"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Hindistanın Ermənistanla 244 milyonluq silah müqaviləsi – Yeni Dehli nə etmək istəyir?

29 Sentyabr 2022 - 16:12
in SİYASƏT
FacebookVatsap

“Hindistan Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərəcək. Belə ki, sentyabrın əvvəlində iki ölkənin hökumətləri arasında müvafiq müqavilələr imzalanıb. Düzdür, müqavilələrin dəyəri açıqlanmasa da məlumata görə, 20 milyard rupidən danışmaq olar. Dollarla hesablandıqda bu 244 milyondan çoxdur”.

Bunu da oxuyun

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Elchi.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev FB hesabında qeyd edib:

“Sifariş yerli istehsal olan “Pinaka” raket sistemlərinin ilk ixracını əhatə edir. Həmçinin razılaşmanın bir hissəsi olaraq Hindistan Ermənistana tank əleyhinə raketlər və bir sıra digər hərbi sursatlar da verəcək.
Nə baş verir?
Ermənistanın ardıcıl şəkildə təxribatlar törətməsi və 13-14 sentyabr hadisələri sonrası Hindistanın ölkəmizə qarşı sərgilədiyi mövqe diqqət çəkir. Təsadüfi deyil ki, Yeni Dehlini təmsil edən nümayəndə sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasının toplantısında ölkəmizi “təcavüzkar” adlandırmışdı. Düzdür, sonra da təmsilçi “təcavüzkar” sözünü işlədərkən ölkə adı çəkmədiyini desə də “Təcavüzkar tərəfi dərhal hərbi əməliyyatları dayandırmağa çağırırıq” deyərkən rəsmi Bakını nəzərdə tutduğu açıq idi. Çünki həmin zaman Azərbaycan silahlı qüvvələri Ermənistanın təxribatlarına cavab verirdi.
Bu mənada istər Hindistanın bu addımı, istərsə də Ermənistana təxminən 250 milyon dollar dəyərində silah-sursat göndərməsi bu ölkənin ölkəmizə qarşı növbəti dəfə öz riyakar simasını aydın şəkildə göstərir.
Qandiyə qarşı təhqir
Əlbəttə Hindistan müstəqil ölkədir və istədiyi ölkəyə silah sata bilər. Lakin silah satdığı ölkənin Ermənistan olması bu ölkənin öz müqəddəslərinə, tarixi şəxslərinə də hörmətsizliyinin göstəricisidir.
Məsələ ondadır ki, ötən ilin mart ayının 29-da Ermənistanın paytaxtı İrəvanda yerləşən Hindistanın siyasi və ideoloji lideri Mahatma Qandi abidəsini yandırmışdı. Özü də bu hadisə erməni millətçiləri tərəfində heykələ qarşı aksiya başladılaraq edilmişdi. Qandinin heykəlinin yandırılmasını səbəb isə erməni milliyyətçilərinin onu “erməni soyqırımı”nı inkar etməkdə günahlandıraraq Qandini Türkiyəyə simpatiyada ittiham etmələri idi.
Qandi pasifist bir siyasətçidir – yəni özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhdarı olan şəxs olub. Belə olan təqdirdə Qandi “erməni soyqırımı”nı inkar edə bilərdimi? Əgər həqiqətən də ortada “erməni soyqırımı” olsa idi, bunu öncə Mahatma Qandi tanıyar, hətta bunu dünyaya tanıdardı.
Hindistanın Bakıya qarşı dəyişən mövqeyi
Hindistan ilə Azərbaycan arasında əslində tarixi əlaqələr genişdir. Xüsusilə Azərbaycanda Hindistan mədəniyyəti sevilən, sayılan, hörmət edilən bir mədəniyyətdir. Bununla belə rəsmi Yeni Dehlinin Bakıya qarşı mövqeyinin mənfi mənada dəyişdiyi aydın sezilir. Hesab edirəm bunun bir neçə səbəbi var:
Birincisi, din amilidir. Hindistanın hazırda yürütdüyü ermənipərəst siyasətinin əsasında bu ölkənin islamofob hakimiyyətinin mövqeyi dayanır.
Ümumiyyətlə Hindistanın hakim radikal, millətçi “Bxaratiya Canata” (BJP) partiyası və onun lideri Narendra Modi uzun müddətdir ki, islamafob və nasist siyasət yeridir. Narendra Modi 2014-cü ildə hakimiyyətə gəldikdən sonra ölkədə islamafobiya və müsəlmanlara qarşı hücumlar hər il artmağa başlayıb. Hindli millətçilərinin müsəlmanları ölümlə hədələyən and videolarının yayılması həm ölkə daxilində, həm də xaricdə dəfələrlə reaksiyalara səbəb olub. Düzdür, bu cür çıxışlar diskurs baxımından xristianlar, sinqxlər və buddistlər kimi icmalara ünvanlansa da praktiki olaraq müsəlmanları hədəf alır.
Sonuncu dəfə isə hakim partiyanın sözçüsü Naveen Kumar Jindal Twitterdə Məhəmməd peyğəmbəri təhqir edən paylaşımına böyük reaksiya almışdı.
Məsələ ilə bağlı Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırmış Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən islam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilmışdı.
İkincisi, Azərbaycanın Pakistan ilə
münasibətləri və Kəşmir məsələsidir. Aydın məsələsidir ki, son illərdə Pakistan ilə Azərbaycan arasında münasibətlər sürətlə və çoxşaxəli surətdə inkişaf edir. İki ölkə arasında imzalanan hərbi siyasi müqavilələr görünür Hindistanı narahat edir.
Pakistanın 44 günlük vətən müharibəsindəki mövqeyi və Bakıya açıq dəstəyi verməsi isə görünr Hindistanı xüsusi ilə ciddi narahat edib.
Yeni Dehli görünür Bakının Kəşmir münaqişəsində mövqeyinin dəyişməsindən ehtiyat edir. Halbuki Azərbaycan hər zaman Kəşmir münaqişəsinin beynəlxalq hüquq əsasında dinc yolla həllini di dəstəkləyib.
Bakının atmalı olduğu addımlar
Hindistanın ermənistana6 açıqca dəstək verməsi, xüsusilə də tərəflər arasında gərginliyin hələ də davam etdiyi bir zamanda dəstəkləməsi qəbuledilməzdir. Hesab edirəm rəsmi Bakı Dehliyə qarşı cavab addımları atmalıdır. Ehtimal cavab addımları isə bunlar ola bilər:

  1. Azərbaycan Hindistanın riyakar və ermənipərəst siyasətindən nəticə çıxarmalı, siyasi və hərbi sahədə Çinlə əməkdaşlığını daha da gücləndirməlidir.
  2. Azərbaycan, Türkiyə və Pakistan ilə münasibətləri daha da sıxlaşdırmalı bu yolla Hindistanın riyakar siyasətinə adekvat cavab verməlidir.
  3. Azərbaycan cəmiyyəti Ermənistana dəstək verən Hindistanın əsl simasını aydın görməli, bu ölkənin maddi və mədəni istehsalını baykot etməlidir.
  4. Azərbaycan Kəşmir münaqişəsindəki mövqeyini Pakistanın lehinə gözə çarpacaq şəkildə dəyişməli bu istiqamətdə Çin ilə əlaqələri inkişaf etdirməlidir”.

Yeganə

Previous Post

Hindistanın Ermənistanla 244 milyonluq silah müqaviləsi – Yeni Dehli nə etmək istəyir?

Next Post

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

Bənzər yazılar

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04

XX əsr bəşəriyyətə ideyaların dövlətlər üçün nə qədər böyük qurucu gücə malik olduğunu, eyni zamanda milyonlarla insanın həyatı üçün ölçüyəgəlməz...

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvilini qəbul edib. Elchi.az xəbər...

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İsrailin Bakıdakı səfiri Ronen Kraus ilə mina təhlükəsi ilə mübarizədə...

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33

Bu gün Azərbaycanın Baş naziri Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl Yəhya ilə görüşüb. Bu barədə Elchi.az-a...

Next Post
“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlanıb

"Qarabağ" - "Neftçi" oyununun hakimləri açıqlanıb

Son xəbərlər

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

Ronaldu Portuqaliya millisində karyerasını başa vurmayacağını açıqlayıb

06 Oktyabr 2026 - 23:41
Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

Pentaqon Ukrayna üçün “Patriot” avadanlıqları almağı planlaşdırır

06 Oktyabr 2026 - 23:38
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib

06 Oktyabr 2026 - 23:31
Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

Makron təcili Nazirlər Kabinetinin iclasını keçirəcək

06 Oktyabr 2026 - 23:29
Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

Tiranada Qafqaz Albaniyasının tarixinə dair kitabın təqdimatı keçirilib

06 Oktyabr 2026 - 23:27
Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

Avropa İttifaqı sabah Rusiyaya qarşı yeni sanksiyaları təsdiqləyə bilər

06 Oktyabr 2026 - 23:09
FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

FIBA Çempionlar Liqası: “Sabah” Litva klubuna uduzub

06 Oktyabr 2026 - 23:08
“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.