"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home ÖNƏMLİ

“Hafka” Ziya Məmmədov klanına müharibə elan etdi

22 Dekabr 2014 - 10:24
in ÖNƏMLİ, SEÇMƏ XƏBƏRLƏR
FacebookVatsap

Məmmədovlar keçmiş şəriklərinə elə bir kələk gəldi ki…; Nazir oğlu Hafiz Məmmədovun imzasını saxtalaşdıraraq “Lans”klubunu faktiki ələ keçirib; ayın sonunadək “Bakı” futbol klubunu və dəyəri on milyonlarla dollar olan idman bazası Anar Məmmədova təhvil verməsə, o zaman obyekt ekskavatorlarla dağıdılacaq; Biznesmen bəyanat verdi: “Onlar buna görə cəzalarını alacaqlar…”

Bunu da oxuyun

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

Nəqliyyat naziri Ziya Məmmədovla keçmiş şəriki “Bağlan Group”un sahibi Hafiz Məmmədovla (“Hafka”) münasibətləri düşmənçilik həddinədək pisləşib. Bu ilin yayında “Hafka” ilə Məmmədovlar klanı arasında əsl səbəbləri hələ də tam açıqlanmayan nifaq tezliklə daha da gərginləşdi və nazir oliqarxla olan bütün mal-mülk bağlantılarını kəsdi. Bundan sonra “Hafka”nın “qara günləri” başladı və ona məxsus obyektlərə Məmmədovlar sahiblənməyə başladılar.
Əlləri çatmayanları isə-məsələn, səhmləri H.Məmmədovun oğluna məxsus olan “Bank of Azerbaijan”ı, eləcə də “Bağlan Qrup”u nazirin ailəsinə məxsus “Garant Holdinq”ə aid binadan çıxardılar. Eləcə də H.Məmmədovun prezidenti olduğu “Bakı” klubunun bazasını və ümumiyyətlə klubu  H.Məmmodovdan almağa cəhdlər oldu. Məmmədovlar klanı “Baglan Group”un nəzarətində olan şirkətlərin təhvil-təslimi istənildi və hətta məhkəmə icraçıları borca görə “Hafka” nın “milyarderlər məhəlləsi”ndə villasından çıxarmaq üçün qapısına dirəndilər. Onun “Eurovision” ərəfəsi Bakıya gətirdiyi 500-dən çox “London taksi”sinin gömrük rüsumunu ödəmədiyi də “qəfil yada düşdü”, taksilər yolda saxlanıb cərimə meydançasına aparıldı.
H.Məmmədov gücü çatan qədər dirəniş göstərdi də… Məmmədovlar keçmiş şərikləri ilə bu müstəvidə dartışmanın əbəs olduğunu anlayaraq bu dəfə onun imzasını saxtalaşdıraraq xaricdəki səhmlərinə yiyələniblər. Söhbət  H.Məmmədovun səhmlərinin üçdə ikisinin sahibi olduğu fransız futbol klubu “Lans” dan gedir.
“Hafka”nın “Lans” klubu ilə problemləri yeni deyil.  H.Məmmədovun ötən il 20 milyon avroya aldığı “Lans” klubuna əlavə maliyyə söz versə də, bunu edə bilməyib. Borc məsələsinə görə Fransada “Hafka” əleyhinə flaşmoblar da təşkil olunub,  “Lans”ın prezidenti  Jerve Martel isə bir neçə dəfə Bakıda olub.
Bu günlərdə isə məlum olub ki, H.Məmmədovun klubun transfer büdcəsini doldurmaq üçün ödəməli olduğu 2.5 milyon avronu onun əvəzindən…ödəyiblər. Fransa mediasının yazdığına görə, borcu ödəyən nazir Ziya Məmmədovun oğlu, “Garant Holding”in prezidenti Anar Məmmədovdur. Bəs, soruşula bilər ki, A.Məmmədov niyə “Hafka”nın borcunu ödəyib? Elə ən sensasion məqamda burda üzə çıxıb.
Fransanın peşəkar klubların büdcələrinə nəzarət üzrə komissiyası DSNJ-yə təqdim edilmiş müqaviləyə əsasən, dekabrın 31-nə qədər H.Məmmədov həmin 2.5 milyon avronu qaytara bilməsə, “Lans”ın səhmlərinin üçdə ikisini Anar Məmmədova verməli olacaq. Fransa nəşrləri A.Məmmədovu artıq “Lans”ın faktiki yeni sahibi kimi təqdim edir və “Hafka”nın  2.5 milyon avronu qaytara bilməyəcəyini nəzərə alaraq, yanvarın 1-dən onun səhmlərinin mülkiyyət hüququnun nazir oğluna keçəcəyini yazır. “Le Parisien”, Goal.com, “L Equipe” və digər çoxsaylı Fransa nəşrlərinin, idman saytlarının yazdıqlarına görə, “Lans” prezidenti Jerve Martel H.Məmmədovun əvəzindən 2.5 milyon avronu klubun büdcəsinə köçürən investorun Anar Məmmədov olduğunu keçirdiyi mətbuat konfransında açıqlayıb.(virtualaz). H.Məmmədov klubun onun əlindən bu cür alınması ilə razı olmayıb və həmin müqaviləyə imza atmaqdan imtina edib. Nəticədə müqaviləni H.Məmmədovun adından saxta imza atmaqla DSNJ-yə təqdim ediblər.
J.Mertelin Avropa futbolunda yaxşı reputasiyası yoxdur. İndi də külli-miqdarda borcu var. Onun borcları 4 milyon avronu keçir. İddialara görə, Mertel özünün maliyyə problemlərini həll etmək üçün nəqliyyat naziri və onun oğlu ilə razılaşmağa nail olub. Üstəlik, “Hafka”nın imzasını saxtalaşdırmağa razılıq da verib.
Məlumatlara görə, H.Məmmədova xəbər göndərilib ki, ayın sonunadək “Bakı” futbol klubunu və eyni adlı idman bazasını(dəyəri on milyonlarla dollardır) A.Məmmədova təhvil verməsə, obyekt ekskavatorlarla dağıdılacaq
***
Dekabrın 21-də isə H.Məmmədov bəyanat yayıb.
Bəyanatda deyilir: “Son günlər Fransa, ardınca bəzi Azərbaycan KİV-lərində mənim majoritar səhmdarı olduğum ”Lans”futbol klubunun maliyyə problemlərinə dair bəzi məlumatlar yayılmaqdadır. Bu KİV-lər xəbər verir ki, klubun büdcəsinin formalaşdırılması və oyunçu transferi üçün 2.5 milyon avronu mənim adımdan borc qismində başqa investor köçürüb. İddia olunur ki, əgər mən həmin borcu qaytarmasam yanvarın 1-dən etibarən klubun sahibi həmin investor olacaq. Rəsmən bəyan edirəm ki, mənimlə həmin investor arasında “Lans”ın büdcəsinə 2.5 milyon avro vəsaitin köçürülməsinə dair heç bir razılaşma mövcud deyil. Mən bu cür müqavilə imzalamamışam və klubun səhmlərinin mənim mülkiyyətimdə olan hissəsinin başqa investorun mülkiyyətinə keçməsini nəzərdə tutan heç bir qanuni razılaşma mövcud deyil”.
Azərbaycanlı oliqarx həmçinin şirkətinin müflis olduğu haqda deyilənlərə aydınlıq gətirib: “Mənim şirkətimin müflis olduğu haqda bütün deyilənlər tamamilə əsassızdır, uydurmadır. Söhbət ancaq pul vəsaitlərinin likvidliyinin çatışmamazlığından gedir və bunun nəticəsində bir sıra layihələr üzrə maliyyə ödənişləri mənim tərəfimdən gecikdirilib. Bu isə öz növbəsində bir neçə il ərzində iri biznes layihələrinə yatırımlarla əlaqəlidir. Gözlənilməz vəziyyətlərdən irəli gələn mürəkkəbliklər var, ancaq heç bir defoltdan və müflis olmaqdan söhbət gedə bilməz. Bizim ”Lans”ı maliyyələşdirmək üçün böyük imkanlarımız var. Və bizim fransız klubunun maliyyələşdirilməsini 100 il ərzində həyata keçirmək üçün sağlam ambisiyalarımız mövcuddur.
Azərbaycan-Fransa münasibətlərinin indiki səviyyəsini, həmçinin “Lans” klubunun tarixi əhəmiyyətini nəzərə alaraq biz ilk növbədə bu klubun maliyyə problemlərini həll etməyə çalışırıq. Təəssüf ki, ayrı-ayrı adamlar bizim üzləşdiyimiz çətinliklərdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışır və mən hər iki ölkə ictimaiyyətini əmin etmək istəyirəm ki, onlar buna görə öz cəzalarını alacaqlar” deyə, Hafiz Məmmədovun rəsmi bəyanatında bildirilir.
Bəyanatdan da göründüyü kimi, “Hafka”ona məxsus səhmlərə “əl qoyulduğunu” təsdiqləyib və belə bir sənədi imzalamadığını bir daha bəyan edib. H.Məmmodov ad çəkməsə də, “onlar buna görə öz cəzalarını alacaqlar” deyərək,  Məmmədovlar klanını hədələyib.
H.Məmmədovun Məmmədovlar klanın bu cür davranışından sonra onlara qarşı kompromat savaşı başladacağı da gələn xəbərlər sırasındadır.
Daha bir mümkün ehtimal da var ki, hakimiyyət Fransa mətbuatında qınaq obyektinə çevrilməmək üçün bu məsələni həll etməyi tapşırıb. Gənclər və idman naziri Azad Rəhimov bir müddət əvvəl klubun “Hafka”dan alınacağına eyham vurmuşdu. O, bəyan etmişdi ki,  H.Məmmədov bundan sonra  “Lans”a ən azı azarkeş kimi dəstək olacaq: “İndi o, ”Lans”ı maliyyələşdirəcək durumda deyil. Bilirəm ki, indi vəziyyəti ağırdır”. Bu ayın əvvəlində isə Fransada səfərdə olan  Azad Rəhimov  iki ölkə arasında səmimi münasibətləri qorumaq üçün “Lans”a kömək etməyə hazır olduqlarını bildirmişdi: “Biz klub prezidenti Jerve Martelə vəd verdik ki, problemin həllində mümkün qədər kömək edəcəyik. Məsələ həll edilsə, çox şad olarıq. Hazırda Azərbaycan və Fransa arasındakı münasibətlər həqiqətən də yüksək səviyyədədir. Səmimi münasibətlərimizə bulud da kölgə sala bilməz”.
Görünür ki, Məmmədovlar da bu cür fürsətdə yararlanaraq “Hafka”nın səhmlərini ələ keçiriblər. Amma Fransa mətbuatı və hökumət bu saxtakarlığı sübuta yetirsə, bu “Hafka”nın borcundan daha ciddi skandala çevriləcək…
Mövzuya qayıdacağıq.

 

Previous Post

“Hafka” Ziya Məmmədov klanına müharibə elan etdi

Next Post

Ermənistan – intiharlar ölkəsi

Bənzər yazılar

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

Rusiya Ermənistanla NƏ edəcəyini bilmir, Azərbaycanla isə…

07 Aprel 2026 - 22:09

Ermənistan parlamentinin sədri Alen Simonyanın Rusiyaya ünvanlı dünənki şantaj-xəbərdarlığı şimal qonşuda maraqlı reaksiyalar doğurub. Erməni spiker demişdi ki, əgər Moskva...

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

Audiovizual Şura: Proqramların bağlanması, aparıcının efirdən uzaqlaşdırılması bizim səlahiyyətimizdə deyil

25 Fevral 2026 - 20:17

Audiovizual Şura "Tarixin bir günü", "Elgizlə izlə" və s. televiziya proqramlarının aparıcıları və ora dəvət olunan qonaqların tənqid olunması ilə...

Prezident İlham Əliyev Münxendə Azərbaycan telekanallarına müsahibə verib

İlham Əliyev: Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq

13 Fevral 2026 - 23:40

"Biz artıq uzun müddətdir ki, dəhlizlərin yaradılmasının təşəbbüskarıyıq – enerji dəhlizlərindən başlayaraq, nəqliyyat dəhlizləri ilə davam edərək, hazırda isə artıq...

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

CAREC Azərbaycanın iştirakı ilə ticarət və investisiyaların sadələşdirilməsi üzrə danışıqlara başlayır

09 Fevral 2026 - 23:17

Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramı 2026-cı ilin əvvəlində Azərbaycan da daxil olmaqla, region ölkələrinin dövlət sərhədlərindən malların, xidmətlərin...

Next Post

Ermənistan - intiharlar ölkəsi

Ermənistan - intiharlar ölkəsi

Son xəbərlər

Azərbaycanda Milli Mətbuat Günüdür

Azərbaycanda Milli Mətbuat Günüdür

22 İyul 2026 - 00:00
NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

NASA nüvə qurğulu aparat yaradıb Marsa göndərmək üçün 2,1 milyard dollar ayıracaq

21 İyul 2026 - 23:36
İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

İran fransız diplomatların Tehranda saxlanılmasına münasibət bildirib

21 İyul 2026 - 23:34
Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

Rusiyanın hava hücumu nəticəsində Xarkovda iki nəfər həlak olub

21 İyul 2026 - 23:32
Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

Gürcüstanda 3,3 maqnitudalı zəlzələ qeydə alınıb

21 İyul 2026 - 23:31
Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

Qayanada gəmi qəzasında boğulan 41 nəfərin meyiti tapılıb

21 İyul 2026 - 23:27
Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

Mərkəzi Gömrük Hospitalına ürək transplantasiyası etmək hüququ verilib

21 İyul 2026 - 21:02
Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

Tramp dünyanın 60 ölkəsindən olan mallara 10-12,5 % rüsum tətbiq etməyə hazırlaşır

21 İyul 2026 - 20:59
Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

Madridin şimalındakı meşə yanğını səbəbindən 30 min hektara yaxın ərazi məhv olub

21 İyul 2026 - 20:57
Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

Bakıda Musa Əliyev küçəsinin bir hissəsi təmirə bağlanır

21 İyul 2026 - 20:55
Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

Sabah direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

21 İyul 2026 - 20:53
“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

“Limon turşusu” adlı səhifənin adminləri həbs olunub

21 İyul 2026 - 20:51
Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

Gəncə və Samuxda baş verən qida zəhərlənməsi araşdırılıb, bakteriyalar aşkarlanıb

21 İyul 2026 - 20:49
Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

Tramp: ABŞ İranın nüvə sentrifuqalarının yerləşdiyi məkana zərbə endirəcək

21 İyul 2026 - 20:46
Bakıda daha bir küçə təmirə bağlanır

Bakıda daha bir küçə təmirə bağlanır

21 İyul 2026 - 19:24
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.