"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

“Hikmət Hacıyevin yüzə yaxın hökumətyönlü QHT ilə görüşündən nə gözləmək olar?”

29 Avqust 2020 - 14:57
in SİYASƏT
FacebookVatsap

26 və 28 avqust tarixlərində Azərbaycan prezidentinin köməkçisi, administrasiyanın xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev 100-ə yaxın QHT nümayəndəsi ilə onlayn-konfrans keçirib.
“Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova Turan-ın bu görüşlər haqqında suallarını cavablandırıb.
Hazırda canlanma müşahidə olunur, vətəndaş cəmiyyətinin rolunu başa düşən hakimiyyət bu sahəyə nəzarəti əlində saxlamağa çalışır, deyə Səfərova bu görüşlərin məqsədi ilə bağlı suala cavabda bildirib.
“İştirakçılar arasında çox az müstəqil QHT var idi. Əsasən QHT Şurası ilə əməkdaşlıq edən hökumətyönlü QHT-lər təmsil olunurdu”, deyə o qeyd edib.
Ölkənin vətəndaş cəmiyyətinin vəziyyəti necədir? Bu suala cavabda Səfərova deyib ki, 2014-cü ilin fevralında “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna QHT-lərin müstəqil fəaliyyətini qeyri-mümkün edən düzəlişlər qəbul edilib. Bundan sonra müstəqil QHT rəhbərlərinin fəal təqibi başlayıb.
Eyni zamanda, QHT Şurasının iştirakı ilə hakimiyyətyönlü QHT-lər şəbəkəsi yaradılıb. Hökumət vətəndaş cəmiyyətini tam nəzarətə götürmək qərarına gəlib.
Məhdudiyyətlərə baxmayaraq, müstəqil vətəndaş cəmiyyəti sağ qalıb və fəaliyyətini dayandırmayıb. Əslində əks təsir baş verib. Müstəqi QHT-lər xidmət haqqında müqavilələr üzrə maliyyə vəsaiti almağa davam ediblər. QHT-lər regionlarda, xüsusən gənclərlə müntəzəm iş aparıblar. Hazırda bu proses zəifləyib.
Hakimiyyətin vətəndaş cəmiyyətinə münasibəti dəyişir? Bu suala cavabda Səfərova deyib ki, konkret addımlar olarsa, dəyişikliklərdən danışmaq olar.
“QHT haqqında qanun dəyişsə, hakimiyyətin vətəndaş cəmiyyətinə münasibətinin yaxşılaşmasından danışmaq olar, xarici donorların, beynəlxalq təşkilatların ölkəyə qayıdışı başlayar, vətəndaş cəmiyyəti üçün azad mühit yaranar. Onda hakimiyyətin səmimiyyətinə inanmaq olar”, deyə Səfərova qeyd edib.
11 nəfərdən ibarət QHT-lərə Dövlət Dəstəyi Şurası haqqında ayrıca danışmaq lazımdır. Bu 11 nəfərdən 8 nəfər QHT nümayəndəsi, 3 nəfər dövlət orqanlarının nümayəndəsidir. Şura üzvlərinin səlahiyyət müddəti 4 ildir. Sonuncu təyinat 2016-cı il aprelin 20-də olub. Hacıyevlə görüşdə QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyət müddəti başa çatmış rəhbərliyi və üzvləri iştirak ediblər. Bu, necə olur? Hələ apreldə Şuranın tərkibi dəyişməli idi, amma artıq avqustun sonudur. Səlahiyyəti başa çatan insanlarla QHT-lərin inkişafından necə danışmaq olar? İnkişaf dəyişikliklər, tənqid olduqda olur. Bizdə isə tənqid edənlər hücuma və trolların təhqirlərinə məruz qalırlar”, deyə Səfərova qeyd edib.
Azərbaycanda siyasi institutlar, vətəndaş cəmiyyəti subyektləri və mətbuat hakimiyyət tərəfindən çoxdan və qəsdən zəiflədilib.
“QHT yaratmağa cəhd edin və hansı maneələrlə qarşılaşacağınızı görəcəksiniz. Əlbəttə, uzun illər bu sahəyə nəzarət edən Əli Həsənovun mənfi rolu danılmazdır. Amma yeni komanda köhnə metodlarla idarə etməyə davam etsə, heç bir müsbət nəticə olmayacaq.
Vaxtilə bu sahəyə rəhbərlik edən insan günahkardırsa, qoy islahatçılar bu QHT haqqında qanunun dəyişdirilməsi təşəbbüsü ilə çıxış etsinlər. Onda biz islahat vədlərinə inanarıq.
Bu gün nazirlər, deputatlar və vəzifəli şəxslər arasında vaxtilə beynəlxalq fondlardan böyük hcəmdə qrant alanlar az deyil”.
Hikmət Hacıyevin QHT nümayəndələri ilə görüşündən nə gözləmək olar? Bu suala cavabda Səfərova deyib ki, Əli Həsənov 2012-ci ildə QHT-lərlə görüşmüşdü. Bundan sonra müstəqil QHT-lərin təqibi başlamışdı.
2014-cü ildə ictimai təşkilatlar və fondlar haqqında qanun sərtləşdirilməzdən bir gün əvvəl qanuna düzəlişlərin formal müzakirəsi keçirilmişdi və vətəndaş cəmiyyətinin bütün nümayəndələri öz etirazlarını bildirmişdilər. Nə dəyişdi? Heç nə! Hakimiyyət rəsmiyyətçiliklə məşğul olmağa son qoymalıdır. İndi 2014-cü ildəki vəziyyət deyil, islahatların məzmuna ehtiyacı var.
Hazırki qanun dəyişsə, vətəndaş cəmiyyəti fəallarının təqibinə son qoyulsa, onlar üçün azad mühit yaradılsa, hakimiyyətin dəyişiklik səylərinə inanarıq.
QHT-lər regionda tədbir keçirmək istədikdə Prezident Administrasiyasından və yerli icra qurumundan icazə almalıdırlarsa, QHT-lərin qeydiyyatı üçün dövlət komitəsindən və ya nazirlikdən razılıq məktubu alınmalıdırsa hansı yaxşılaşmalardan danışa bilərik?
* “Vətəndaş” İctimai Birliyi 2005-ci il mayın 31-də yaradılıb və Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Təşkilatın məqsədi demokratik dəyərlərin yayılması, müxtəlif sahələrdə vətəndaş təşəbbüsünün gücləndirilməsi, monitorinq, sorğu və konfransların keçirilməsidir.

Bunu da oxuyun

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Previous Post

“Hikmət Hacıyevin yüzə yaxın hökumətyönlü QHT ilə görüşündən nə gözləmək olar?”

Next Post

Azərbaycanda xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

Bənzər yazılar

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32

Türkmənistan bu gün və sabah üç mötəbər beynəlxalq tədbirə – "Azərbaycan və Mərkəzi Asiya ölkələrinin dövlət başçılarının məşvərət şurasının iclası",...

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29

Avropa İttifaqı (Aİ) Şurasının rəhbəri Antonio Koşta Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı ölkənin Aİ-yə üzvlüyə hazırlıq prosesini...

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39

Azərbaycan Mərkəzi Asiya dövlətləri üçün vacib tərəfdaş ölkədir. Coğrafi mövqeyi və genişmiqyaslı iqtisadi əlaqələri bu tərəfdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir. Ölkəmizin...

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12

Bakı Təşəbbüs Qrupu (BTQ) Fransada lisey şagirdləri və gənclərin davam edən ümummilli səfərbərliyini, habelə etirazçıların ağır xəsarətlər almasını, çoxsaylı saxlanılma...

Next Post
Azərbaycanda xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

Azərbaycanda xüsusi karantin rejimi bu gündən daha bir ay uzadılıb

Son xəbərlər

GAİM-də yeni tədris mərhələsinə start verilib

GAİM-də yeni tədris mərhələsinə start verilib

08 Oktyabr 2026 - 20:34
Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

Türkmənistan üç mötəbər beynəlxalq tədbirə ev sahibliyi edir

08 Oktyabr 2026 - 20:32
Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

Koşta Zelenskini Aİ liderlərinin sammitinə dəvət edib

08 Oktyabr 2026 - 20:29
Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

Ölkəmiz Mərkəzi Asiya dövlətləri ilə əlaqələrini daha da möhkəmləndirir

08 Oktyabr 2026 - 19:39
Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Murad Fətiyev dünya çempionatında bürünc medal qazanıb

08 Oktyabr 2026 - 19:26
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

08 Oktyabr 2026 - 19:12
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilib – YENİLƏNİB-3

08 Oktyabr 2026 - 18:51
“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

“Əvvəl bilik, sonra birlik” adlı ictimai dinləmə keçirildi

08 Oktyabr 2026 - 18:47
BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

BMT ilə ƏƏSMN arasında əməkdaşlıq müzakirə olunub

08 Oktyabr 2026 - 18:47
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

08 Oktyabr 2026 - 18:38
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Bakıya intensiv yağış, dağlıq ərazilərə qar yağacaq – XƏBƏRDARLIQ

08 Oktyabr 2026 - 18:35
Filippində vulkan püskürməsi baş verib

Filippində vulkan püskürməsi baş verib

08 Oktyabr 2026 - 18:29
Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

Gürcüstana qanunsuz keçməyə cəhd göstərən Mərakeş və Əfqanıstan vətəndaşları saxlanılıb

08 Oktyabr 2026 - 18:22
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib

08 Oktyabr 2026 - 18:14
Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

Niderlandda Qərbi Nil virusuna yoluxanların sayı həftə ərzində 59 nəfərə çatıb

08 Oktyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.