Hindistan hakimiyyəti ölkəyə onun keçmiş Bharat adını qaytarmaq niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Ekonomik Tayms” məlumat yayıb.
Qeyd olunur ki, Narendra Modinin rəhbərlik etdiyi hökumət parlamentin sentyabrın 18-22-nə təyin edilmiş xüsusi iclasında Hindistanın rəsmi adının “Bharat” olaraq dəyişdirilməsi ilə bağlı qətnamə təqdim edəcək.