Keçən il öskürək siropları səbəbiylə çoxlu uşağın ölümündən sonra Hindistan 4 yaşdan kiçik uşaqlar üçün soyuqdəymə və öskürək müalicəsində istifadə edilən “xlorfeniramin maleat və fenilefrin qarışığı” şərbət və həblərini qadağan etdi.
Elchi.az BBC-ə istinadən xəbər verir ki, qadağa 2022-ci ildə Qambiya, Özbəkistan, İndoneziya, Kamerun və Hindistan kimi bəzi ölkələrdə Hindistan istehsalı olan öskürək siroplarından ən azı 141 uşağın ölməsindən sonra qoyulub.
Hindistan Baş Dərman Nəzarətçisi (DCGI) soyuqdəymə və öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilən “xlorfeniramin maleat və fenilefrin qarışığı” şərbət və həblərinin 4 yaşdan kiçik uşaqlarda istifadəsinin qadağan edildiyini açıqlayıb.
DCGI istehsalçıları bu dərmanların qutularında “4 yaşdan kiçik istifadə qadağandır” ifadəsini yerləşdirməyi öhdəsinə götürüb.
Bildirilir ki, Hindistanda 2019-2020-ci illərdə ən azı 12 uşaq bu qarışıqları ehtiva edən şərbətlərdən istifadə etdikdən sonra ölüb.
Şayəstə Hüseynova