Qətər Əmirliyi qadın basketbol milli komandasını Asiya oyunlarından çıxardığını açıqlayıb.
CNN TURK xəbər verir ki, Asiya oyunları təşkilatçıları beynəlxalq qaydalara uyğun geymədikləri təqdirdə Qətəri turnirdən məhrum edəcəklərini deyəndən sonra Qətər özü basketbol komandasını turnirdən çıxarmaq qərarına gəlib.
Qətərli qadın basketbolçular örtülü geyimlərini çıxartmayacaqlarını bildirərək bu tələbin müsəlman qadınlara qarşı cinayət olduğunu bildirmişdilər.
Xatırladaq ki, FİBA keçən dəfələrdə verdiyi açıqlamada 2 il müddətlə sınaq məqsədi ilə qadınların istədikləri təqdirdə matçlarda başlarını örtə biləcəklərini açıqlamışdı. Asiya oyunları təşkilatçıları isə FİBA-dan onlara belə bildiriş gəlmədiyini açıqlayıblar.
– See more at: http://axar.az/news/30360#sthash.FmoocVBj.dpuf