Hindistanın baş naziri Narendra Modinin doğulduğu Qucarat ştatında insanlar ştat seçkiləri üçün sandıq başına gedib.
Elchi.az xəbər verir ki, Hindistanın Seçki Komissiyası Qucarat ştatında keçirilən seçkilərdə səsvermənin başladığını elan edib.
Təxminən 62 milyon əhalisi olan əyalətdə seçkinin birinci turunda 24 milyon insanın 182 yerlik əyalət qanunverici orqanının 89 üzvünü seçəcəyi gözlənilir.
Dekabrın 5-də seçkinin ikinci mərhələsi keçiriləcək və burada 93 mandatın sahibləri müəyyənləşəcək.
Qucarat 1995-ci ildən Hindu millətçiliyi ideologiyasına əsaslanan hakim Bharatiya Janata Partiyası (BJP) tərəfindən idarə olunur.
Seçki nəticələrinin dekabrın 8-də açıqlanacağı gözlənilsə də, seçkidə qalib gələcəyi proqnozlaşdırılan BJP Qucaratda 7-ci müddətinə seçiləcək.
Ekspertlər qeyd edirlər ki, Qucarat seçkiləri 2024-cü ildə keçiriləcək ümumi seçkilərdən əvvəl BJP və Modi üçün mühüm sınaq olacaq.
2017-ci il seçkilərində BJP 182 yerlik əyalət qanunverici orqanında 99 yerə sahib idi.
Şayəstə