Hindistanın cənubundakı Kerala ştatında güclü yağışlar nəticəsində 7 nəfər ölüb.
Elchi.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Hindistanın şimalında isti dalğası təsirli olarkən, cənubda güclü yağışlar yağdı. Kerala ştatında güclü yağışlar səbəbindən daşqınlar baş verib.
Kojikode beynəlxalq hava limanında bir çox reyslər gecikib. Kerala Fəlakət İdarəsi (KSDMA) tərəfindən edilən açıqlamada şiddətli yağış nəticəsində 7 nəfərin həyatını itirdiyi bildirilib.
Kasaraqod qəsəbəsində 70 yaşlı adamın ildırım vurması nəticəsində həyatını itirdiyi, 18 və 21 yaşlı qardaşların Palakkadda su ilə dolu karxanaya düşdüyü, İdukki və Pathanamthitta bölgələrində isə 4 nəfərin suya düşərək öldüyü bildirilib.
Meteorologiya xidməti fırtınaların yaxın 5 gün ərzində də davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.
Şayəstə Hüseynova