Hava çirkliliyi ürək ritminin pozulmasına səbəb olur

89

Çində 200.000-ə yaxın insanın xəstəxanaya qəbulu əsasında aparılan bir araşdırma, havanın çirklənməsinin qəfil artmasının ürək ritminin pozulması riskini artırdığını ortaya qoyub.
Elchi.az xəbər verir ki, bu barədə Şanxaydakı Fudan Universitetindən Dr. “Biz müəyyən etdik ki, ətraf mühitin çirklənməsinə kəskin məruz qalma simptomatik aritmiya riskinin artması ilə əlaqələndirilir” Renjie Chen araşdırma ilə bağlı açıqlamasında deyib.
Çen, risklərin ilk bir neçə saatda ortaya çıxdığını və 24 saat davam edə biləcəyini ifadə etdi.
Sözügedən tədqiqat Çində təxminən 200.000 xəstə qəbuluna əsaslandırıb.
Keçən il aparılan bir araşdırma da sağlam gənclərdə incə hissəcikli hava çirkliliyi ilə ürək aritmiyaları arasında əlaqəni ortaya qoydu.

Şayəstə Hüseynova