"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Hacıbala Abutalıbov: “Yanan binanın sakinlərinə bu gün kompensasiyalar veriləcək”

22 May 2015 - 12:57
in XƏBƏR LENTİ
FacebookVatsap

Hacıbala Abutalıbov: “Yanan binanın sakinlərinə bu gün kompensasiyalar veriləcək”

Bunu da oxuyun

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Kirayədə yaşamış və yanğın zamanı xəsarət almış şəxslərə də Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya veriləcək”

Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan vəsait bu gün yanğın baş verən Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 56 ailə üçün açılacaq bank hesablarına köçürüləcək”.
 Bunu APA-ya açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söyləyib.  H. Abutalıbov deyib ki, bu gün Bakı şəhər İcra Hakimiyyətində binanın sakinlərini qəbul edəcək: “Pul vəsaitləri bankda ailə üzvlərinin birinin adına köçürüləcək. Bunun üçün ailənin yaşı 18-dən yuxarı olan digər üzvləri müvafiq arayış verməlidirlər. Yanan binanın yaxınlığında Binəqədi Rayon Polis İdarəsinin 5-ci bölməsinin həyətində “ASAN xidmət” səyyar xidmət göstərir, müraciət edən sakinlər üçün belə müvafiq arayışlar hazırlanaraq verilir.  Yəni sakinlərin bu arayış üçün heç yerə getməyə ehtiyacları yoxdur, elə orada “Asan xidmət”  yaxınlaşsalar, kifayətdir.  Elə bu gün də dərhal pul vəsaitləri bank hesabına götürüləcək, müvafiq arayışla ailədən ata, yaxud başqa bir nəfər bu gün arayışla bankdan həmin vəsaitləri ala biləcəklər. Bank xərclərini də Bakı şəhər İcra Hakimiyyəti öz üzərinə götürüb”.
H. Abutalıbov binada kirayə yaşamış, xəsarət almış və maddi ziyan çəkmiş şəxslərlə bağlı məsələyə də aydınlıq gətirib: “Hazırda yanmış binada olan sakinlər, həm də kirayədə yaşamış insanlar hüquq-mühafizə orqanlarında onlara dəymiş ziyanla bağlı ifadə verirlər. Hüquq-mühafizə orqanlarının bununla bağlı verdikləri arayışları məhkəmə də təsdiqləməlidir. Buna müvafiq olaraq dəymiş ziyan ödəniləcək. Kirayədə yaşamış və yanğın zamanı xəsarət almış şəxslərə də Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan kompensasiya veriləcək. Bunun üçün kirayədə yaşamış insanlarla mənzilin sahibi arasında kirayə ilə bağlı müqavilə bağlanmalı, bu müqavilə notariusda təsdiqlənməli,  yaxud qonşular həmin şəxsin o binada kirayədə yaşadığını notarius yolu ilə təsdiqləməlidirlər. Bu halda kirayədə yaşayan və xəsarət alan şəxsə müvafiq kompensasiya veriləcək. Kirayədə yaşayanların mülkiyyətinə dəyən ziyana gəlincə, bununla bağlı ev sahibləri ilə kirayədə yaşayanlar arasında razılaşma əsasında müqavilə imzalanmalıdır. Belə müqavilə imzalanıb notariusda təsdiqlənəcəyi halda Nazirlər Kabinetinin sərəncamında nəzərdə tutulan 20 min manat məbləğində birdəfəlik yardım ev sahibi və kirayədə yaşayana aralarındakı razılaşmaya uyğun olaraq veriləcək. Əsas odur ki, ev sahibi ilə kirayədə yaşayan arasında razılaşdırılan müqavilə notariusda təsdiqlənsin”.
H. Abutalıbov onu da deyib ki, Nazirlər Kabinetinin sərəncamında qeyd olunan kompensasiyalar ilkin yardımlardır. O, bir daha evlərin dövlət vəsaiti hesabına təmir olunacağını, mebel və əşyalarla təmin ediləcəyini qeyd edib.
Xatırladaq ki, dünən Nazirlər Kabineti Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla bağlı sərəncam verib. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 19 may tarixli 1229 nömrəli Sərəncamının 2-ci hissəsinin icrası ilə əlaqədar Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın hadisəsi nəticəsində həlak olmuş 15 sakinin hər birinin ailəsinə 15 min manat, bina sakini olan 56 ailənin hər birinə yanğın nəticəsində zərər dəymiş əmlakına görə ilkin olaraq 20 min manat məbləğində dövlət vəsaiti hesabına birdəfəlik maddi yardım müəyyən edilib. Çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün 3 milyon manat vəsait ayrılıb. Bu məsələlərin və binanın sakinlərinə kirayə pulu ödənilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin Ehtiyat Fondundan Bakı şəhər İcra Hakimiyyətinə cəmi 5 milyon manat məbləğində vəsait ayrılıb. Maliyyə Nazirliyinə tapşırılıb ki, bu vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etsin. Yerinə yetiriləcək işlərin təxirə salınmadan icrasının vacibliyini nəzərə alaraq, müstəsna hal kimi, çoxmərtəbəli yaşayış binasında əsaslı təmir və yenidənqurma işlərinə başlamaq üçün göstərilən işlərin birbaşa müqavilələrlə yerinə yetirilməsinə icazə veriləcək.
Previous Post

Hacıbala Abutalıbov: “Yanan binanın sakinlərinə bu gün kompensasiyalar veriləcək”

Next Post

Bakıda hava yağmursuz olacaq, rayonlarda qısamüddətli yağış yağacaq

Bənzər yazılar

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12

ABŞ və İran arasında mümkün danışıqlarının gündəliyi Tehranın daha əvvəl təklif etdiyi yeddi günlük planın şərtlərindən ibarətdir. Elchi.az xəbər verir...

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09

Türkiyədə 5,1 maqnitudalı zəlzələ olub. Elchi.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb....

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40

"Qarabağ" futbol klubunun ev oyunlarını keçirdiyi "Azersun Arena"nın ot örtüyündə renovasiya işləri aparılıb. Bu barədə Elchi.az Ağdam təmsilçisinin mətbuat xidmətindən...

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41

İnanılmaz zərbəyə dayanıqlılıq, 10 metrədək dərinlikdə suya davamlılıq və 11 000 mAh tutumlu güclü batareya - yeni HONOR X9e Pro...

Next Post

Bakıda hava yağmursuz olacaq, rayonlarda qısamüddətli yağış yağacaq

Bakıda hava yağmursuz olacaq, rayonlarda qısamüddətli yağış yağacaq

Son xəbərlər

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

Əraqçi İranın ABŞ-yə göndərdiyi şərtləri açıqlayıb

02 Noyabr 2026 - 23:12
Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

Türkiyədə 5,1 bal gücündə zəlzələ baş verib

02 Noyabr 2026 - 23:09
“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

“Qarabağ” ev oyunlarını yenidən “Azersun Arena”da keçirəcək

02 Noyabr 2026 - 21:40
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu

02 Noyabr 2026 - 20:41
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub

02 Noyabr 2026 - 20:12
Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

Kondratiuk: Rusiya ilə münaqişə başlayandan 768 ukraynalı uşaq həlak olub

02 Noyabr 2026 - 20:10
Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

Britaniyada etirazçılar ABŞ-nin aviabazasının girişini bağlayıblar

02 Noyabr 2026 - 20:08
Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

Müctəba Xamenei İran hökumətinə ABŞ ilə dialoq üçün səlahiyyətlər verib

02 Noyabr 2026 - 19:27
Kanar adalarına gedən yolda miqrantlar həlak olub

Kanar adalarına gedən yolda miqrantlar həlak olub

02 Noyabr 2026 - 18:56
ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

ABŞ-də “Halloween” günü kütləvi atışmalarda 24 nəfər həlak olub

02 Noyabr 2026 - 18:37
Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

Azərbaycan–Çin Sənaye Parkı yaradıla bilər

02 Noyabr 2026 - 18:30
Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

Azərbaycan Prokurorluğunun veteranları təltif ediliblər

02 Noyabr 2026 - 18:21
“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

“Milan” 21 yaşlı müdafiəçi ilə maraqlanır

02 Noyabr 2026 - 18:14
Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

Fransa tələbələri noyabrın 3-ü və 5-də kütləvi etirazlara çağırılıb

02 Noyabr 2026 - 17:59
SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

SEPAH hərbi təlim mərkəzlərinin sayını 12-yə çatdıracağını bildirib

02 Noyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.