"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hakimiyyət erməni səfiri Tiflisdən qovmalıdır -Qalmaqal

08 Sentyabr 2016 - 10:42
in XƏBƏR LENTİ
FacebookVatsap

Qondarma DQR-in “müstəqillik” tədbirlərinə Ermənistandan başqa özü kimi əldəqayırma qondarma qurumların nümayəndələri də təşrif buyurub. Bunlardan biri də 2008-ci ilin avqustunda Rusiya tərəfindən işğal edilib, daha sonra müstəqil dövlət kimi tanınan “Abxaziya Respublikasının vitse prezidenti” Vitali Qabniyanın rəhbərlik etdiyi nüməyəndə heyəti olub.

Bunu da oxuyun

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

 

Musavat.com xəbər verir ki, Qabniya ilə bərabər Qarabağa qondarma respublikanın Xalq Yığıncağının (parlament-red) “vitse-spikeri” Varqaşak Kosyan və “xarici işlər nazirinin müavini” Kim Taniya da gəlib.

 

Hər iki qondarma qurum öz aralarında bir-birilərinin ərazilərində nümayəndəlik açmaq qərarına da gəliblər.

 

Lakin mətbuatda da yazıldığı kimi, abxaz heyətinin səfəri beynəlxalq skandala səbəb olan görüntülərlə  yadda qalıb. Belə ki, Zaqafqaziya KİV-ləri ən çox Vitali Qabniyanın Ermənistan prezidenti Serj Sərkisyanla qabaq-qabağa oturub qədəh toqquşdurmasından yazıb.

 

Aydın məsələdir ki, Gürcüstan mətbuatı bu məsələyə sərt reaksiya göstərib. Lakin təəssüf ki, Gürcüstan hökuməti eyni təpkini nümayiş etdirə bilməyib. Bu barədə bir qədər sonra..

 

Ermənistan KİV-ləri isə məsələyə əsl erməni xisləti ilə, riyakar və ikiüzlü yanaşma tərzi ilə münasibət göstərib.

 

Xüsusilə Ermənistanda özünü qərbpərəst və Avropa dəyərlərinə bağlı olduğunu iddia edən erməni KİV-lərinin maskasının əsl bu vaxt yırtıldığını söyləyə bilərik.

 

Hamıya məlumdur ki, Ermənistanın aparıcı qərbyönümlü KİV-ləri özlərini Serj Sərkisyan rejiminə qarşı qatı müxalifətdə hesab edir. Onlar Sərkisyanın Rusiya ilə yaxınlaşma siyasətini ən təhqiramiz ifadələrlə tənqid edir, Moskvanı isə Ermənistanın başına gələn bütün bəlaların səbəbkarı kimi təqdim edirlər.

 

Xüsusilə aprel müharibəsi gedişində Rusiyanın Azərbaycana məxsus torpaqlarda hərbi əməliyyatlardan imtina etməsi bu özlərini demokratik dəyərlərə sadiq göstərən məxluqları qudurmaq dərəcəsinə çatdırmışdı.

 

Lakin tanınmayan “Abxaziya Respublikası”ndan gələn nümayəndələrin Qarabağda görünməsi ilə onlar əvvəl dedikləri bütün sözləri yaddan çıxarıb, üstəlik, bu hadisəyə haqq qazandırmaqla məşğuldurlar.

 

Bunlardan biri də «Armenianreport» qəzetinin yazarı Tevos Arşakyandır. Serj Sərkisyana qarşı təhqiramiz yazıları  ilə seçilən bu yazar indi onun Gürcüstana qarşı etdiyi hörmətsizlyi bəyənir və dəstəkləyir:

 

“Bütövlükdə bu situasiyada mən yəqin ki, ilk dəfə Serj Sərkisyanı dəstəklədim. Əlbəttə, hamıya məlumdur ki, Abxaz və Cənubi Osetiya nümayəndələri yalnız Ermənistanın ərazisindən keçməklə Qarabağa gələ bilərdilər. Bunu Sərkisyanın şəxsi razılığı olmadan həyata keçirmək mümkün deyildi. Sərkisyan və Qabinyanın əllərində şampan bokalları ilə  söhbət etdiyinin əks olunduğu foto şəxsən mənim çox xoşuma gəldi. Deməli, Sərkisyan öz hərəkətlərinə cavab verə bilir. Özündən razı, lovğa gürcülərdən fərqli olaraq ermənilər beynəlxalq hüququn əsas prinsiplərindən biri olan xalqların öz müqəddəratını həll etmək hüququnun əhəmiyyətini yaxşı başa düşür”….

 

“Biz əlində silahla öz müqəddəratının həll edilməsi hüququna nail olan abxaz və osetinləri yaxşı anlayırıq. Doğrudur, Sərkisyan hələ onların müstəqilliklərini rəsmi olaraq tanımasa  da onlara verdiyi dəstəyi açıq şəkildə ifadə etdi”…..

 

“Başqa cür ola da bilməzdi, Qarabağ erməniləri öz müqəddəratlarını təyin etmək hüququna nail olmağa çalışarkən biz digər xalqların bənzər tələblərinə üz çevrirə bilmərik. Əminəm ki, biz bir zaman abxazlara da müstəqilliklərini tanımaqla minnətdarlığımızı bildirəcəyik”….

 

Erməni müəllif gürcülərə və azərbaycanlılara  öz “dəyərli məsələhətlərini” verməyi unutmur: “Gürcülərə gəlincə, onlara məsləhət görərdim ki,  Abxaziya və Cənubi Osetiya haqqında xülyalar qurmaq əvəzinə  Gürcüstanın qalan hissəsində özlərinin çoxsaylı problemlərinin həlli ilə məşğul olsunlar. Eyni sözləri Azərbaycana da söyləmək istərdim”…

 

Digər “demokrat” erməni müəllifi Musa Mikaelyan isə Tevos Arşakyandan fərqli olaraq məsələyə ehtiyatlı yanaşıb. Erməni yazar 1in.am-dakı “Gürcüstan və Ermənistan böyük potensialında kiçik skandallar” adlı məqaləsində gürcülərlə ermənilərin dostluğundan dəm vurmaqla kifayətlənib… Lakin demək olar hər yazısında Serj Sərkisyana həqarət dolu kəlmələr ilişdirən Mikaelyan bu yazıda onun adını bir dəfə də olsun çəkməyib. Erməni yazar, üstəlik, həyasızlıqla  iki ölkə arasında bu cür skandalın ikinci dəfə baş verdiyini də yazıb”.

 

Xatırladaq ki, bu ilin may ayının 9-da Ermənistan parlamentinin spikeri Qalust Saakyan “Abxaziya Respublikası parlamentinin sədri” Valeri Bqanqba ilə görüşmüşdü.

 

Bu hadisə Gürcüstanda olduqca sərt reaksiyaya səbəb olmuşdu.

 

Ermənilərdən bundan artığını gözləmək çətindir. Bu gün ağlı başında olan hər kəsə məlumdur ki, həm Abxaziya, həm də Cənubi Osetiyanın varlıq səbəbi hər iki ərazinin Rusiya tərəfindən işğal edilməsidir.

 

Həmin o Rusiya ki, adları çəkilən və çəkə bilmədiymiz bir çox “demokrat” və “qərbyönümlü” müəllif tərəfindən  müstəmləkə ağası, Ermənistanın işğalçısı, “Ermənistanda demokratik gələcəyin qənimi” və s. ağır sözlərlə təsvir olunur….

 

İndi nə baş verir, cənablar… nə tez unutdunuz bu sözlərinizi?

 

Maraqlıdır ki,  bütün bunların üstündən Gürcüstanın baş naziri Georgiy Kvirikaşvili sentyabrın 5-də  Ermənistana rəsmi ziyarət gerçəkləşdirdi.

 

Gürcüstan baş nazirini səfərdə baş nazirin müavini,  enerji və təbii sərvətlər naziri Kaxa Kaladze, xarici işlər nazirinin müavini David Dondua, bir sıra başqa gürcü diplomatları və deputatlar müşayiət edib.

 

Gürcüstan heyəti İrəvanın “Zvartnots” hava limanında qarşlandıqdan dərhal sonra Ermənistanın baş nazirinin müavini Vaçe Qabrielyan və İrəvanın meri Taron Markaryan tərəfindən qondarma “erməni soyqırımı” abidəsini ziyarətə aparılıb.

 

Gürcüstanın baş naziri erməni həmkarı Ovik Abramyan, və prezident  Serj Sərkisyanla görüşüb.

 

Tərəflər “qədimlərə dayanan” gürcü-erməni dostluğu və strateji əlaqələrlə bağlı şablon bəyanatlar verməklə kifayətlənib.

 

Qeyd edək ki, Gürcüstan baş nazirinin səfəri ölkəsində də ciddi narazılıqla qarşılanıb.

 

“Məlum olur ki, Serj Sərkisyan separatçılarla görüş təşkil etməklə nə Gürcüstana, nə də onun baş nazirinə hörmət edib. Hətta səfər zamanı onu pis vəziyyətdə qoyaraq, hər kəsin önündə gülünc vəziyyətə salıb”,  – Gürcüstanın kavkazplus.com saytı “Gürcüstan baş nazirinin İrəvan rejimi qarşısında bu cür biabır olmaq nəyinə gərəkdi”, adlı məqalədə yazır.

 

“Cənab Kvirikaşvili anlamalıdır ki, o, Gürcüstanın erməni icmasının deyil, hamısının baş naziridir. Gürcüstanın baş naziri təkcə özünü deyil, erməni etnosuna və ermənilərin uydurma əfsanələrinə heç bir aidiyyəti olmayan milyonlarla gürcünü biabır edib”.

 

“Gürcüstan vətəndaşlarını ermənilərin 1915-ci il haqqındakı uydurmaları maraqlandırmır. Onları maraqlandıran Abxaziyada dinc gürcüləri qətlə yetirən, mənzillərini ələ keçirib qarət edən erməni terrorçularının cəzalanıb -cəzalanmayacağıdır”….

 

“Bundan əlavə, Ermənistan hər il BMT Baş Assambleyasında gürcü qaçqınlarının Abxaziyada öz doğma yurdlarına qayıtmasının əleyhinə səs verir. Ermənistan prezidenti isə Abxaziya cə Cənubi Osetiyanın separatçılarına təntənəli qarşılanma təşkil edir”…

 

Üstəlik, ermənilər uzun müddətdən bəri Gürcüstandan qondarma “soyqırımın” tanınmasını ultimativ şəkildə tələb edirlər. Gürcüstan baş nazirinin bu cür jestləri isə onların tələblərində daha da həyasızlaşmalarına yol açır”….

 

Bundan başqa, Gürcüstan ərazisində separatçılığı dəstəkləmək kursunu götürən İrəvan çətin ki, bu sevdasından vaz keçsin. Bu səbəbdən Gürcüstan hakimiyyəti Abxaziya və Cənubi Osetiyadan əlavə, Ermənistan hakimiyyəti tərəfindən dəstəklənən Cavaxetiyada da separatçı qiyamlara hazır olmalıdır”…

 

Gürcüstanın tarixçi alimi, tarix elmləri doktoru, Suxumi Dövlət Universitetinin professoru, AMEA-nın fəxri doktoru, professor Quram Marxuliya da Ermənistanın Gürcüstanın ərazi bütövlüyünü təhqir etdiyini bildirib. Quram Marxuliyanın fikrincə, Gürcüstan hakimiyyəti Ermənistanla diplomatik əlaqələri kəsməli, bu “ölkə”nin səfirini” Gürcüstandan qovmalıdır. “Başqa cür Gürcüstan yenidən Ermənistanın ya  təntənəli, ya da gizli xainliyini həmişə hiss edəcək”, – Quram Marxuliya bildirib.

 

Əlbəttə ki, heç kimin dost Gürcüstanın baş nazirinin hara gedəcəyini sorğulamağa haqqı yoxdur. Lakin hər halda, gürcü hakimiyyəti kimin düşmən, kimin məkrli, kimin riyakar olduğunu açıq-aşkar görməlidir (və yəqin ki görürlər də). Bir ovuc erməninin yaşadığı Cavaxetiya əyalətinə , habelə Gürcüstandakı 465 xristian məbədinə torpaq iddia edən və bunu hər addımda dilə gətirən ermənilərdən fərqli olaraq Azərbaycan hər hansı torpaq iddiası irəli sürmür, hətta bunu ağlına belə gətirmir. Əksinə, Azərbaycan Gürcüstanın torpaq bütünlüyünün qorunması üçün əlindən gələni edir.

 

Previous Post

Hakimiyyət erməni səfiri Tiflisdən qovmalıdır -Qalmaqal

Next Post

Büdcəyə ödənilən verginin məbləği açıqlanıb

Bənzər yazılar

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59

Saziş başa çatdıqdan sonra birləşmiş "Paramount Skydance" və "Warner Bros. Discovery" şirkəti "Skydance" adını daşıyacaq. Elchi.az xəbər verir ki, bu...

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. Elchi.az...

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41

Sankt-Peterburqda Azərbaycan dilini öyrənmək istəyən rusdilli oxucular üçün nəzərdə tutulmuş “Azərbaycan dili. Baza kursu” adlı yeni dərslik nəşr olunub. Elci.az...

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. Elchi.az xəbər verir...

Next Post

Büdcəyə ödənilən verginin məbləği açıqlanıb

Büdcəyə ödənilən verginin məbləği açıqlanıb

Son xəbərlər

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

Birləşmiş “Paramount” və “Warner Bros. Discovery” şirkəti “Skydance” adlanacaq

02 Oktyabr 2026 - 21:59
BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

02 Oktyabr 2026 - 21:55
“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

“Reuters”: Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

02 Oktyabr 2026 - 21:16
ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

ABŞ HƏMAS-ın maliyyə şəbəkəsinə qarşı sanksiyalar tətbiq edib

02 Oktyabr 2026 - 21:12
Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

02 Oktyabr 2026 - 20:41
Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

Ferran Torres İspaniya millisinin düşərgəsini tərk edib

02 Oktyabr 2026 - 20:37
Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

02 Oktyabr 2026 - 20:35
DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

DTX süni intellektlə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq yayıb

02 Oktyabr 2026 - 20:33
AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib

02 Oktyabr 2026 - 20:14
Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

02 Oktyabr 2026 - 20:12
Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.