"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Hacı Şahin Həsənli Gəncə dindarlarına müraciət etdi: “Təxribata uymayın…”

11 İyul 2018 - 15:24
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

“Ötən gün Gəncədə baş vermiş iğtişaşlar həm Azərbaycan qanunvericiliyinin, həm də dini dəyərlərin kobud şəkildə tapdalanmasıdır. Polisə, hüquq-mühafizə orqanları əməkdaşlarına silah qaldırmaq böyük cinayətdir. Din adı ilə edildikdə isə böyük günahdır və faciədir”.

Bunu Lent.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli deyib.

Hacı Şahin Həsənli islamın zorakılıq yox, sülh dini olduğunu xatırladır:

“Bizim dinimiz barış dinidir, insanlar arasında sülh yaratmaq üçün göndərilib. Din amilindən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmaq, qardaş qırğınına rəvac vermək böyük cinayətdir. Bəllidir ki, polisə hücum edən, iğtişaş törədən şəxslərin dinlə heç bir əlaqəsi ola bilməz. Azərbaycanın inanclı insanları dövlətçiliyimizin yanındadır. Bu məsələdə hamı birmənalı mövqe ortaya qoyub. Bu cür hərəkətlərin baş verməsində, görünür ki, kimlərinsə marağı var. Ola bilər ki, xaricdəki hansısa qüvvələr Azərbaycanda dini zəmində qarşıdurma yaratmaqda maraqlıdırlar. Buna qətiyyətlə yol vermək olmaz. Çünki bu həm dinə, həm də dövlətə qarşı xəyanət hesab oluna bilər”.

““Ya Hüseyn” şüarları ilə polisə hücum edilməsini necə qiymətləndirirsiniz” – sualına həmsöhbətimizin münasibəti birmənalıdır. Hacı Şahin Həsənli deyir ki, İmam Hüseynin (ə) adını çəkməklə hər hansı bir zorakılıq törətmək şiəliyə qarşı ciddi hörmətsizlikdir:

“Tarix boyu Azərbaycanda 2 ənənəvi məzhəb olub, şiəlik və sünnilik. Bu iki məzhəb nümayəndələri, ardıcılları hər zaman qardaş kimi yaşayıb. Bunlar Azərbaycanın dövlətçiliyini möhkəmləndirən ən əsas amillərdəndir. “Ya Hüseyn” şüarı zorakılıq törətmək üçün deyil. İmam Hüseyn əleyhissəlamın özü zorakılığa məruz qalıb. Onun özü günahsız yerə öldürülüb. İmam Hüseyn əleyhissalamın adını çəkməklə hər hansı bir zorakılıq törətməyin özü Kərbəla ideyasına ciddi hörmətsizlik sayılır. Hesab etmirəm ki, bunu edənlər Azərbaycanın şiə mənsəbinə mənsub insanlardır. Gəncə əhalisi həmişə əhli beytə sadiqliyi ilə seçiliblər. Eyni zamanda Azərbaycan dövlətçiliyinə bağlı insanlar olub. Şiəlik Azərbaycana kənardan gəlməyib. Ölkəmizin əsrlərdir ki, yaşatdığı inanclar, dəyərlər sistemidir. Həmin inanclar sisteminə bu şəkildə davranış sərgiləmək qətiyyən yolverilməzdir”.

Ötən gün Gəncə Şəhər İcra Hakimiyyəti önündə baş verən qanlı hadisədə həlak olanlardan biri Səməd Abbasov QMİ-nin Gəncəbasar üzrə nümayəndəsi, Qazılar Şurasının üzvü, Milli Azadlıq Hərəkatının fəalı, “Lefortovo” məhbusu Seyid Tahir Qarabağinin qardaşıdır. Hacı Şahin Həsənlidən baş vermiş hadisədən sonra Seyid Tahirlə əlaqə saxlayıb başsağlığı verib-vermədiyini soruşduq.

“Elə gecə ilə əlaqə saxladıq. Başsağlığı verdik. Ümumiyyətlə, kimə qarşı törədilməsindən asılı olmayaraq, Azərbaycan vətəndaşının günahsız şəkildə qətlə yetirilməsi yolverilməzdir. Bu, böyük faciədir. Baş verənləri nəinki dini şüarla, heç insani dəyərlərlə də əlaqələndirmək mümkün deyil. Ona görə də Gəncədə baş verən hadisələrə ciddi şəkildə üzülürük və münasibətimizi ortaya qoyuruq”.

Hacı Şahin Həsənli Gəncədəki dindarlara da çağırış edib:

“Gəncədəki dindarları, inanclı insanları ayıq-sayıq olmağa dəvət edirəm. Hər hansı təxribata uymasınlar. Mən bilirəm ki, Gəncədəki inanclı insanların mütləq əksəriyyəti bu hadisələri pisləyir. Özüm də onlarla insanla əlaqə saxlamışam. Onlar da baş verənləri pislədiklərini söyləyiblər. Baş verənlərlə heç bir əlaqələrinin olmadığını qeyd edirlər. Ötən gün baş verən iğtişaşları hansısa məhdud bir qrup törədib. Gəncənin inanclı insanları buna qarşıdır. Bir daha Gəncədəki inanclı insanlara müraciət edirəm ki, daha da ayıq-sayıq olsunlar, bu məsələ ilə bağlı öz kəskin mövqelərini ortaya qoysunlar”.

Previous Post

Hacı Şahin Həsənli Gəncə dindarlarına müraciət etdi: “Təxribata uymayın…”

Next Post

Gəncədə şəhid polis zabitləri dəfn edildi – FOTO

Bənzər yazılar

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08

Milli Müdafiə Universitetində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Müdafiə Nazirliyinin Hərbi Məsləhətçi Təlim Qrupu (BMATT) tərəfindən keçirilən "Təlimatçı...

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39

Dünya və ənənəvi din liderlərinin Qurultay Katibliyinin XXIV sessiyasında iştirak etmək üçün Qazaxıstanda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri...

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37

Elm və təhsil naziri Emin Əmrullayev Rəqəmsal Əməkdaşlıq Təşkilatının (DCO) Baş katibi xanım Dima Əl-Yahyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə...

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti növbəti “açıq qapı günü” tədbirləri keçirdi – FOTO

06 Oktyabr 2026 - 17:45

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı ilə 1 nömrəli Xüsusi Təyinatlı Yanğından Mühafizə Hissəsində “açıq qapı günü” tədbirləri...

Next Post
Gəncədə şəhid polis zabitləri dəfn edildi – FOTO

Gəncədə şəhid polis zabitləri dəfn edildi – FOTO

Gəncədə şəhid polis zabitləri dəfn edildi – FOTO

Gəncədə şəhid polis zabitləri dəfn edildi – FOTO

Son xəbərlər

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

“Təlimatçı hazırlıq kursu”nun buraxılış mərasimi keçirilib

06 Oktyabr 2026 - 21:08
Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

Etirazlara görə Brüssel hava limanında 100-dən çox reys ləğv ediləcək

06 Oktyabr 2026 - 21:07
EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

EIA: Bu il Azərbaycanda neft hasilatı sutkada 550 min barel təşkil edəcək

06 Oktyabr 2026 - 20:51
Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

Allahşükür Paşazadə Qazaxıstanın Vitse-prezidenti ilə dini və dövlətlərarası əlaqələri müzakirə edib

06 Oktyabr 2026 - 20:39
Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

Təhsildə rəqəmsal transformasiya ətrafında fikir mübadiləsi aparılıb

06 Oktyabr 2026 - 20:37
İndoneziyada yük maşını aşıb, ölənlər var

İndoneziyada yük maşını aşıb, ölənlər var

06 Oktyabr 2026 - 20:35
Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

Azərbaycanda növbəti ADEX sərgisinin keçiriləcəyi tarix açıqlanıb

06 Oktyabr 2026 - 19:29
Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

Azərbaycanla Birləşmiş Krallıq arasında investisiya əlaqələri müzakirə edildi

06 Oktyabr 2026 - 19:20
Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

Azərbaycan millisinin baş məşqçisi: Dünya çempionatına vəsiqə qazanan millilərdən çox geri qalırıq

06 Oktyabr 2026 - 19:13
Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

Azərbaycan Brüssel, Moskva, Tehrandan deyil, Bakıdan idarə olunur: İlham Əliyevin ideoloji manifesti

06 Oktyabr 2026 - 19:04
NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

NASA-dan nəhəng addım: Ay bazası üçün kütləvi raket satınalması başlayır

06 Oktyabr 2026 - 19:00
Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

Ceyhun Bayramov Gürcüstanın yeni səfiri ilə görüşdü

06 Oktyabr 2026 - 18:58
Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

Azərbaycan millisi Yaponiyanı Qəbələdə penaltilərlə məğlub etdi

06 Oktyabr 2026 - 18:50
Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

Azərbaycan və İsrail mina təhlükəsi ilə mübarizədə əməkdaşlığı müzakirə etdi

06 Oktyabr 2026 - 18:41
Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Baş nazir Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

06 Oktyabr 2026 - 18:33
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.