"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“HƏMAS-ın qaçmağa və ya gizlənməyə yeri olmayacaq”

10 Oktyabr 2023 - 20:33
in XƏBƏR LENTİ
FacebookVatsap

İsrail və HƏMAS müharibə vəziyyətindədir və hər iki tərəfdən ölənlərin sayı minlərlə ölçülür. Yaxın Şərq böyük bir fəlakətə doğru sürüklənir.

Bunu da oxuyun

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

Fələstində ikinci ən böyük güc Fələstin Azadlıq Təşkilatıdır. Bu təşkilata 2004-cü ildən, yəni Yasir Ərəfat 75 yaşında dünyasını dəyişəndən sonra Mahmud Abbas rəhbərlik edir. O, hələ də öz yerindədir. Burada bir önəmli məqam var. HƏMAS İsraili dövlət kimi tanımır. Fələstin Azadlıq Təşkilatı (FAT) isə 1993-cü ildə İsraili dövlət kimi tanıyıb. Hazırda HƏMAS Fələstində FAT-dan daha güclüdür. Ancaq FAT ilə İsrail arasında da münasibətlər yaxşı deyil.
Belə ki, keçən ay öz partiyası qarşısındakı televiziya çıxışında Mahmud Abbas Holokostla bağlı antisemitizm xarakterli şərhlərinə görə bütün dünyada geniş şəkildə qınandı. Mahmud Abbas həmin çıxışında belə demişdi: “Onlar deyirlər ki, Hitler yəhudiləri yəhudi olduqlarına görə öldürüb və Avropa yəhudilərə yəhudi olduqları üçün nifrət edirdi, xeyr. Yəhudilərə qarşı dinlərinə görə deyil, sosial rollarına görə mübarizə aparıldığı açıq şəkildə izah edilib”.
Mahmud Abbas daha sonra “sosial rol” dedikdə “sələmçilik, pul və s.” şeyləri nəzərdə tutduğunu açıqlamışdı.

Bu çıxışa cavab olaraq öncə fələstinli intellektual kəsim kəskin bəyanatla çıxış etdi. Daha sonra yəhudilərin nüfuzlu elm xadimləri də həmin bəyanata dəstək verdi.
Maraqlıdır ki, Azərbaycan mediasında daha çox HƏMAS haqqında yazırlar. Ancaq HƏMASla birlikdə Fələstin İslami Cihad Hərəkatı da əldə silah İsrailə qarşı döyüşür. İslami Cihad HƏMAS-dan kiçikdir, ancaq onlar da Fələstində müəyyən nüfuza sahibdir. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqı, İngiltərə, Yaponiya, Kanada, Avstraliya və İsrail İslam Cihadını terrorçu təşkilat hesab edirlər. Bu hücumda İzz əd-din əl-Qasım Briqadası da iştirak edir. Bunlar kimdir? HƏMAS-ın hərbiləşmiş qanadıdır. Onlara Məhəmməd Deyf rəhbərlik edir. 1991-ci ildə yaradılmış bu təşkilat indiyə kimi dəfələrlə İsrailə qarşı terror hücumları təşkil edib. Əl-Qasım Briqadası Fələstində ən yüksək səviyyəli hərbi hazırlığa malik qüvvə kimi tanınır…

Bəs HƏMAS və tərəfdarları İsrail dövlətindən konkret olaraq nə istəyirlər? Əl-Qəssam Briqadalarının baş komandiri Məhəmməd Deyfin bəyanatından sonra HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə, daha sonra İslami Cihaddan Ziad əl-Nəhlənin bəyanatları səsləndi. Əsas tələb bunlardır: Bütün məhbusların azad edilməsi; Qüdsdə Fələstinin müqəddəs yerlərinin toxunulmazlığı təmin edilsin, Qəzzənın mühasirəsinə son qoyulsun və.s. Aydındır ki, radikal dinçi və millətçi kimi tanınan İsrailin hazırkı Baş naziri Benyamin Netanyahu bu kimi tələbləri qətiyyən qəbul edə bilməz. Fələstin müqavimətinin önündə yer alan HƏMAS radikal sağçı mövqedə olan İsrail hökuməti ilə üz-üzə qalıb. Tək Benyamin Netanyahu deyil, hökuməti təşkil edən digər radikallar da HƏMAS-ın məhvinə qədər müharibənin davam etməsi tələbi ilə çıxış edir. Ona görə Benyamin Netanyahu hökuməti müxtəlif tərəflərdən gələn atəşkəs çağırışlarına məhəl qoymur. Benyamin Netanyahu birmənalı şəkildə deyir: “Bu müharibəni biz başlamadıq, ancaq bu müharibəni də, HƏMASı da biz bitirəcəyik”.

Hərbi ekspertlər hesab edir ki, HƏMAS və onlara dəstək verən Livanın Hizbullah şiə qruplaşması İsrailin quru qoşunlarından daha yaxşı döyüşür. Hizbullah bu 2000 və 2006-cı illərdə sübut edib. Ancaq İsrail ordusu havada dominant gücə sahibdir. Bu isə yəhudilərə ağlasığmaz üstünlük verir. Düşünün ki, hazırda İsrail Fələstin ərazisini Misir sərhədinə qədər total şəkildə bombalayır. Təbii ki, HƏMAS və onun ətrafında olan silahlı qruplaşmalar İsrailin bu üstünlüyünü aradan qaldırmaq üçün nəsə etmək gücündə deyillər. Ona görə də İsrailin hərbi rəhbərliyi xəbərdarlıq edib ki, HƏMAS terrorçularının “qaçmağa və ya gizlənməyə yeri olmayacaq. Biz buna imkan verməyəcəyik”. İsrail Müdafiə Nazirliyinin sözçüsü Daniel Hagari deyib ki, biz terrorçuları hər yerdə təqib edəcəyik. Bu arada isə Misir Fələstinlə sərhədini bağlayıb. Yəni fələstinlilərin fəlakətdən uzaqlaşmaq şansı da yoxdur…
Xarici xəbər agentlikləri bildirir ki, Fələstin və Livan ərazisindən yüz minlərlə insan baş götürüb qaçır. Maraqlıdır ki, İsraili tərk etməyə çalışan yəhudilər də çoxdur. Ancaq İsrailin hava limanlarına eniş və uçuşlar tamamilə dayandırılıb. Sıradan insanlar müharibənin gətirdiyi bəlalardan uzaqlaşmağa can atırlar. Xüsusən uşaqları xilas etməyə çalışırlar…

Sirr deyil ki, Qərbdəki solçu düşərgə birmənalı şəkildə Fələstini müdafiə edir. Onların düşüncəsinə görə, İsrail 75 ildir ki, Fələstin torpaqlarını işğal altında saxlayır. Və Qərbin CNN, BBC, FOX kimi nəhəng xəbər mərkəzləri Fələstin-İsrail qarşıdurmasını ikincinin xeyrinə təbliğ edirlər. Məsələn, eyni media sənaye kompleksi İsrail ordusu tərəfindən gecə yarısı yataq otağından yarıçılpaq götürülən fələstinli kişilər, qadınlar və uşaqlar üçün heç vaxt girov ifadəsini işlətməyib. CNN, FOX və MSNBC-dəki ekspertlər heç vaxt heç bir ittiham irəli sürülmədən qeyri-müəyyən müddətə saxlanılan 1200 fələstinlini girov adlandırmayıblar. Solçuların baxışına görə, mahiyyətdə həmin fələstinlilər İsrail tərəfindən girov kimi saxlanılır. Başqa bir məqam: Solçular deyir ki, Qərb mediası Rusiyanın Ukraynada törətdiyi dağıntıları ən kəskin ifadələrlə ictimai rəyə sırıyır. Ancaq İsrailin Fələstinə qarşı aşırı gücdən istifadəsi haqqında isə bir kəlmə də demir…
Ərəblərin ən nüfuzlu media orqanı olan “aljazeera” xəbər verir ki, hal-hazırda Qəzza zolağındakı xəstəxanalarda yaralı əlindən tərpənmək mümkün deyil. Ölənlər arasında 6 nəfər fələstinli jurnalist də var. Qəzza zolağında təhlükədən kənar hesab oluna biləcək yer qalmayıb.

İraqda Ayətullah Seyid Məhəmməd Baqir əl-Həkim tərəfindən qurulmuş Bədr Briqadası İrana bağlıdır. Təşkilatın lideri Hadi əl-Əmiri bəyan edib ki, əgər ABŞ İsrailə açıq şəkildə hərbi yardım etsə, biz də Amerikaya bağlı obyektləri legitim hədəf kimi sıradan çıxaracağıq.

“Save the Children” (Uşaqları xilas edək) təşkilatının Avropa üzrə direktoru və Avropa İttifaqındakı nümayəndəsi Willy Bergogne deyir ki, onun təşkilatı bir neçə Aİ üzv dövlətinin Fələstinə humanitar yardımını dayandırmaqla bağlı qərarına görə “narahat olub”.

O, “aljazeera” xəbər telekanalına deyib: “Biz digər Aİ üzv dövlətləri və Avropa Komissiyasının da fələstinli ailələrə dəstəyini dayandırmaq üçün oxşar hərəkətləri nəzərdən keçirməsindən son dərəcə narahatıq”.
Bu arada isə BMT komissiyası Qəzza və İsraildə müharibə cinayətlərinin törədilməsi ilə bağlı “aydın dəlil”lərin ortaya çıxdığını bildirib.

Münaqişənin monitorinqini aparan BMT komissiyasına görə, hər iki tərəfin törətdiyi hərbi cinayətlərə, o cümlədən mülki şəxslərin hədəfə alınması barədə faktlar var.

Komissiya tələb edib ki, beynəlxalq humanitar hüququ pozan və ya mülki şəxsləri hədəfə alanların hamısı məsuliyyətə cəlb edilsin.

“Qəzzadan gələn silahlı qrupların yüzlərlə silahsız mülki vətəndaşı gülləbaran etməsi ilə bağlı xəbərlər dünyaya dəhşət saçır və dözülməzdir. Mülki girovlardan və mülki şəxslərdən canlı qalxan kimi istifadə müharibə cinayətləridir”, – bəyanatda deyilir.
Komissiya həmçinin bildirib ki, “İsrailin Qəzza zolağını su, qida, elektrik və yanacağın kəsilməsi ilə tam mühasirəyə alması, şübhəsiz ki, mülki insanların həyatı bahasına başa gələcək və fələstinlilərin kütləvi şəkildə cəzalandırılması kimi dəyərləndiriləcək”…

Yaxın Şərqi xaosa sürükləyən və qəddarlığı ilə seçilən müharibə davam edir…


Elbəyi Həsənli, Sürix

Previous Post

“HƏMAS-ın qaçmağa və ya gizlənməyə yeri olmayacaq”

Next Post

Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!

Bənzər yazılar

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) - "Qarabağ" oyunu başlayıb. Elchi.az -ın məlumatına görə, qarşılaşma Enshededəki "Tvente" stadionunda keçirilir....

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25

Azərbaycan və İraq iki ölkə arasında media əməkdaşlığının gücləndirilməsi, xəbər, mədəniyyət və idman sahələrində mübadilənin genişləndirilməsi yollarını müzakirə ediblər. Elchi.az ...

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18

İsveçrə və Çin İsveçrə mallarının Çin bazarına çıxışını genişləndirəcək yenilənmiş azad ticarət sazişi üzrə danışıqları başa çatdırıb. Elchi.az "Reuters" agentliyinə...

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16

Avropa İttifaqı (Aİ) iyulun sonlarında İspaniyanın Seuta şəhərindəki böhrandan sonra sərhəd nəzarətini gücləndirmək və qanunsuz miqrasiya ilə mübarizə aparmaq üçün...

Next Post
Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!

Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!

Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!

Ərdoğandan İsrailə: Qəzzaya suyu kəsə bilməzsiniz!

Son xəbərlər

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

UEFA Konfrans Liqası: “Tvente” – “Qarabağ” oyunu başlayıb

20 Avqust 2026 - 22:24
Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

Zimbabvedə baş verən bərə qəzasında ölənlərin sayı 97-yə çatıb

20 Avqust 2026 - 22:20
Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

Azərbaycan və İraq media və mədəniyyət sahəsində məlumat mübadiləsini genişləndirməyi planlaşdırır

20 Avqust 2026 - 21:25
İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

İsveçrə və Çin yenilənmiş ticarət sazişi üzrə danışıqları başa çatdırıb

20 Avqust 2026 - 21:18
Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

Aİ qanunsuz miqrasiya ilə mübarizə üçün Mərakeşə maliyyə dəstəyini artıracaq

20 Avqust 2026 - 21:16
Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

Azərbaycanda 4 sığorta vasitəçisinin lisenziyası ləğv edilib

20 Avqust 2026 - 19:54
Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

Konqo Ebola virusuna qarşı 70 min doza peyvənd alacaq

20 Avqust 2026 - 19:53
Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

Nigeriyada qayığın aşması nəticəsində 40-a yaxın insan ölüb

20 Avqust 2026 - 19:50
Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

Kolumbiyada qanunsuz mədəndə torpaq sürüşməsi nəticəsində 13 nəfər ölüb

20 Avqust 2026 - 19:48
Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

Almaniyada istilik fəlakəti: Ölənlərin sayı 14000-ə çatıb

20 Avqust 2026 - 19:23
KL: Pley-off mərhələsinə start verilir

KL: Pley-off mərhələsinə start verilir

20 Avqust 2026 - 19:11
Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

Azərbaycanın voleybol millisinin Avropa çempionatı üçün yekun heyəti açıqlanıb

20 Avqust 2026 - 19:07
Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

Husilər Nəcranda hava limanına və “Saudi Aramco”nun müəssisəsinə hücum ediblər

20 Avqust 2026 - 19:05
Yasamalda yanğın oldu

Kürdəxanıda yol kənarında tikinti materialları yanıb – YENİLƏNİB

20 Avqust 2026 - 18:57
Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

Lavrov Vatikanın diplomatik xidmət rəhbəri ilə danışıqlar aparacaq

20 Avqust 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.