Hindistan Fələstinə 38 ton dərman və tibbi avadanlıq göndərib və ölkə Fələstin xalqına humanitar yardımı davam etdirəcək.
Elchi.az xəbər verir ki, bu barədə respublikanın BMT-dəki daimi nümayəndəsinin müavini R.Ravindra məlumat verib.
O, münaqişə tərəflərini “sülh və birbaşa danışıqların bərpası, o cümlədən gərginliyin azaldılması və zorakılığın dayandırılması yolu ilə bərpa etmək üçün zəruri şərait yaratmağa” çağırıb.
Ravindra xatırladıb ki, Hindistanın baş naziri Narendra Modinin Fələstin-İsrail münaqişəsinin şiddətlənməsindən sonra insan itkisi ilə bağlı başsağlığı verən və zorakılığı pisləyən ilk dünya liderləri arasında olub. “Terror hücumları ilə üzləşən İsraillə həmrəy olduq. Qəzzada Əl-Əhli xəstəxanasında faciəli şəkildə insan itkisi də bizi dərindən sarsıtdı”, – o deyib. Hindistanlı diplomat rəsmi Yeni Dehlinin Fələstin-İsrail probleminin “iki dövlətin birgə yaşaması əsasında” həllinə dəstəyini xatırladıb. Belə bir yanaşma İsraillə sülh şəraitində təhlükəsiz və tanınmış sərhədlər daxilində yaşayan suveren Fələstin dövlətinin yaradılmasına gətirib çıxara bilər,-deyib.
Nuranə Məmmədova