
Xəbəri eşidəndən özümü çox xoşbəxt hiss edirəm.
Avropa.info bildirir ki, bu sözləri bu gün əfv olunan jurnalist Pərviz Həşimlinin həyat yoldaşı İlahə Rüstəmli teleqraf.com-a deyib.
İlahə Rüstəmlinin sözlərinə görə, əfv xəbərinə evdə hər kəs sevinir: “Qızım məktəbdədir, indi gedirlər gətirməyə, hələ xəbəri yoxdur. Biləndə hamıdan çox o sevinəcək. Çünki atasının bayramda evimizə gəlməsini hamıdan çox o gözləyirdi”.
İlahə Rüstəmli qeyd edib ki, ailə Pərviz Həşimlinin əfvini dekabrda gözləyib: “Pərvizin əfv olunacağını dekabrda gözləyirdik. Bu dəfə özümüzdə ümid yaratmaq istəmirdik ki, əfvə düşməsə, pis olmayaq. Pərviz əfv olundu, biz sevinirik…”



















Son şərhlər