHT-lər üçün qrant müsabiqəsi elan edildi

QHT-lər üçün qrant müsabiqəsi elan edildi

20 Oktyabr 2026 - 14:30
Azərbaycanda KSM  institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

Azərbaycanda KSM institutunun inkişafı üçün biznes və QHT-lərin missiyası necə olmalıdır?

20 Oktyabr 2026 - 14:16
Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

Bakıda bu şəxslər üçün pulsuz avtobuslar ayrıldı

20 Oktyabr 2026 - 14:14
Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

Rəsmi olmayan VPN-lərdən qaçın – XƏBƏRDARLIQ

20 Oktyabr 2026 - 14:07
“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

“Tehran ABŞ-ın bu zərbələrini cavabsız qoymayacaq” – Bəqai

20 Oktyabr 2026 - 14:00
İrandan narkotik keçirilməsinin qarşısı alındı

İrandan narkotik keçirilməsinin qarşısı alındı

20 Oktyabr 2026 - 13:51
Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

Avtoxuliqanlığa görə cərimələr nə qədərdir?

20 Oktyabr 2026 - 13:42
Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

Ronaldu cəzasının yüngülləşdirilməsini istədi

20 Oktyabr 2026 - 13:30
Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

Elektron ticarətlə bağlı bu məhdudiyyət ləğv edilir

20 Oktyabr 2026 - 13:18
54 cinayətin üstü açıldı

54 cinayətin üstü açıldı

20 Oktyabr 2026 - 13:09
Vens Ukraynanı müttəfiq adlandırmaqdan İMTİNA EDİB

Vens Ukraynanı müttəfiq adlandırmaqdan İMTİNA EDİB

20 Oktyabr 2026 - 13:00
Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

Azərbaycanda meymunçiçəyi ilə bağlı SON VƏZİYYƏT

20 Oktyabr 2026 - 12:52
Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib – VİDEO

Füzuli rayonunda kompleks mülki müdafiə təlimi keçirilib – VİDEO

20 Oktyabr 2026 - 12:49
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.