"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Hakimiyyət yeni idarəçiliyə keçir – nələr olacaq…

31 Mart 2016 - 10:45
in aktual-banner, Banner
FacebookVatsap
Hakimiyyət  yeni idarəçiliyə keçir - nələr olacaq...

Prezident siyasi münasibətlər sistemini yenidən qurur; “Virtual müxalifətin” hakimiyyətə heç bir təhlükə yaratmaması, iqtisadi çətinliyə baxmayaraq, xalqın meydanlarda “hakimiyyətə alternativ axtarışına” çıxmaması iqtidarı siyasi islahatları daha da dərinləşdirməyə meylləndirib; QHT-lərin bank hesabları, Qərbin demokratiya institutlarının isə Bakıda bağlanmış ofisləri yenidən açılır; siyasi dustaqlar azad edilir; iqtidar müxalifətin və tənqidçi medianın rolunu üzərinə götürür…

Bunu da oxuyun

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

Son aylar prezident İlham Əliyevin ölkə daxilində atdığı addımlar-idarəetmə sahəsində islahatlar, vergi, gömrük, icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflıq təmin olunması istiqamətində verilən qərarlar, iqtisadi münasibətlər sistemini tənzimləyən qanunverici aktlarda azad iqtisadi mühitin, biznesin inkişafına yönəlmiş çoxsaylı dəyişikliklər, nəhayət, mart ayında siyasi məhbusların böyük əksəriyyətinin azadlığa buraxılması analitiklər tərəfindən Azərbaycanda “yeni bir dövrün” başlanması kimi qiymətləndirilir. 
 
Prezident idarəetmə sahəsində islahatların “yeni formatda” davam etdiriləcəyini hələ 2016-cı ilin astanasında bəyan etmiş, yeni formatın nədən ibarət olacağını “Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”, deyərək konkretləşdirmişdi. Bu prosesə paralel olaraq hakimiyyət Qərblə korlanmış münasibətlərinə də yeni düzən verib, Avropa institutları (Avropa Birliyi, AŞ PA)  və ABŞ-la siyasi, hətta hərbi əməkdaşlığı bərpa edib. 
Neftin qiymətinin düşməsi ilə müşahidə olunan devalvasiyadan sonra ölkə daxilində narazılığın artmasının önlənməsi, hətta “narıncı inqilablar ssenarisi” quran bəzi Qərb dairələrinin planlarının əngəllənməsi hakimiyyətin özünəinamını artırıb.
Bir neçə gün əvvəl “Yeni Müsavat” Qərb diplomatik mənbələrinə istinadən rəsmi Bakının əsas dəstəkçisi olan Pentaqonun prezident İlham Əliyevlə bağlı mövqeyini əks etdirən bir məlumat dərc etmişdi. Həmin məlumatdan sitatı xatırladaq: “Pentaqon rəhbərliyi hesab edir ki, prezident İlham Əliyev neftin yaratdığı böhrana baxmayaraq ölkəsində stabilliyi qorumağa nail olub və mövqeləri möhkəmdir. Bu səbəbdən də yaxın illərdə də İlham Əliyevin hakimiyyətdə qala biləcəyi üçün Pentaqon  Ağ Ev administrasiyasını ”daha çıxarlı” siyasət yürütməyə razı salıb”.
***
Daxili amillər-xüsusən də özlərini radikal adlandıran, əslində isə çoxdan “virtual mübarizlərə” çevrilmiş  ənənəvi müxalifətin hakimiyyətə heç bir təhlükə yaratmaması, üstəlik,  iqtisadi çətinliyə baxmayaraq, xalqın meydanlarda“hakimiyyətə alternativ axtarışına” çıxmaması iqtidarı siyasi islahatları daha da dərinləşdirməyə meylləndirib. Qeyd olunur ki, iqtidar bəzi anti-Azərbaycan dairələrinin həm Avropada, həm də Amerikadakı fəaliyyətlərini yerli hökumətlər tərəfindən nəzarətə alınmasına nail olub ki, bu da xaricdən “ixrac olunan inqilablar” ssenarilərini birdəfəlik gündəmdən çıxarıb.
Məlumata görə, iqtidar “idarəolunan demokratiya” modelinə keçidi qətiləşdirib və son aylar atılan addımlar da bunun göstəricisidir. Bu, mərhum prezident Heydər Əliyevin yürütdüyü daxili siyasət modelidir və bütün çərçivələrin genişliyi ilə fərqlənir.
Məsələn, məlumat var ki, hakimiyyət Qərbin demokratiya institutlarının Bakıda bağlanmış ofislərinin yenidən açılmasına prinsipial razılıq verib. Yada salaq ki, 2014-cü ilin əvvəlindən Bakıda ofisi bağlanan əsas təşkilatlar məhz Amerika təşkilatlarıdır. Bu beynəlxalq təşkilatlar Bakıdan gedəndən sonra insan hüquqları, demokratiyaya ilə  bağlı məsələlərin layihələşdirilməsi və maliyyələşdirilməsi faktiki mümkünsüz olub.
Xəbərlərdə bildirilir ki, hesablarına həbs qoyulmuş QHT-lərin də normal fəaliyyəti üçün yenidən pəncərə açılır. Hesablardakı həbslər götürülür, müəyyən nəzarətlə qrant almaları və işləmələri əngəllənmir.
Yeri gəlmişkən, bir ildir Bakını həm də QHT-lərin fəaliyyətinə yaradılmış ciddi maneələrdən sonra  tərk etmiş İqtisadi Təhqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlunun ölkəyə qayıtmasının səbəblərindən birinin də yeni açılımla bağlı olduğu vurğulanır.
***
İqtidar illərdir ağır şərtlər altında fəaliyyət göstərən müxalifətə də müəyyən nəfəslik, hətta efir verməyi  düşünür. Şübhəsiz ki, burada da müəyyən “filtrizasiya” olacaq, iqtidarı ən sərt dildə tənqid, təhqir edənlərin “başını sığallamayacaqlar”, amma heç tutmayacaqlar da. Bu, mərhum prezident Heydər Əliyevin idarəçilik metodunu xatırladır, bəlkə də həmin idarəetmənin eynidir. Həmin illərdə Heydər Əliyev hətta ən sərt tənqidçilərini belə həbsə salmır, onların efirə çıxmasına şərait yaradır, müxalifətin etiraz aksiyalarını sanksiyalaşdırır, qəzetlərini oxuyur, rastlaşanda hətta onlara əl də uzadırdı… 
 
Xəbərlərə görə, hakimiyyət müxalifətə müəyyən fəaliyyət çərçivələri tanımaqda qərarlıdır. Müxalifətin aksiyalar keçirməsi ilə bağlı qadağalar olmasa da, onlara müəyyən efir vaxtının verilməsi müzakirə olunur. Mövzu ilə bağlı bir mənbə deyib ki, iqtidar tam yeni keyfiyyətdə-xalqın qəbul etmədiyi yandaş müxalifət yox, sağlam tənqidçi müxalifətin yaranmasında maraqlıdır. “Bu sırada yeni təşkilatlar da ola bilər, hətta bizim ənənəvi müxalifət də…” deyə, mənbə bildirib.
***
 
Daha bir maraqlı gəlişmə hakimiyyətin media siyasəti ilə bağlıdır. Aydındır ki, bir neçə il əvvəl müxalifət qəzetlərinə qarşı yaradılmış və iqtidarın mövqeyinin müdafiə edən çap mediasına indi elə də ehtiyac yoxdur. Ümumilikdə bütün dünyada print medianın zəiflədiyi bir vaxtda iqtidar televiziyalara xüsusi diqqət yetirməyə başlayıb. Onlara da əlbəttə ki, müəyyən çərçivələr gözlənilməklə tənqid üçün yer verilib. Təsadüfi deyil ki, ATV telekanalı martın 30-da nazirləri və bütövlükdə məmurları kəskin tənqid edən süjet yayımlayıb. 
Süjetdə məmurların KİV-lərlə əməkdaşlıqdan imtina etmələri də tənqid olunub. Bundan başqa, telekanal xatırladıb ki, dövlət başçısının nazirlər və icra başçılarına dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq onlar hələ də xalqdan uzaqdırlar. İqtidar bu baxımdan müxalifətin və tənqidçi medianın rolunu da üzərinə götürmək istəyir ki, artıq ATV-də başlanmış bu proses  digər hökumət telekanallarında da davamlı olacaq.
***
Dünya hazırda qaynar qazanı xatırladır. Ən stabil ölkələr belə sarsıdıcı hadisələrlə üzləşir.
Bu yazıda dəyişikliklərin qeyd olunan və olunmayan əlamətləri, verilən qərarların təhlili bir daha onu göstərir ki, Azərbaycanın yeni formatda idarəçiliyə keçidi başlayıb. Bütün problemli sahələrdə əsaslı struktur dəyişiklikləri, idarəetmə sisteminin yenilənməsi və şəffaf idarəçilik prinsiplərinin daha geniş formada tətbiqi başlayıb. Başqa sözlə, söhbət keyfiyyət və idarəetmə prinsipləri baxımından İlham Əliyevin quracağı yeni hakimiyyətdən gedir. 
 
Dünyanın qarışdığı bir vaxtda qazananın Azərbaycan olması lazım… 
 
“Yeni Müsavat”
Previous Post

Hakimiyyət yeni idarəçiliyə keçir – nələr olacaq…

Next Post

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

Bənzər yazılar

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

Erkən nikahlar sosial bəladır: Sosioloqdan ÇAĞIRIŞ

22 Sentyabr 2026 - 13:39

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyi tərəfindən “Əvvəl bilik, sonra...

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

Səfirlik: ABŞ qondarma “DQR”nın müstəqilliyini tanımır

Son xəbərlər

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

ABŞ-də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 - 23:23
Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

Fransada etirazlar başlayandan bəri polis 8 minə yaxın şəxsi saxlayıb

14 Oktyabr 2026 - 23:20
Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

Albaniyada tələbələr Təhsil Nazirliyinin binasına od vurublar

14 Oktyabr 2026 - 22:19
Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

Azərbaycanın Özbəkistanda aldığı bankın rəhbərliyi yenidən formalaşdırılıb

14 Oktyabr 2026 - 22:17
Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

Tramp Alyaska tarixində ən böyük enerji layihəsinin işə salındığını elan edib

14 Oktyabr 2026 - 22:08
“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

“Real”ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib

14 Oktyabr 2026 - 22:05
“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

“Reuters”: Hörmüz boğazı yaxınlığında vurulan yük gəmisi batı

14 Oktyabr 2026 - 22:03
Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

Lavrov və Van İ AQEM çərçivəsində əməkdaşlığı müzakirə ediblər

14 Oktyabr 2026 - 20:58
İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

İtaliya A Seriyası klubu uğursuzluğa görə baş məşqçisini qovub

14 Oktyabr 2026 - 20:56
Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

Kiyevə hava hücumu zamanı azərbaycanlı ailənin mənzili dağılıb

14 Oktyabr 2026 - 20:53
İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

İstanbulda leysan səbəbindən dərslər distant formada keçiriləcək

14 Oktyabr 2026 - 20:50
Qətər Əmiri Azərbaycana səfərə gəlib

Qətər Əmiri Azərbaycana səfərə gəlib

14 Oktyabr 2026 - 19:30
Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

14 Oktyabr 2026 - 19:23
Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

Prezident Bəhreynin xarici işlər nazirini qəbul edib

14 Oktyabr 2026 - 19:21
Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib

14 Oktyabr 2026 - 19:20
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.