Hökməlidə obyektdə yanğın başlayıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Hökməli qəsəbəsində sexdə yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
FHN: Dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam edir
Bu ilin iyul ayında dənizdə batdığı ehtimal edilən 3 nəfərin axtarışları davam etdirilir. Elchi.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin...





















Son şərhlər