“Fələstinin HƏMAS hərəkatı girovların azad edilməsi ilə bağlı Parisdə Misir, İsrail, Qətər və ABŞ-ın iştirakı ilə aparılan danışıqlarda hazırlanmış ilkin təklif alıb”.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, bu barədə hərəkatın siyasi bürosunun rəhbəri İsmayıl Haniya məlumat verib.
“HƏMAS Parisdə hazırlanmış və hazırda onu öyrənən bir təklif aldı”.
Haniya vurğulayıb ki, təcavüzün dərhal dayandırılmas və işğalçı qüvvələrin Qəzza zolağının sərhədlərindən çıxarılmas” HƏMAS üçün cavab tədbirlərinin hazırlanmasında prioritetdir və hərəkat yalnız həyata keçirilməsini təmin edə biləcək təşəbbüsləri nəzərdən keçirməyə hazırdır.
O, əlavə edib ki, hərəkat rəhbərliyi Qahirədə Parisdə əldə olunmuş ilkin razılaşmanı müzakirə edəcək, lakin hələlik dəqiq tarixi açıqlamayıb.
Yeganə