"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hakim Həsən Əliyevə 600 min manat rüşvət verən şəxs təfərrüatları açıqladı

17 Sentyabr 2014 - 20:42
in CƏMİYYƏT
FacebookVatsap

Virtualaz.org saytının 11 sentyabr tarixli sayında rayonların birinə icra başçısı təyin olunmaq üçün məhkəməimg1636324 hakiminə 600 min manat rüşvət vermiş şəxs ərtafındakı qalmaqaldan bəhs edən yazı dərc etmişdik.

Bunu da oxuyun

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Məqalədə Binəqədi Rayon Məhkəməsinə 7 il sədrlik etmiş, 2007-ci ildən bu ilin fevralına qədər isə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olmuş Həsən Əliyevin iştirakı ilə baş verən cinayət əməllərindən bəhs olunurdu.
Xatırladaq ki, istintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimov adlı şəxsə vəzifədə olan tanışları vasitəsilə onu icra başçısı təyin etdirəcəyi barədə vəd verib. Buna görə Ramazan Səlimovdan 1 milyon dollar istəyib. Həsən Əliyev 2011 və 2012-ci illərdə Ramazan Səlimovdan üst-üstə 600 min manat pul alıb.
Ramazan Səlimov isə xeyli müddət gözləyib və nəhayət, ötən ilin martında Nərimanov Rayon Polis İdarəsi (RPİ) 16-cı polis bölməsinə şikayət edib. Həmin şikayətdən sonra Həsən Əliyev 600 min manatın 250 min manatını ona qaytarıb.
Cinayət işinin içində Həsən Əliyevin obyektlərinin siyahısı da var. Həsən Əliyevin 8-ci mikrorayonda, əsl adı “Palma” olan, lakin üstündə “Beşbulaq” yazılmış restoranı, Ziya Bünyadov prospekti, 11b ünvanında (Ayna Sultanovanın heykəlinin yaxınlığı) yerləşən “Lüks” gözəllik salonu, 6-cı mikrorayonda 8 sot torpaq sahəsi, Nabranda 30 sot torpaq sahəsi, Nəsimi Rayon İcra Hakimiyyətinin binası ilə üzbəüzdə parfümeriya mağazası, Pirşağıda üçmərtəbəli bağ evi, metronun “İçərişəhər” stansiyasının yaxınlığında yeni tikilmiş binada üçotaqlı mənzili və başqa əmlakı olub.
Həsən Əliyev istintaqa ifadəsində bildirib ki, R.Səlimovdan birinci dəfə aldığı 300 min manatı “Şərurlu İsfəndiyar” kimi tanınan tikinti maqnatı İsfəndiyar Axundova olan borcunu qapatmaq üçün Səlimovdan borc kimi istəyib. Həsən Əliyevin İsfəndiyar Axundova 200 min dollar borcu olub.
Zərərçəkmiş Ramazan Səlimov isə virtualaz.org saytına açıqlamasında bu işin təfərrüatlarını açıqlayıb. O bildirib ki, ilk günlər polisə şikayət etmək niyyəti olmayıb, əksinə, hər şeyi sülh yolu ilə həll etmək istəyib. Amma keçmiş hakimin pulu qaytarmaqdan israrla imtina etməsi onu bu addımı atmağa vadar edib: “İş üzrə təqsirləndirilən şəxs olan Elman Məmmədov (cinayət işində onun adı H.Əliyevlə R.Səlimov arasında vasitəçi kimi keçir-red.) mənə heç bir maddi ziyan vurmayıb. Digər təqsirləndirilən Taleh Süleymanovu isə ümumiyyətlə tanımıram. Mənə ziyan vuran şəxs Həsən Əliyevdir. İstintaq bu işi ümumiləşdirdi, vaxt uddular. İstintaqın gedişi zamanı Həsən qaldı qıraqda, Elmanın üstünə düşdülər, sonra isə Talehi tutdular. Bu müddətdə isə Həsən Əliyev özünün, qohumlarının adına olan əmlakın bir hissəsini satdı. Taleh Elmanın qohumudur. Guya Talehin vasitəsilə və Nərimanov Rayon Prokurorluğunda müstəntiq işləyən Cavid Quliyevin (Nərimanov rayon prokurorunun müavini idi, tutduğu vəzifədən bu günlərdə azad edilib-red.) əli ilə mənim işimi ört-basdır edəcəkdilər, hara şikayət etsəm də xeyri olmayacaqdı.
Cavid Quliyev də bu pulu kiməsə ötürməli imiş. Amma Cavid izahatında göstərib ki, pulu zərərçəkmişə vermək üçün alıb. Bir sözlə, Həsən Əliyev istəyib ki, bu işi 100 min manata bağlasın. Amma son nəticədə qazdığı quyuya özü düşüb.
Polis bölməsində mənə dedilər ki, sənin pulun hissə-hissə qaytarılacaq. Məqsədim pulumu sakitcə, dava-şavasız almaq idi. Həsən Əliyev mənə SMS yazmışdı ki, restoranım, barım, kafem var, evlərim var, satıb pulunu qaytaracam. Amma adıçəkilən obyektlərdən heç biri onun öz adına deyildi. Təklif etdik ki, obyektlərdən birini vəkalətnamə ilə mənə versin. Amma sonra başladı pulu ödəməyə. Fikirləşdim ki, borcu 3-4 aya bağlayar. Həmin ərəfədə Həsən Əliyev vəkil Kamandar Nəsibovun evini banka girov qoyub, bankdan 490 min manat kredit götürüb. Amma mənim pulumu qaytarmadı. Üç dəfə pulu hissə-hissə qaytarandan sonra fikirləşiblər ki, bu qədər pulu Ramazana qaytarmaqdansa Cavidə 100 min manat verək, işi yoluna qoysun. Elman da həmin pulu aparıb Cavidə verib”.
R.Səlimov hər dəfə pulunu geri istədikdə Həsən Əliyev ona bir az da səbr etməyi məsləhət görüb: “Deyirdi ki, bir az gözlə, böyük dəyişikliklər olacaq. Hər dəfə cürbəcür bəhanələr gətirirdi. Gah dedi pul elə adamdadır ki, onun adını çəkmək olmaz. Dedim 3 ildir gözləyirəm, banka qoysaydım, 120 min manat qazancım olardı. Bir dəfə dedi ki, mart ayında yeniliklər olacaq, gözlə. Mən o adamın adını demişəm prokurorluqda. Amma belə məsləhət oldu ki, o adamın adı hallanmasın”.
Ramazan Səlimov axırıncı dəfə iyul ayında Elmanla görüşəndə sonuncu ona “Həsən deyir ki, hara istəyir, əli hara çatırsa şikayət eləsin, hələ qaytardığım 250 mini də ondan alacağam” deyib. R.Səlimov deyir ki, Elman Məmmədovun yanında Həsən Əliyevə bir neçə dəfə zəng vurub. Amma H.Əliyev bu zənglərinə cavab verməyib. 16-cı polis bölməsinin rəisi ona bildirib ki, Həsən sənə pul qaytarmayacaq, iş prokurorluğa göndərilib.
Sözügedən cinayət işi sonradan MTN-də və Baş Prokurorluqda araşdırılıb. İstintaq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılıb.
R.Səlimov deyir ki, ötən ilin iyul ayında onu MTN-ə çağırıb 4 saata yaxın dindiriblər. Elman adlı şəxsi tanıyıb-tanımadığını, onunla nə əlaqəsinin olduğunu soruşublar: “Ötən ilin avqust ayında mənə bir nəfər zəng vurub MTN-dən olduğunu, adının İlqar olduğunu deyib nazirliyə çağırdı. Ertəsi gün getdim. Həmin şəxslə görüşdüm. Elman adlı şəxsi adamı tanıyıb-tanımadığımı soruşdular. Dedim ki, mən Həsən Əliyevi də tanıyıram. Məni MTN-də 4 saat sorğu-suala tutdular. Sonra başa düşdüm ki, Həsən MTN-ə Elmandan şikayət edib. Məni də elə buna görə çağırıblar.
Həmin gün axşam yenidən mənə zəng gəldi. Zəng vuran şəxs baş prokurorun I müavini Rüstəm Usubov idi. Təcili prokurorluğa gəlməyimi tapşırdı. Ertəsi gün – 18 avqustda Rüstəm Usubovun qəbuluna getdim. Məni orada Mehdi Mirzəyev adlı şəxs qarşıladı. Hər şeyi olduğu kimi danışdım, Rüstəm müəllim də mənə əvvəldən-axıra kimi diqqətlə qulaq asdı. Dedi ki, bu iş dərindən araşdırılacaq, sizə dəymiş maddi ziyan ödəniləcək, əlinizdəki faktların hamısını müstəntiqə təqdim edin”.
İş materiallarından belə aydın olur ki, 2012-ci ilin sentyabrında Həsən Əliyev Ramazan Səlimova yaxın vaxtlarda Bakı şəhərində yeni rayon yaranacağını və onun da həmin rayona icra başçısı göndəriləcəyi xəbərini və vədini verib: “Doğrudan da həmin ilin noyabrında mətbuatda Bakı şəhərində Pirallahı rayonunun yaradılacağı barədə yazılar dərc olundu. Bu xəbər məni ümidləndirdi. Bu xəbərlər yayılan ərəfədə Həsən Əliyev mənə zəng eləyib pulun qalanını da istədi. Dedim ki, 300 min vermişəm, 300 min manat da indi verəcəm, amma qalan 200 mini sərəncamdan sonra verəcəm. Həsən əvvəlcə etiraz elədi, sonra razılaşdı. Amma Həsənə dedim ki, bu pulu notarial qaydada müqavilə bağlamaqla verəcəm. 2012-ci il, dekabrın 5-də borc müqaviləsi bağlayıb daha 300 min manatı ona verdim”.
Bu işdə ən maraqlı məqamlardan biri də icra başçısı olmaq istəyən Ramazan Səlimova verilən təlimatlarla, onun görüşdüyü şəxslərlə bağlıdır. İstintaq materiallarına görə, Həsən Əliyev Ramazan Səlimova deyib ki, icra başçısı təyin olunmağın qiyməti regiondan, rayonun böyük-kiçikliyindən asılı olaraq 1 milyon dollardan 5 milyon dollara qədərdir.
R.Səlimovun dediyinə görə, sonra vəziyyət dəyişib. H.Əliyev onu icra başçısı təyin etdirtə bilmədiyindən başqa vəzifələr təklif eləməyə başlayıb. Həsən Əliyev bu məqsədlə Ramazan Səlimovu öz “Range Rover”i ilə Siyəzənə apararaq bu rayonun icra başçısı Arif Qasımovla da görüşdürüb. Həmin görüşdə Ramazan Səlimovun RİH başçsının birinci müavini postuna təyinatı məsələsi müzakirə olunub. Arif Qasımov bildirib ki, məsələni öyrənib bir neçə gündən sonra cavab deyəcək. İki gündən sonra cavab gəlib ki, birinci müavin yerli sakin olmalıdır. Ona görə də Ramazan Səlimova rayonda peşə məktəbinin direktoru vəzifəsini təklif edib, lakin o, razılaşmayıb.
Bundan başqa, Həsən Əliyev onu “Azəriqaz”ın sədr müavini Ziyad Cəlilov, Respublika Rayonlarası Su-Kanal İdarəsinin rəisi, Bakı Su-Kanal İdarəsinin rəisi Habil Quliyev və digər vəzifəli şəxslərlə görüşdürüb.
Ramazan Səlimovun ifadəsindən belə anlaşılır ki, o, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, Qobustan, Tərtər və Mingəçevirin icra başçıları ilə də görüşüb: “Həsən müəllimin maşını ilə əvvəlcə Siyəzən rayonuna getdik, sonra başqa rayonlara. Bir neçə şəxslərlə görüşdük, amma sonradan alınmadı. Həsən müəllim özü onlarla danışmışdı, məndən nəsə soruşanda demişdim ki, o işlərə Həsən müəllim baxır”.
R.Səlimovun virtualaz.org saytına dediklərindən: “İlkin izahatımda göstərdiklərimin 50 faizi ittihamda yoxdur. Mənə hüquqlarımı başa salmayıblar. Cinayət işinin sənədlərini verməyiblər. Bir vaxt xəbər tutmuşam ki, məhkəməyə çağırırlar. Zərərçəkmiş şəxs kimi tanınsam da özümü zərərçəkmiş kimi hiss etməmişəm. İstintaq idarəsinə 60-70 dəfə çağırılmışam. İttiham aktında təsdiqini tapan faktlar – SMS-lər, telefon zəngləri, getdiyimiz müəssisələr var. Əgər bu faktlardan biri düz gəlməsəydi, inanın ki, məni də məsuliyyətə cəlb edərdilər. Hətta müstəntiq Ramin Qurbanov məni hədələdi ki, bu işdə ən böyük cinayəti sən eləmisən. Bu barədə Rüstəm Usubova yazılı müraciət etdim. Əgər tələbim olmasaydı, bəlkə də martın 13-də zərərçəkmiş haqda qərar da verməzdilər”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, Həsən Əliyev ilk dəfə istintaq idarəsinə onun hakimlik fəaliyyətinə xitam verilməsi barədə 11 fevral, 2014-cü il tarixli prezidentsərəncamından sonra gəlib:“Martda bizi üzləşdirdilər. Həsən dedi ki, mən Ramazan Səlimov adlı şəxslə nə görüşmüşəm, nə də ondan pul almışam. Dedi ki, cəmisi bircə dəfə görüşmüşük. Dedim istintaq hamısını yoluna qoyacaq, kim yalan danışırsa, məsuliyyətə cəlb olunacaq. İttiham aktında hər şey sübut olunub, pulu qaytarmalıdır, vəssalam. Çalışacam ki, Həsən həbs olunsun, yoxsa mənə dəymiş ziyanı qaytarmayacaq. Həbsini istəmirdim. Amma görürəm ki, mənə dəymiş ziyanı qaytarmayacaq. Binəqədi parkında bütün obyektlər onundur – kafelər, attraksionlar. Hakim işləyəndə o parkı özəlləşdirib. Binəqədi şosesində tikinti mağazaları var. Başqalarının adına olsa da hamı bilir ki, Həsən Əliyevindir. Onun Xudatda, Nabranda nələri yoxdur ki… Hamı da bilir. Bəs mənə dəymiş ziyanı niyə qaytarmır? İstintaq vaxtı satdığı əmlakın dəyəri 1 milyon manatı da keçib. Niyə qaytarmır mənim pulumu? Elə bilir ki, onun bu hala düşməsinin günahkarı mənəm. Başına gələn hadisələrin səbəbkarı özüdür, amma günahı məndə görür. Bəlkə də pulu elə bir adama verib ki, ala bilmir. O, özü də harasa hakim getmək istəyirdi. Bəlkə mənim verdiyim pulu kiməsə ötürüb ki, öz işini görsün?! Amma bunun mənə heç bir aidiyyəti yoxdur. Mən sənədlə verdiyim pulu istəyirəm. Sənədsiz verdiyimin isə heç adını da çəkmirəm. Yəqin ki, ədalət qalib gələcək. İstintaqdan kənar sözlərimi ona deməyə vaxtım olacaq”.

 

Tags: SAVAŞ
Previous Post

Hakim Həsən Əliyevə 600 min manat rüşvət verən şəxs təfərrüatları açıqladı

Next Post

Separatçıların psixoloji hücumu– Video

Bənzər yazılar

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26

Meyvə və tərəvəzlərin qabıqları, gövdələri və toxumları əksər hallarda məişət tullantısı kimi atılır. Lakin yeni elmi araşdırma göstərib ki, bu...

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

FHN-in Muğan Regional Mərkəzi “Şəhərsalma və Memarlıq İli” ilə bağlı tədbir keçirib

30 Oktyabr 2026 - 16:36

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə bağlı...

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

Anar Əliyev Şuşada vətəndaşları qəbul edib

30 Oktyabr 2026 - 16:16

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Şuşa şəhərində Şuşa və Xocavənd rayonlarının sakinlərini qəbul edib. ƏƏSMN-dən Elchi.az-a verilən...

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək

30 Oktyabr 2026 - 11:47

Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək. Elchi.az xəbər verir ki, bu, Milli...

Next Post

Separatçıların psixoloji hücumu– Video

Separatçıların psixoloji hücumu– Video

Son xəbərlər

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a məğlub olub

30 Oktyabr 2026 - 21:13
“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

“Gem No. 2” tankerindən neft sızması dayandırılıb

30 Oktyabr 2026 - 21:11
“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

“Yəmən şəfəqi” əməliyyatı çərçivəsində husilərə 1087 zərbə endirilib

30 Oktyabr 2026 - 20:29
G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

G20 ölkələrinin XİN rəhbərləri Rusiyaya görə birgə foto çəkdirməkdən imtina ediblər

30 Oktyabr 2026 - 20:26
Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

Suriyada mina partlayışları nəticəsində ölənlər və yaralananlar var

30 Oktyabr 2026 - 20:24
Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

Avropa Komissiyası Ukraynaya 45 milyard avro kredit ayrılmasını təklif edib

30 Oktyabr 2026 - 20:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirildi

30 Oktyabr 2026 - 19:28
İspaniya millisi Bakıda dünya çempionu oldu

İspaniya millisi Bakıda dünya çempionu oldu

30 Oktyabr 2026 - 19:20
“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

“Böyük Dəbilqə”: Hidayət Heydərov bürünc medal qazanıb

30 Oktyabr 2026 - 19:11
Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

Əli Əsədov Gürcüstanda hotel açılışında iştirak etdi – FOTO

30 Oktyabr 2026 - 18:59
Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib

30 Oktyabr 2026 - 18:45
Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

Almaniyada “Z Nəsli”nin kütləvi etiraz aksiyaları gözlənilir

30 Oktyabr 2026 - 18:38
Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

Meyvə və tərəvəzlərin atılan hissələri sağlamlıq üçün faydalı ola bilər – Tədqiqat

30 Oktyabr 2026 - 18:26
Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

Sabah Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının açılış mərasimi keçiriləcək

30 Oktyabr 2026 - 18:18
Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

Gömrük nəzarəti və sərhədkeçmə prosesləri ilə bağlı monitorinqlər aparılıb

30 Oktyabr 2026 - 18:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.