"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hitlerin sevimli GƏDƏBƏYLİSİ – FOTO

02 Aprel 2017 - 13:50
in CƏMİYYƏT
FacebookVatsap

Müharibədə rekord sayda gəmi batıran, Hitlerin sevimli zabiti olmuş GƏDƏBƏYLİ  – FOTO

Bunu da oxuyun

DİN-ə yeni vəzifə həvalə olunub

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Sabah hava necə olacaq?

Bəşəriyyətə saysız-hesabsız fəlakətlər bəxş etmiş İkinci Dünya Müharibəsi hələlik Yer üzü tarixinə ən qanlı savaş kimi düşüb. Lakin bu müharibə həm də qeyri-adi sərkərdəlik qabiliyyətləri, hərbi istedadları və ya bacarıqları olan şəxsləri də üzə çıxarıb.

Publika.az belə şəxslərdən biri olmuş alman zabiti Viktor Ern barəsində bir sıra maraqlı faktları təqdim edir:

Öncə onu qeyd edək ki, Viktor Ernlə bağlı ilk maraqlı fakt onun 1907-ci ildə Azərbaycanda, Gədəbəy rayonunda doğulmasıdır. Ötən əsrlərdə Azərbaycana köçürülmüş alman ailələrindən birində doğulmuş Ernin ailəsi bir müddət ölkəmizdə yaşayıb. Lakin 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra 14 yaşlı Viktor Ernin ailəsi 1921-ci ildə Almaniyaya qaçmağa məcbur olub.

Almaniyada təhsilini davam etdirən Ern 20 yaşında donanmaya daxil olur. İki illik uğurlu fəaliyyəti ilə “Keniqsberq” və “Karlsruz” gəmilərində xidmətə başlayır.

Onunla bağlı daha maraqlı fakt bundan ibarətdir ki, Viktor 1935-ci ilin iyulunda ilk dəniz zabiti kimi sualtı donanmaya köçürülür. 1936-cı ilin yanvarından 1937-ci ilə kimi U-14 sualtı qayığının komandiri olmuş Viktor 1936-cı ildə İspaniya sahillərindəki hərbi əməliyyatlarda uğurla iştirak edir.

Hərbi istedadı ona gələcək karyerasında növbəti pillələrə yüksəlməyə imkan verir. 1939-cu ildə Hərbi Dəniz Akademiyasını bitirən Viktor Ern elə həmin il Hitlerin sevimli zabitlərindən olmuş admiral Karl Dyönisin qərargahında işləməyə başlayır.

Bundan bir il sonra U-37 sualtı qayığının komandiri təyin edilmiş Viktor Ern hərbi qabiliyyətini nümayiş etdirməyə başlayır. O, elə Norveç sahillərindəki ilk əməliyyatda Almaniya ilə müharibə aparan ölkələrin, o cümlədən Britaniya da daxil olmaqla 10 gəmini batırır. Bir gəmiyə isə güclü zərər vuraraq sıradan çıxarır.

Ern ikinci əməliyyat zamanı isə daha 7 gəmini suda batıraraq ingilis və fransız donanmasına güclü zərbə endirir. Müharibə illərində müttəfiqlərin ümumilikdə 26 gəmi batıran Viktor Ern daha 24 gəmini zədələməklə sıradan çıxarıb.

Onun bu xidmətləri və hərbi uğurları Almaniya donanmasını və Hitlerin diqqətindən yayınmır. Belə ki, Viktor Ern 1940-cı ilin 21 oktyabrında “Dəmir xaç” ordeni ilə təltif edilir. Bundan 5 gün sonra yenidən 1-ci zabit kimi admiral Dyönisin qərargahına qaytarılır.

Sonrakı illərdə Aralıq dənizindəki sualtı qayıqların koordinasıyasına rəhbərliyi həyata keçirən Hitlerin sevimli donanma zabiti 1942-ci ilin iyulunda Şimali Afrikadakı ezamiyyəti zamanı ağır yaralanaraq Britaniya hərbçilərinə əsir düşür. Yaralı Viktor sağaldıqdan sonra Misirdəki hərbi düşərgəyə göndərilir. 1943-cü ildə isə hərbi əsir kimi dəyişdirilərək Almaniyaya gətirilir.

Elə həmin il admiral qərargahının 1-ci zabiti kimi xidmətini davam etdrimiş Viktor Ern 1945-ci ilin mayında yenidən Britaniya hərbçilərinə əsir düşür. Bir neçə ildən sonra əsirlikdən azad edilən Viktor Ern müharibədən sonra “Siemens” şirkətində çalışmağa başlayır. Eyni zamanda Bonnda yüksək vəzifədə işləyir.

Bir sıra faktlara əsasən, Viktor Ern bu günə kimi batırdığı gəmilərin sayına görə dünyada rekord göstərici əldə edib. Onun həyatı barəsində bir neçə bədii film və 5 sənədli film ekranlaşdırılıb. Qeyri-rəsmi məlumatlara görə, Viktor doğulduğu Gədəbəyi unutmayaraq, bir neçə dəfə rayona səfər edib.

Onun sonuncu səfəri ölümündən 2 il əvvəl baş tutub. Viktor Ern 1997-ci ildə 90 yaşında dünyasını dəyişib.

Previous Post

Hitlerin sevimli GƏDƏBƏYLİSİ – FOTO

Next Post

İcra başçısı qaçqına həqarət: “Evinizi Sarkisyandan istəyin”

Bənzər yazılar

DİN-ə yeni vəzifə həvalə olunub

DİN-ə yeni vəzifə həvalə olunub

17 Sentyabr 2026 - 12:51

Nazirlər Kabineti “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin əməkdaşlarının sağlamlığının mühafizəsi ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi” haqqında qərar...

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

17 Sentyabr 2026 - 12:42

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul aylarında 22130 nikaha daxilolma və 11678 boşanma halları qeydə alınıb....

Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

17 Sentyabr 2026 - 12:30

Sentyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin...

Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

17 Sentyabr 2026 - 11:31

Yaponiyadan gətirilən “Aranami Samurai Salt” əmtəə nişanlı ədviyyatlı dəniz duzu məhsullarında uyğunsuzluq aşkarlanıb. Elchi.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi...

Next Post

İcra başçısı qaçqına həqarət: “Evinizi Sarkisyandan istəyin”

İcra başçısı qaçqına həqarət: “Evinizi Sarkisyandan istəyin”

Son xəbərlər

Paşinyan rus dili kursuna gedir

Paşinyan rus dili kursuna gedir

17 Sentyabr 2026 - 13:18
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər

17 Sentyabr 2026 - 13:09
Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

Türkiyə Husilərin Məkkəyə hücumunu pisləyib

17 Sentyabr 2026 - 13:00
DİN-ə yeni vəzifə həvalə olunub

DİN-ə yeni vəzifə həvalə olunub

17 Sentyabr 2026 - 12:51
Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

Ötən dövr ərzində nikah və boşanmaların sayı açıqlanıb

17 Sentyabr 2026 - 12:42
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

17 Sentyabr 2026 - 12:30
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Milli Məclisin deputatları Rusiyada parlament seçkilərini müşahidə edəcəklər

17 Sentyabr 2026 - 12:18
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib

17 Sentyabr 2026 - 11:52
“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

17 Sentyabr 2026 - 11:47
İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

İlham Əliyev: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı

17 Sentyabr 2026 - 11:40
Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

Yaponiyadan gətirilən duzlarda ciddi qüsur tapıldı

17 Sentyabr 2026 - 11:31
Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

Sakit okean ölkəsində HİV həyəcanı! “Milli böhran” elan edildi

17 Sentyabr 2026 - 11:23
Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

Ölkədə həddindən artıq isti 8000-dən çox insanın həyatına son qoyub

17 Sentyabr 2026 - 11:14
Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

Snapchat yeniyetmələr üçün gündəlik vaxt məhdudiyyətləri tətbiq edəcək

17 Sentyabr 2026 - 11:06
Polis 114 kiloqramdan çox narkotik vasitə aşkarladı

Polis 114 kiloqramdan çox narkotik vasitə aşkarladı

17 Sentyabr 2026 - 10:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.