Hindistanın Bakıdakı səfirliyi İrandan Hindistan vətəndaşlarının təxliyəsində göstərilən köməyə görə Azərbaycana təşəkkürünü bildirib
Elchi.az xəbər verir ki, bu barədə Hindistanın Azərbaycandakı səfirliyi rəsmi sosial media hesabında paylaşım edilib.
“Hindistan tərəfi öz vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsinin təmin etdiyi üçün rəsmi Bakıya səmimi təşəkkürünü bildirir”,- paylaşımda qeyd edilib.
Xatırladaq ki, martın 30-dək İrandan 196 Hindistan vətəndaşı təxliyə olunub.





















