Hər iki pilot Assam ştatında Hindistan Hərbi Hava Qüvvələrinə məxsus Su-30MKI qırıcı təyyarəsinin qəzasında həlak olub.
Elchi.az xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin mətbuat xidməti sosial mediada məlumat yayıb.
Pilotların ölümcül xəsarətlər aldığı dəqiqləşdirilib.
Paylaşımda deyilir: “Bütün Hindistan Hərbi Hava Qüvvələri bu kədərli anlarda mərhumun ailələrinə dərin hüznlə başsağlığı verir və dəstək olur”.
Hindistan qırıcı təyyarəsinin yoxa çıxması barədə dünən məlumat yayılıb. Təyyarə Assam ştatının Corhat şəhərindən havaya qalxıb. Ekipaj sonuncu dəfə yerli vaxtla saat 19:42-də əlaqə saxlayıb. Qırıcının itkin düşməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatı başlanılıb. Su-30MKI-nin itməsinin mümkün səbəbi barədə rəsmi məlumat hələlik açıqlanmayıb.
Məryəm





















