"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SOSİAL

Hökməlinin həll edilməyən su və yol problemi: Qurumlar “səbr edin” deyir

26 Aprel 2022 - 19:38
in SOSİAL
FacebookVatsap


Abşeron rayonu Hökməli kəndinin sakinləri su, yol problemləri ilə bağlı şikayətçidirlər.

Bunu da oxuyun

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

AzVision.az -a daxil olan şikayət məktubunda bildirilir ki, illərdir kəndin su və yol problemi müxtəlif bəhanlərlə həll edilmir.
Onların saytımıza müraciətində qeyd edilir ki, “Azərsu” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu kəndi tam unudublar: Bildirilib ki, “Azərsu” ASC Ceyranbatan gölündən 1 km aralıda yerləşən kənd əhalisini içməli su ilə təmin etmək üçün xətt çəkmir və Nazirlər Kabinetindən vəsaitin ayrılmasını gözləyir: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bu kənd yolunun tullantıları daşımağa imkanı olmayan Hökməli kənd bələdiyyəsinin balansında olduğunu iddia edir. Bakı şəhərinin, Abşeron yarımadasının və mühüm əhəmiyyətli dövlət obyektlərinin təhlükəsizliyini təmin edən strateji təyinatlı hərbi hissəyə gedən yolun kənd bələdiyyəsinin balansına hansı düşüncə sahibinin necə daxil etdiyi də anlaşılan deyil”.

“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı AzVision.az -a açıqlamasında Hökməli kəndinin su problemi barədə xəbərdar olduqlarını və onlara da müraciətin daxil olduğunu bildirib. O qeyd edib ki, həmin ərazidə salınmış böyük yaşayış massivinin mərkəzləşmiş su şəbəkəsi mövcud deyil: “Hökməlidə insanlar su təlabatlarını maşınlarla daşınan su ilə ödəyirlər. 2022-ci ildə Hökməli kəndinin həmin ərazisinə su xəttinin çəkilməsi layihənin icrası planlaşdırılmır. Lakin bizim Baş planda gələcəkdə bu işlərin həyata keçirilməsi nəzərdə tutulub. Dövlət investisiyaları hesabına Bakıətrafı qəsəbələrdə bu işlər mərhələlərlə icra olunur”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli isə bildirib ki, Abşeron rayonun qəsəbədaxili yolları icra hakimiyyətinin tabeliyindədir. Lakin investisiya proqramı çərçivəsində AAYDA tərəfindən qəsəbədaxili yollar təmir olunur:
“Məsələn, bu il Aşağı Güzdək qəsəbəsinin 4 km yolu təmir olunub. Digər qəsəbə yolları da investisiya proqramı çərçivəsində mərhələli şəkildə təmir olunacaq. Sadəcə bu birdən -birə olmur, səbr etmək lazımdır”.

AzVision.az Hökməli kəndinin sakinlərinin Azərbaycan Respublikasının Baş nazirinə, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə, Abşeron rayonun Hökməli kəndinin gözəgürünməz deputatına, Abşeron rayonunun İcra Hakimiyyətinin başçısına göndərdiyi məktubu olduğu kimi təqdim edir:

“Hörmətli Baş nazir, Hökməli kəndi Abşeron yarımadasının ən yüksəkdə yerləşən yaşayış məntəqəsidir. Şamaxı və Xızı rayonu ilə təxminən eyni iqlimə malikdir. Yayda kondisionersiz yaşaya biləcəyiniz, kəndin yolsuz və susuz beton yol ərazisindən 100 km Xəzər sahilini və ya Abşerondakı 4 gölü gözlə müşahidə edə biləcəyiniz bir kənddən bəhs edirik. Çeyranbatandan əsəs külək yayda sərin, qışda isə kifayət qədər sərt iqlimi təmin edir. Təmiz və saf havası olan Hökməli kəndi dəniz səviyyəsindən 270 metr yüksəkdə yerləşir. Hökməlidə hər il dəfələrlə qar yağır və bəzən bir həftə ərimir. Keçən il 1.5 metr qar yağdığını da xatırlayırıq. Sanki dövlət qurumları tərəfindən kənd əhalisinə su verilməməsinə görə dilsiz-ağızsız ana təbiət qışda bol yağıntısı ilə üzrxahlıq edir.

Uzun illərdir ki, Hökməli uca Allahın da, hökumətimizin də, deputatımız Oktay Əsədovun da, əvvəlki icra hakimiyyətinin başçılarının yadından çıxıb. İndi yeni icra başçısı təyin edilib. Kəndlə tanış olub. Şəhid ailələrinə diqqətlidir. Məscidləri və küçələri gəzib. Bərbad vəziyyətdən xəbərdardır. Kənddə o gələn gün bir qədər təmizlik işi də aparılmışdı. Onun barəsində bundan əlavə nəsə deyə bilmərik. Amma əvvəlkilərin kəndə etinasız fəaliyyəti gözümüzü çox qorxutduğu üçün yeni Başçımız barədə optimist ola bilmirik. Amma yenə də Abdin müəllimə uğurlar arzu edirik. Tək bildiyimiz budur ki, kim beton yola su və asfalt döşətdirə bilsə, Qinnesin rekordlar kitabına düşəcək.

“Azərsu” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu kəndi tam unudublar, amma zaman zaman kəndin problemləri bağlı şikayətlərə münasibət bildirməklə bu ərazidəki vəziyyətdən xəbərdar olduqları məlumdur. Adı çəkilən qurumlar buradakı bərbad vəziyyətə görə “Nazirlər Kabineti vəsait ayırmır” bəhanəsi ilə məsuliyyəti Baş nazir Əli Əsədova ünvanlamaqla vəzifələrini bitmiş hesab edirlər.

Son 10 ildə yağan yağışdan və əriyən qardan formalaşan içməli suyun qiymətinin 7 dəfə artırılmasına nail olan “Azərsu” ASC, Ceyranbatan gölündən 1 km aralıda yerləşən kənd əhalisinə içməli su xəttini çəkmək üçün vəsaiti Nazirlər Kabinetindən ayırılmasını gözləyəcəkdisə, bu qədər qiymət artımına nə ehtiyac var idi? Nazirlər Kabineti isə Hökməli adında kəndi yaddaşından tamam silib. Kənddən seçilən deputatımız Oktay Əsədov isə nə seçkidən əvvəl, nə də seçkidən sonra bir dəfə də olsun Hökməli sakinləri qarşısında zühur etməyib. Xahiş edirik ki, gələcəkdə bizm kənddən bizimlə görüşməkdən yayınan deputat seçilməsinə imkan verməyin. Belə deputat nəyimizə lazımdır?

Kəndin tək yeni inşa edilən çoxmərtəbəli binalarına gedən yoldan başqa, bütün digər yolları bərbad vəziyyətdədir. 1500 yaşı olan kəndə çox hissəsinə, o cümlədən Beton yol ərazisinə su bu gün də maşınlarla gətirilir. Kanalizasiya isə yollara axıdılır. 70 il əvvəl Sovet hökümətinin çəkdiyi və bu gün bərbad vəziyyətdə olan yollardan hərbçilərimiz bu gün də də istifadə edir. Bakı şəhərinin, Abşeron yarımadasının və mühüm əhəmiyyətli dövlət obyektlərinin təhlükəsizliyini təmin edən strateji təyinatlı hərbi hissəni bu yoldan istifadə etdiyi üçün döyüş hazırlığının hansı vəziyyətdə olduğunu geniş yazmağa ehtiyac yoxdur. Yeri gəlmişkən həmin hərbi hissə də su xəttinə malik deyil. Ara yolllar isə qarda və yağışda keçilməz hala düşür. Kənd sakinləri yollardan istifadə edərkən ciddi çətinlik çəkirlər.

“Azersu” ASC suyun çəkilməməsinə səbəb kimi, əvvəllər seyrək məskunlaşmanı, sonra isə hökümətdən vəsait ayrılmadığını bəhanə gətirir. Halbuki kəndə içməli suyun çəkilməsi üçün layihə 2015-ci ildə Yaponiyanın “Doosan” şirkəti tərəfindən hazırlanıb. Şirkətə də böyük vəsaitlər ödənilib. Layihənin tender keçirilmədən keçmiş “Azersu” ASC prezidenti Q.Hüseynov tərəfindən qohumlarının adına qeydiyyatdan keçən HİS şirkətinə verildiyi barədə iddialar mövcuddur. HİS isə kənddə 200 metr boru basdırdıqdan sonra yoxa çıxdı. Layihə üzrə nəzərdə tutulan transmissiya xətti, su anbarları və içməli su şəbəkəsi qurulmadı. Layihəyə ayrılan vəsaitin taleyi barədə ictimaiyyətə məlumat verilmədi. Q.Hüseynovun villaları bu vəsaitin ünvanı barədə Sizlərə heç nə demir? Bu haram pulla tikilən villalardan birinə xərclənən vəsaitlə, Hökməliyə suyun və yolun çəkilməsini mümkün ola biləcəyini düşünürük.

Əgər “Azersu” ASC-nin dediyi kimi, bu ərazidə məskunlaşdırma seyrəkdirsə, nədən ərazi iki dəfə elektrik xətti ilə, iki dəfə qaz xətti ilə, internet və telefon xətti ilə təmin edilib? Kəndin elektrik, qaz, telefon və internet problemi tamamilə həll olunub. Əziyyəti keçənlərdən allah razı olsun. Belə çıxır ki, “Azersu” üçün seyrək hesab olunan məskunlaşma, digər 4 dövlət qurumu üçün seyrək hesab edilmir? Belə bir absurd yanaşma Hökməli əhalisinə qarşı haqsızlıq və ədalətsizlikdir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi isə bu kənd yolunun tullantıları daşımağa imkanı olmayan Hökməli kənd bələdiyyəsinin balansında olduğunu iddia edir. Bakı şəhərinin, Abşeron yarımadasının və mühüm əhəmiyyətli dövlət obyektlərinin təhlükəsizliyini təmin edən strateji təyinatlı hərbi hissəyə gedən yolun kənd bələdiyyəsinin balansına hansı düşüncə sahibinin necə daxil etdiyi də anlaşılan deyil.

Kəndin su və yol problemlərinə aid adı çəkilənqurumlardan ən yaxşı halda ala biləcəyimiz cavablar təxminən belə səslənəcək: “Bir neçə kəndin içməli su xəttinin və ya yollarının yenidən qurulması Dövlət proqraminda nəzərdə tutulub. Maliyyə vəsaiti ayrılan kimi su xəttinin çəkilməsi və ya yolun yenidən qurulması işləri icra olunacaq”. Bu tip bəyanatlardan kənd əhalisi artıq yorulub və bezib. 2014-cü ildə “Azersu” ASC-nin Hökməlinin su ilə təmin olunması barədə verdiyi məlumat hələ də havadan asılı qalıb. Xalqı bir müddət aldatmaq olar, amma 8 il ardıcıl yalan danışmağı kimsə dövlət qurumuna bağışlamaz. Amma biz əlacsızlıqdan bunu bağışlayırıq. Aidiyyəti qurumlar, Hökməli kənd sakinlərinin narazılığına şərait yaratmalı deyil. Qarabağı və Zəngəzuru yenidən qururuq. Çox gözəl, çox pakizə. Bizim kəndin su və yol ilə təmin olunması üçün mütləq erməni işğalına məruz qalmalıdır yoxsa bunun ayrı yolu var? Varsa deyin, biz də bilək.

21-ci əsrdə “Azersu” ASC-dən 10 km, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə 8 km aralı ərazidə suyun və yolun olmaması ölkəmiz adına ayıbdır. Hökumətimizə, deputatımıza, yeni icra hakimiyyətinin başçısına, “Azersu” və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 sualımız var:

  1. Lerikin, Astaranın, Qubanın 100 və ya 200 nəfərin yaşadığı dağ kəndlərinə yol və su xətti çəkildiyi halda, 18000 nəfərin yaşadığı Hökməli kəndini çirkab içində, əsasən yolsuz və susuz saxlamaqda məqsədiniz nədən ibarətdir?
  2. Hökməli kəndinin və beton yol sakinlərinin Sizlərə nə pisliyi keçib ki, əhalidən 30 ildir ki, belə qisas alırsınız?
  3. Hökməli sakinlərindən olan bir şəhid ailəsi cənab Prezident İ.Əliyevi və ya vitse-Prezident Mehriban xanım Əliyevanı şəhid məzarının adının əbədiləşdirilməsi üçün təşkil edilən tədbirdə iştirak etmək üçün Beton yola dəvət etsə, çikab içində batan, yolsuz və susuz ərazi üçün rəhbərliyə necə hesabat verəcəksiniz?

Abşeron rayonunun icra başçısı yeni dəyişdi, “Azersu” ASC-nin prezidenti də az əvvəl dəyişdi. Ümid edək ki, aidiyyəti qurumların yeni rəhbərləri Hökməli kəndinin yol və su problemləri ilə bağlı əməli tədbirlər görmək üçün fəaliyyətə keçəcəklər və kənd əhalisini cənab Prezidentə müraciət etməsinə şərait yaratmayacaqlar.

Deputatımıza gəlincə isə Oktay müəllimi görən olsa ona çatdırsın ki, evinizdən 3 km aralıda yerləşən Hökməli kəndinin beton yol ərazisində 200-250 manat qazanan əhali ayda 70 manat vəsaiti tək suya xərcləyir.

Hamınıza dərin hörmətlə, beton yol ərazisində yaşayan ailələr adından kənd sakinləri:
Alıyev Vidadi
Nacınəbiyev Qəhrəman
Məmmədov Səyyar
İmanova Gülşən
Əhmədov Məcid
Məmiyev Aqşin
Əliyev Şəmsi
Əliyev Məhərrəm
Batifər Kəmalə
Behbudov Ələmdar
Əliyeva Hahidə
Əhmədov Bəhmən
Qafarova Günel
Əliyev Əliyusif
Verdiyev Allahverdi
Əli Elşən
Barxudarov Əfqan
Əliyev Valeh
Gülmalıyev Zahir
Mehralıyeva Nuranə
Babayev İlkin
Həsrətov Əlimusa
Cəyriyev Mübariz
Səfərov Vüsal
Əhmədov Kənan
Osmanov Elnur
Məmmədov Ələmdar
Səfərov Samir
Verdiyeva Nuriyyə
Mehrəliyev Maarif
Əşrəfova Səidə
Əzizov Amil
FərzəliyevVüsal
Həsənov Elnur
Vəliyev Anar
Seyidov Nahid
Qədirov Bağır
Alıyev Ruslan
Verdiyeva Nuranə
Şabanova Şahnaz
Abbasova Samirə
Fərzəliyev Amid
Quliyeva İlahə
Cəlilov Məcid
Məmmədova Səadət
Əliyev Kərim
Hüseynov Niyazi
Məmmədov Vüsal
Abbasov Natiq
Abbasov Xəqani
Nəsibova Fidan
Qasımov Fikrət
Əlaqə nömrəsi 050 221 45 69”

Previous Post

Hökməlinin həll edilməyən su və yol problemi: Qurumlar “səbr edin” deyir

Next Post

Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Bənzər yazılar

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05

Bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Lənkəran, Şirvan və Yevlax şəhərlərində inşa etdiyi yaşayış komplekslərində güzəştli mənzillərin seçimi həyata...

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

Sabah Cəlilabadın 39 yaşayış məntəqəsində iki saat işıq olmayacaq

20 İyul 2026 - 23:49

Cəlilabad rayonunun 39 yaşayış məntəqəsinin elektrik təchizatında fasilə yaranacaq. Elchi.az -ın məlumatına görə, buna səbəb "Cəlilabad" yarımstansiyasında aparılacaq təmir işləridir....

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

Nazir: Sosial xidmət müəssisələrində 1250 uşaq məskunlaşıb

30 Aprel 2026 - 16:26

"Hazırda qanunvericilikdə nəzərdə tutulan aylıq və birdəfəlik ödənişlər çərçivəsində uşaqlarla bağlı sosial dəstək tədbirləri 500 mindən çox şəxsi əhatə edir"....

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Onların təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

27 Aprel 2026 - 13:45

Minatəmizləmə zamanı həlak olanların övladlarının təhsil haqqı dövlət büdcəsindən ödəniləcək. Elchi.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin bu...

Next Post
Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Aprelin sosial ödənişləri YEKUNLAŞDI

Son xəbərlər

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

“Mançester Yunayted” “Sabah”la yubiley matçına çıxacaq

10 Sentyabr 2026 - 17:59
Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

Konqoda məktəbdə yanğın: 17 nəfər həlak olub

10 Sentyabr 2026 - 17:47
ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

ABŞ Senatı “OpenAI”yə qarşı təhqiqat başlatdı: Süni intellekt nəzarətdən çıxıb

10 Sentyabr 2026 - 17:35
FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

FHN-in Şimal-qərb Regional Mərkəzi mülki müdafiə kursları keçirdi – FOTO

10 Sentyabr 2026 - 17:27
Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

10 Sentyabr 2026 - 17:21
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.