Hindistan fevral ayında Amerika şirkəti “Chevron”dan 2023-cü ildən bəri ilk dəfə olaraq Venesuela neftinin partiyasını alıb.
Elchi.az xəbər verir ki, bu barədə “The Economic Times” nəşri məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, nefti idxal edən tərəf Hindistanın konqlomeratı Reliance Industries olub. Şirkət 2023-cü ilin dekabrından bəri “Chevron”dan Venesuela mənşəli enerji daşıyıcıları almamışdı. Venesueladan Hindistana ağır “Merey” markalı neftin daşınması üçün treyderlər hər biri 2 milyon barrelədək neft daşıya bilən üç iri tankeri icarəyə götürüblər.
Gözlənilir ki, Hindistan idxalçıları yaxın aylarda Venesueladan neft daşınması üzrə logistik xərcləri azaltmaq üçün daha çox iri tanker icarəyə götürəcəklər. Alınmış “Merey” markalı neftin bir barelinin razılaşdırılmış qiyməti isə Brent markalı neftin qiymətindən təxminən 15 dollar aşağı olub.
Məryəm





















