Hindistanın milli parkında qiymətli çita balaları ölüb

71

Hindistanın Madhya Pradeş ştatında milli parkda iki çita balası ölüb, üçüncüsü isə ağır vəziyyətdədir. Heyvanın ölkədə rəsmən nəsli kəsildiyi elan edildikdən 70 il sonra balalar Hindistanda ilk doğulanlar olub.
Elchi.az xəbər verir ki, Park rəsmiləri mətbuata açıqlamasında dişi çitanın və onun üç balasının daha sonra nəzarətə götürüldüyünü bildirib.
Çərşənbə axşamı parkda temperaturun təxminən 47 dərəcəyə çatdığını və balaların “normal vəziyyətdə” görünmədiyini bildiriblər.
Balaların zəif və həddindən artıq susuz olduğu ortaya çıxıb.
Park rəsmiləri bildiriblər ki, iki bala onları gün ərzində xilas etmək üçün atılan addımlara baxmayaraq ölüb.
Sonuncu balanın vəziyyətinin ağır olduğu və müalicə olunduğu bildirilib.
Çita 1952-ci ildə Hindistan hökuməti tərəfindən rəsmən nəsli kəsilmiş elan edilib.
2022-ci ilin sentyabrında Namibiyadan ölkəyə səkkiz çita, 2023-cü ilin fevralında isə Cənubi Afrikadan 12 çita gətirilib.
Bunlardan üç çita son iki ayda ölüb.

Nuranə Məmmədova