Xankəndi yolu mülki və humanitar məqsədlər üçün açıqdır.
Elchi.az xəbər verir ki, bunu Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Tvitter hesabında yazıb.
H. Hacıyev dinc etiraz aksiyası iştirakçılarının Xankəndi yolunu bağlamadıqlarına dair video da paylaşıb:
“Videodan da göründüyü kimi, ekofəallar kənara çəkilir və Beynəlxalq Qırmızı Xaç Komitəsinin maşınlarının rahatlıqla keçə bilməsi üçün şərait yaradırlar. İrəvana gedən təcili tibbi yardım maşınları Şuşa-Xankəndi yolunun kəsişməsindən keçirlər. Yeni doğulan oğlan uşağı və onun hər iki valideyni İrəvana aparılıb. Yol mülki və humanitar məqsədlər üçün açıqdır. Yolun blokada olunması ilə bağlı təbliğatı dayandırın!!!”.