"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hökumət 22 milyon itirəndən sonra Çin yuanından imtina etdi

28 Sentyabr 2016 - 09:38
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

 Hökumət 22 milyon itirəndən sonra Çin yuanından imtina etdiVüqar Bayramov: “Postneft dövründə Azərbaycan valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışmalıdır”

Azərbaycan Çin yuanı və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya yatırmaq planlarını təxirə salıb. Bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. 
Onun sözlərinə görə, hazırda dünya iqtisadiyyatında baş verən mənfi tendensiya nəzərə alınır, odur ki, Azərbaycanın yuana və digər inkişaf etməkdə olan ölkələrin valyutalarına investisiya qoyması münasib deyil. AMB sədri əlavə edib ki, bununla əlaqədar dünya iqtisadiyyatının sabitləşdiyini gözləmək lazımdır. Ekspertlər baş bankirin bu addımını müsbət qiymətləndirir və bildirirlər ki, daha öncə Rusiya bazarında, Çin yuanına, Türkiyə lirəsinə edilmiş yatırımlar hesabına Azərbaycan külli miqdarda vəsait itirib. Bu səbəbdən inkişaf etməkdə olan dövlətlərin valyutası hazırkı durumda etibarlı yatırım vasitəsi deyil. Bununla hökumət valyuta ehtiyatlarını riskə atmamalıdır.
Xatırladaq ki, ötən ilin avqustunda Neft Fondu yuanın devalvasiyaya uğraması nəticəsində 22 milyon dollar itirmişdi. Həmçinin fondun Rusiyada aldığı daşınmaz əmlak rublun devalvasiyaya uğraması nəticəsində kəskin dəyər itirdi. Beləliklə, Neft Fondu sadəcə yanlış hesablanmış yatırımlar üzündən milyonlarla manat vəsaiti heç bir valyuta əməliyyatı keçirmədən havaya sovurdu. 
“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı Vüqar Bayramov vurğuladı ki, inkişaf etməkdə olan ölkələrin valyuta bazarına investisiya qoymaq hazırda çox risklidir: “İstər Neft Fondu, istərsə də Mərkəzi Bank valyuta alarkən çalışmalıdır ki, əsaslandırılmış bir yığım qərarı olsun. Ancaq çox təəssüf ki, əvvəlki praktika göstərir ki, xüsusən də Dövlət Neft Fondunun təcrübəsində vəsaitlərin heç də gəlirli olmayan valyutaların alınmasına yönəldilməsi halları baş verib. Dövlət Neft Fondunun rubla, Türkiyə lirəsinə investisiya etməsi, o cümlədən Çinin səhm bazarı da daxil olmaqla, yuanla investisiya yatırması nəticə etibarilə bu qurumun rezervlərinə mənfi təsir göstərdi.  Neft Fondu bu valyutaların hər birində müqayisəli şəkildə zərərə düşdü. Təbii ki, söhbət vəsaitlərin hansı valyutada saxlanmasından və gəlir əldə edilməsindən gedir. Söhbət xırda maliyyə itkilərindən yox, milyonlarla ifadə olunan ziyandan gedir. Bəzi hallarda dövlət vəsaitlərinin doğru istiqamətə yönəldilməməsi nəticədə rezervlərin həcmində artım faizini xeyli azaldır”.
V.Bayramovun sözlərinə görə, bu aspektdən qiymətləndirdikdə Mərkəzi Bankın gec də olsa yuanda və digər inkişaf etməkdə olan ölkələrin valyutalarında investisiya etməməklə bağlı qərarı doğru qərardır:“Hətta bu, gecikmiş qərardır. Bunu əvvəllər də etməyə ehtiyac var idi. Valyuta alınarkən sadəcə ölkələrin yaxın olması, qonşuluq münasibətləri nəzərə alınmamalıdır, iqtisadi əsaslandırma olmalıdır. Dünya bazarına çıxışı zəif olan valyutalara investisiya qoyulmasına ehtiyac yoxdur. Gələcəkdə avro və ABŞ dollarına və bu ölkələrin iqtisadiyyatına yatırım edilməsi, həmin valyutalarda vəsaitin saxlanılması daha məqsədəuyğundur. Postneft dövründə Azərbaycan valyuta ehtiyatlarını qoruyub saxlamağa çalışmalıdır. Artıq rezervlərimizi ikinci dərəcəli ölkələrin valyutalarına yönəltməklə azalda bilmərik, əksinə, onların qorunması və artırılması vacibdir. Bu mənada istər Mərkəzi Bank, istərsə də Dövlət Neft Fondu valyuta qərarlarını ciddi hesablamalar əsasında qəbul etməlidirlər. İndiki məqamda yenə də avro və dollar arasında səbət bölgüsünün aparılmasına ehtiyac var. Bu mənada hər iki qurum itkilərini azaldıb gəlirlərini artıra bilər. Birmənalı şəkildə əvvəlki dövrlərdə olduğu kimi, Rusiya, Çin, hətta Türkiyə valyutasına investisiya qoymaq rentabelli deyil”.
Daşınmaz əmlak bazarına qoyulan investisiyaların səmərəliliyinə gəlincə, V. Bayramov bunun müvafiq ölkənin inkişaf göstəricilərindən asılı olduğunu bildirdi: “Rusiya və Türkiyənin daşınmaz əmlak bazarına investisiya qoymaq məqsədəuyğun deyil. Ancaq inkişaf etmiş ölkələrin uyğun qiymətə olan daşınmaz əmlak bazarına investisiya yatırmaq olar. Avrozona və ABŞ-ın daşınmaz əmlak bazarı növbəti illər üçün də səmərəli görünür. Ancaq burada qiymət çox önəmlidir. Bəzi hallarda heç də uyğun olmayan qiymətə daşınmaz əmlakın alınması hallarına rast gəlinir. Bütün faktorlardan öncə olan odur ki, əmlak bazar qiymətindən aşağı qiymətə alınsın və rentabelli olsun. İndiki məqamda məkan da çox önəmlidir, region ölkələri daşınmaz əmlak alınması baxımından rentabelli deyil. Bu ölkələrdə daşınmaz əmlakın qiymətinin artacağı haqqında proqnozlar yoxdur”.
Previous Post

Hökumət 22 milyon itirəndən sonra Çin yuanından imtina etdi

Next Post

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib

Bənzər yazılar

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

Sabahdan Bakının marşrut xətlərinə 2 530 avtobus buraxılır

14 Sentyabr 2026 - 22:41

Bakıda marşrut xətlərinə sentyabrın 15-dən cəlb edilən avtobusların sayı rekord həddə – 2 530-a çatdırılacaq. Bu barədə Elchi.az -a Azərbaycan...

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

İngiltərədə yarımarafon zamanı iki gənc atlet ölüb

14 Sentyabr 2026 - 22:38

İngiltərədəki "Great North Run" yarımarafonunun 25 yaşlı iki iştirakçısı qaçış zamanı vəziyyətləri pisləşdikdən sonra ölüblər. Elchi.az  xəbər verir ki, bu...

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

Netanyahu sentyabrın 23-də ABŞ-yə səfər edəcək

14 Sentyabr 2026 - 22:36

İsrailin Baş naziri Benyamin Netanyahu sentyabrın 23-də Nyu-Yorka (ABŞ) üçgünlük səfər edəcək. Elchi.az xəbər verir ki, bu barədə hökumət başçısının...

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

14 Sentyabr 2026 - 22:33

Bərdədə yol qəzası nəticəsində 1 nəfər ölüb, 3 daha nəfər xəsarət alıb. Elchi.az -ın xəbərinə görə, hadisə Alpout kəndində qeydə...

Next Post

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib

Son xəbərlər

Sabah Bakıda 32 dərəcə isti olacaq

Sabah Bakıda 33 dərəcə isti olacaq

15 Sentyabr 2026 - 12:29
Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

Prezident İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib

15 Sentyabr 2026 - 12:27
CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

CQD üzrə avrobondların geri alınması Azərbaycanın xarici öhdəliklərini azaldıb

15 Sentyabr 2026 - 12:16
Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

Azərbaycan və Özbəkistan arasında ümumi ixrac potensialı 1 mlrd. dolları üstələyir

15 Sentyabr 2026 - 12:10
AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

AMB: Bu il Azərbaycan neftinin orta qiyməti 94 dolları ötüb

15 Sentyabr 2026 - 12:01
Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin 108-ci ildönümü münasibətilə paylaşım edib

15 Sentyabr 2026 - 11:54
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb

15 Sentyabr 2026 - 11:45
Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

Səudiyyə Ərəbistanında altı məntəqə üçün fövqəladə xəbərdarlıq elan edilib

15 Sentyabr 2026 - 11:38
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlandı

15 Sentyabr 2026 - 11:30
NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

NATO-dan Baltikdə insident: Litvanın hava məkanına daxil olan PUA vuruldu!

15 Sentyabr 2026 - 11:24
Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

Pentaqondan etiraf: ABŞ bazaları vuruldu, raket ehtiyatları azaldı

15 Sentyabr 2026 - 11:12
34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

34 ildən sonra Xocalının Təzəbinə kəndində yeni dərs ili başlayıb

15 Sentyabr 2026 - 11:04
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun

15 Sentyabr 2026 - 11:03
ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

ABŞ ilk dəfə kosmosa silah yerləşdirdiyini təsdiqlədi

15 Sentyabr 2026 - 10:53
Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

Bu şəhərdə ağaclara insanlarla bərabər hüquqlar verilib

15 Sentyabr 2026 - 10:41
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.