Nəhayət ABŞ liderliyində koalisiya qüvvələri İŞİD-in qarşısını kəsdi.
Axar.az xəbər verir ki, İŞİD-in Kobaniyə yaxın Cemharran kəndini ələ keçirməsindən sonra terrorçuların olduğu mövqelərə hava hücumları təşkil edilib. Əlişar kəndində də bir çox terrorçu məhv edilib.
Kobaniyə 4 km məsafədə kəndlərin bombalanmasını hansı ölkənin təşkil etdiyi barədə məlumat verilməyib.