"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Hadi Rəcəblinin təklifini bəyənməyənlər bu millətin gələcəyini istəməyənlərdir

12 Mart 2015 - 14:30
in MANŞET
FacebookVatsap

1386599532recebliMillət vəkili Hadi Rəcəblinin möhtəşəm yeniliklərilə gündəmi silkələməsi, bildiyimizə görə, ilk hadisə deyil. Müəllimlərin məvacibilə bağlı verdiyi dahiyanə açıqlamalar ölkənin hər yerində qədirbilən ziyalılarımız tərəfindən dərin minnətdarlıq hissilə çox ciddi müzakirə edilir.
Doğurdan da, bu maraqlı təklifin indiyədək heç kimin ağlına gəlməməsi bizim nə qədər dar düşüncəli olmağımızdan, gerizəkalılığımızdan xəbər verir. Bu qədər bisavad, bacarıqsız insanlarla, görəsən, hara gedirik!..
Ağsaqqal millət vəkilinin verdiyi şok təklifi bəyənməyənlər bu millətin gələcəyini istəməyənlərdir. Buna qətiyyən şübhəniz olmasın. Ona da şübhəniz olmasın ki, təklif edilən fikirlər vəziyyətdən yeganə çıxış yoludur, yəni başqa yol yoxdur!..
Əgər müəllim yaxşı yaşamaq, ağ gün görmək istəyirsə, mütləq və mütləq Lənkəran rayonunun Veravul kəndinə getsin, bənnalıq, xarratlıq, bir sözlə, fəhləliklə gün keçirən və bununla da, çox ciddi kəşfə imza atan Balabəy müəllimin zəngin və təkrarolunmaz təcübəsindən bəhrələnsin. Onun yanında şagirdliyə yazılsın. Sənət öyrənsin…
İndiki dövrdə yalnız müəllim olmaq azdı, çox az. Axı biz inkişaf etmiş, sivil bir dünyada yaşayırıq. Elə bir dünyada ki, hətta millət vəkilləri müəllimə fəhləlik etməyi, daş daşımağı, bir sözlə, hamballığı təklif etməkdən çəkinmirlər. Fikrimcə, bu, tərəqqinin ən pik nöqtəsi, zirvədir və bu zirvəni fəth etmək yaxşı yaşamaq istəyən hər bir müəllimin ən ümdə  vəzifəsi, müqəddəs borcudur. Naşükür olmaq lazım deyil!
Bir müəllim tanıyırdım. Kasıbçılıqdan varlıların evində fəhləlik edirdi. Bir gün o varlı adamlardan biri evə gələndə müəllimin oturduğunu görür və niyə bekar dayandığını soruşur. Müəllim iş olmadığı üçün dincəldiyini deyir. Bundan bərk qəzəblənən varlı onun üstünə çəmkirir: İş yoxdu, götür süpürgəni, həyəti süpür!!!
Bə nə deməlidi!!! Deməlidi ki, əcəb eləyirsən, düz eləyirsən, otur, dincəl, axı sən müəllimsən, sabah tezdən məktəbə gedəcəksən, balalarımıza dərs keçəcəksən və s. və i.
Adamın Allahı olar! İnsaf da dinin yarısıdır. Əlinizin ürəyinizin üstünə qoyub cavab verin: Bundan gözəl təklif ola bilərmi!!?
Hə, guya o müəllim nə elədi ki! Nə elədisə, özünə elədi! İndi acından ayaq üstə dura bilmir. Adam kəmhövsələlik etməz! Nə olsun ki, o varlı adam öz oğlunun, dərs dediyin şagirdin gözü qarşısında səni həyət süpürməyə vadar elədi! Həyəti havayı ki süpürmürsən! Bəlkə əvəzində aldığın konfet kağızıdı! Yox, aşna, konfet kağızı deyil! Puldu! Pul!!!
Bir də dilənmirsən ki! Halal zəhmətinlə pul qazanırsan da…
Axırı nə oldu! İndi qəpiyə güllə atır. O vaxtdan dərs deməyə də nə həvəsi qalıb, nə də halı! Bütün günü dominoxanalarda havalı-havalı veyillənir.
Ona görə də üzümü, xüsusilə, mənə dərs deyənlərə tuturam və onları Hadi müəllimin təklifinin çox ciddi müzakirəsini davam etdirməyə çağırıram. Amanın günüdür, özünüzdən muğayat olun. Gedin daş daşıyın, divar hörün, fəhləlik edin ki, ölməyəsiz! Balabəy müəllim kimi…

Bunu da oxuyun

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İbrahim RÜSTƏMOV

Previous Post

Hadi Rəcəblinin təklifini bəyənməyənlər bu millətin gələcəyini istəməyənlərdir

Next Post

AŞPA-nın Qarabağ üzrə məruzəçisinin Azərbaycana səfəri başladı

Bənzər yazılar

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52

Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıların qəbul etməsinə dair video paylaşılıb. Elchi.az paylaşımı təqdim...

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37

Sentyabrın 16-da paytaxt ərazisində Yasamal rayonunun, eləcə də bir sıra regionların elektrik şəbəkələrində təmir işləri aparılacaq. Elchi.az  xəbər verir ki,...

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57

İranın Sepahan aviaşirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi şassi ilə bağlı yaranan problem və mühərrikin ehtimal olunan zədələnməsi səbəbindən Məşhəd...

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10

Avropa Parlamenti rüşvətxorlar yuvasıdır. Elchi.az  xəbər verir ki, bu sözləri dövlət başçısı sentyabrın 15-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek...

Next Post

AŞPA-nın Qarabağ üzrə məruzəçisinin Azərbaycana səfəri başladı

AŞPA-nın Qarabağ üzrə məruzəçisinin Azərbaycana səfəri başladı

Son xəbərlər

ADMİU incəsənətin gələcəyini rəqəmsal dünyaya daşıyır: İncə və Sənət təqdim edildi

ADMİU incəsənətin gələcəyini rəqəmsal dünyaya daşıyır: İncə və Sənət təqdim edildi

16 Sentyabr 2026 - 09:20
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

16 Sentyabr 2026 - 09:17
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ

Bakıda bu yollarda sıxlıq var – SİYAHI

16 Sentyabr 2026 - 09:09
İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

İranda dövlət qurumlarında xarici messencerlərdən istifadəyə qoyulan qadağa ləğv edilib

15 Sentyabr 2026 - 23:55
Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında beynəlxalq konfransların iştirakçıların qəbuluna dair video paylaşılıb

15 Sentyabr 2026 - 23:52
Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

Sabah Bakıda və bir neçə rayonda işıq kəsiləcək

15 Sentyabr 2026 - 23:37
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 1400-ə yaxınlaşıb

15 Sentyabr 2026 - 21:59
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

İranda “Boeing 737” texniki nasazlıq səbəbindən məcburi eniş edib

15 Sentyabr 2026 - 21:57
Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

Fransa polisləri iş şəraitinə görə etiraz edirlər

15 Sentyabr 2026 - 21:55
Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

Tramp ABŞ Ali Məhkəməsini sərt tənqid edib

15 Sentyabr 2026 - 21:53
ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

ABŞ ordusu SEPAH-ın iki katerini məhv edib

15 Sentyabr 2026 - 20:36
İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

İsveçrə–Azərbaycan Biznes Forumu keçirilib

15 Sentyabr 2026 - 20:17
Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Sabah rayonlarda leysan yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

15 Sentyabr 2026 - 20:11
İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır

15 Sentyabr 2026 - 20:10
Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

Allahşükür Paşazadə Prezident İlham Əliyevə təşəkkür edib

15 Sentyabr 2026 - 20:07
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.