"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home KÖŞƏ YAZILARI

HƏYATDA ƏN ŞİRİN ŞEY SAQQIZDIR

24 Yanvar 2015 - 23:22
in KÖŞƏ YAZILARI
FacebookVatsap

Çİ10417706_10204955029008220_4448546626026227590_nNARƏ ÖMRAY

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

(hekayə)

Necə maraqlıydı o gün. İlk dəfəydi qrup uşaqlarıyla yığışıb belə harasa gedirdik. Meşədə top-top oynamaq, sonra uşaq kimi qaçdı-tutdu oynamaq, tərləmək və üstündən buz kimi su içmək. Özü də bulaq suyu. Xoşbəxt olmaq elə qəşəngdi, adam hər gün xoşbəxt ola kaş, heç olmasa, altıncı və bazar günləri.
Bulaq suyu elə bil ilk sevgimiz kimidi, lap uşaqlığımız kimi. Hərdən uşaq olmaq istəyir adam, dükandan saqqız oğurlamaq istəyir, bunun tullanıb-düşməyi var hələ. Elə xoşum gəlir atılıb-düşməkdən.
Biz də belə elədik. Bir neçə saat uşaq olduq hamımız. Özü də çox nadinc uşaq. Ağaclar bizim əlimizdən meşədən qaçmaq istəyirdi.
– Yox, Emil düz oynamadı, – biri deyir.
– Əli cığallıq elədi, – o biri deyir.
– Top gətirmək sırası Aygündədi, – bu birisi deyir.
– Biz qazandıq, biz qazandıq… Uraaa… – bunu da mən deyirəm.
Səsimiz meşəni başına almışdı, bütün ağaclar bizim səsimizə yuxudan durdular. Quşlar bizə baxıb gülürdü. Bir dovşan üzümüzə elə baxırdı, elə bil dovşan bizik.
Bizim bir müəllimiz var, Həsən müəllim. O da şalvarının balağını corabının içinə salıb bizlə yan-yana top-top oynayırdı. Elə həvəslə oynayırdı, elə bil heç vaxt uşaq olmayıb, elə dünyaya 55 yaşında gəlib. Həsən müəllim yeri gələndə cığallığından da qalmırdı.
Uşaqlardan biri Həsən müəllimə deyir:
– Ay müəllim, bəs deyirdiniz, hər işdə dürüst olmaq şərtdi? Bəs niyə oyunu pozursuz? Axı bizim komanda udub.
– Ay bala, mən indi sizin müəlliminiz Həsən deyiləm. İndi mən də sizin tayınızam.
Hamımız gülmüşdük Həsən müəllimə. Əslində, elə hər şey uşaq idi o gün, ağaclar da, yarpaqlar da, sərçələr də…

Ayağımız altında can verən otlar kimi biz də taqətdən düşmüş, yerə sərilmış palazın üstünə quş budağa qonan kimi qonmuşduq.
Təbiət o qədər sakitiydi ki, vallah, adam qorxurdu. Adətən, filimlərdə belə olur, əvvəl səssizlik, qəfil vəhşi heyvanlar cumur üstünə. Bəs mən nə düşünürdüm? Üstümə nə cumur cumsun, heyvan yox, lap insan cumsun üstümə, yenə də palazın üstündən qalxan deyiləm. Axı yorulmuşam.
Bir şey də var ki, meşənin sakitliyi insanın yorğunluğun sanki oğurlayırdı, adamın ruhuna laylay deyirdi, sakitlik elə bil saçımı sığallayırdı, əzizləyirdi. Meh oynamaqdan yorulmuş, tərləmiş bədənimizə qəribə bir rahatlıq verirdi. Sərin meh həsrət qaldığımız doğmaların istisi idi elə bil. Adam qucaqlamaq istəyirdi mehi. Düzü, bir ara istədim qucaqlayam, sonra düşündüm ki, pis başa düşərlər.
Mənim bir dostum da var, Gülnar adında. Siz Allah, keçmişimin əlindən canımı qurtarıb meşəyə gəlmişik, bu da deyir ki, hərə uşaqlığından nəsə danışsın. Bir xatirə, məsələn. Məndə danışmağa hal qalıb? Doğrudan, maraqlı fikirdi, amma bir şərtlə mən danışmayacam heç nə. Siz danışın ancaq. Onsuz da hamı yorulmuşdu, heç kimin yerindən qalxmağa halı yox idi. Vaxtı belə yola vermək daha gözəl olardı.
Elə Gülnarın özündən başladıq. Mən bildim ki, Gülnar çox narahatdı, onu nəsə sıxır içində, ona görə danışmaq istəyir . Lap bəhanə axtarır. Hamı sırayla danışacaq deyə, tez yerimi dəyişib keçdim axıra. Qoy hamını dinləyim, özüm danışmayım. Növbə mənə çatanda, onsuz da, gecə düşüəcək, çıxıb gedəcəyik evə.
Ay da, Gülnar bir yana qalsın, bizdə bir Əli var, onun keçmişi məni lap dəli elədi, vallah. Əli kefqom bir uşaqdı. Baxanda elə bilirsən dünya vecinə deyil. Özüm də məəttəl qaldım Əliyə, əməlli-başlı ciddi söhbət eləyirdi. Siz Allah, Əli hara, ciddi danışmaq hara?! Lap məəttəl qaldıq.
– Mənim elə də gözəl xatirələrlə dolu uşaqlığım olmayıb ki… Nə danışım? – Əli birinci belə dedi.
Birdən-birə Əlinin o şən üzündə elə bil hüzur çökdü. Təsəvvür elə qəflətən yas mağarı quruldu Əlinin üzündə. Mənə elə gəldi ki, onun üzündə yekəqarın bir molla yeriyir, başında ağ papaq. Cavan uşaqlar əlində qab-qacaq ora-bura qaçırdılar, gəlib-gedənlərə çay verirdilər. Hüzr yeri necə olur, bax, elə.
– Ola bilməz bu boyda illər yaşıyasan yadda qalan heç nə olmaya, – Həsən müəllim dedi, – yalandan da olsa, bir şey danış, növbə sənindi.
Əli gözünü təxminən, bayaq bizə baxan dovşanın dayandığı yerə dikib danışmağa başladı. Dedi, birinci sinifdə oxuyurdum, o vaxtı heç nə anlamırdım. Birdən-birə anam mənə dedi ki, daha babamgildə qalacağıq, bura bizim təzə evimizdi. Qardaşım uşaq idi, mən də ondan bir az böyük. O zamanlar bizim üçün həyat babamın işdən gələndə aldığı saqqız qədər şirin idi, kindersürprizdən çıxan oyuncaq qədər maraqlı. Onda dizlərimdə olan yaralara görə ağlayardım, indi yadıma düşəndə ağlamağıma gülməyim gəlir.
O zaman biz hələ təzə köçmüşdük babamgilə. Atam tez-tez gəlib qardaşımla məni aparar, bir az gəzdirib gətirərdi. Sonra yavaş-yavaş atam gec gəldi, axırda birdəfəlik gəlmədi. Atam gəlməsə də, biz böyüyürdük. Atamın əvəzinə babam bizə “oğlum” deyirdi ki, darıxmayaq, canımızdan o hissin yeri boş qalmasın deyə, babam nələr eləmirdi bizim üçün.
İndi anlayıram ki, mən o vaxt atamdan ötrü yox, oyuncaqdan ötrü darıxırammış. İndi dərk edirəm ki, uşaq olub böyüməyi arzu etmək, böyük olub uşaq olmağı arzulamaqdan daha gözəldir. Anam məni döyəndə atam düşürdü yadıma, elə bilirdim ki, uşağı atası döyə bilər ancaq. Anam məni çağıranda səsi qulağıma kişi səsi kimi gəlirdi.
Qonşu uşaqlarda olan oyuncaqların bizdə olmadığını görəndə ürəyim atamı istəyirdi. Hələ o da yadımdadı ki, bir gün bağçadan gələndə vitrində gördüyüm bir oyuncağı almasını istədim anamdan.
Anam bir söz dedi:
– Qoy atan alimenti ödəsin, söz verirəm ki, alacam.
Mən heç bilmirdim aliment nədi. Amma bilirdim ki, hər nədisə pul deməkdi. Pul da mənim üçün oyuncaq deməkdi. Tez-tez anama deyirdim ki, mənə nə vaxt aliment alacaqsan?
Bu söz məni üşüdür, nədənsə. Alimenti deyirəm. Boynumun dalı qızışır elə bil bu sözü eşidəndə. Atam mənim üçün aliment olmuşdu. Atama aliment deyirdim. Amma nə atam gəlirdi, nə də aliment. Hər baxçadan gələndə yolumuzun üstündə olan banka girib – indi bilirəm ki, ora bank deyirlər – anam soruşurdu ki, Günay Əliyeva hesabına ödəniş olub?
Hər dəfəsində eyni söz:
– Xeyir, Günay xanım, hələ heç bir ödəniş yoxdu.
Hər şeyə aliment kimi baxırdım, evdə qab-qacağı oyuncaq kimi oynadırdım. Elə bil bu sözü yeyirdim, amma doymurdum, aliment sözünü. Ürəyim istəyən oyuncaqların hamısı satılmışdı, istəyirdim satıcıya deyəm ki, o yuxarıdan ikinci kuklanı satma, sabah gəlib alacam, Günay Əliyeva adına pul köçəndə.
Dostum Akifin atası aldığı oyuncaq silah artıq dəbdən düşmüşdü, köhnəlmiş oyuncaqlarını mənə verirdi, azarımı öldürürdüm. Amma yenə də, düşünürdüm ki, aliment gəlsin, çoxlu oyuncaqlar alacam. Hərdən balaca qardaşıma da oyuncaq kimi baxırdım, saçını yolurdum.
Mən böyüdükcə böyüyürdüm, amma Günay Əliyeva adına hesab böyümək bilmirdi. Bir ara qardaşımla başımızı nəylə qatsaq yaxşıdı? Anam parçadan oyuncaq gəlincik tikirdi bizə, sonra əlinə geyinib o gəlinciyin diliylə danışıb bizi güldürürdü. Allah haqqı, anamın tikdiyi gəlinciyə gülmək qonşu uşaqların oyuncaqlarından da maraqlı gəlirdi mənə. Gülməyə bəhanə axtarırdıq onsuz da.
Əli bunları danışdıqca elə bil ağaclar şirin yuxuya gedirdi, meşədən heç quşların da səsi gəlmirdi. Ağaclar bir-birinə söykənib Əliyə qulaq asırdı elə bil. Uzaqda bir ərik ağacı vardı, deyəsən, yorulmuşdu ayaq üstə dayanmaqdan, çiynini gavalı ağacına söykəyib o da Əliyə baxırdı. Mənim gözlərim belə şeylərə çox diqqətlidi, nədənsə. Gözlərim, qəşəng gözlərim.
Əli danışırdı ki, mən birinci sinifdə oxuyanda qardaşımın dörd yaşı var idi. Hələ də Günay Əliyeva adına aliment gəlməmişdi. Hər dəfə darıxanda anam məni banka aparırdı, guya başım çıxır. Nədənsə, anamdan çox bankda işləyən kişiyə inanırdım.
– Xeyir xanım, Günay Əliyeva adına heç bir ödəniş yoxdu.
Anamın üzü qocalmışdı bir az, qırışlar əmələ gəlmişdi, mənim istəklərimsə dəyişmişdi, qardaşım da deyirdi:
– Ata da pis, aliment də pis. Mən maşın istəyirəm.
Anam bizə deyirdi ki, gecələr yatmazdan əvvəl əllərini Allaha açıb nə dua etsən, onu da verər sənə. Anam eşitməsin deyə, o yatandan sonra hər gecə Allah babaya dua edirdim. Birinci çoxlu oyuncaqlar istəyirdim, sonra alimenti, sora da atamı. Yox, atamı istəmirdim. Guya küsmüşdüm. Ay uşaqlıq! Gülməyin mənə!
Allah baba, sabah oyanaq ki, çoxlu pulumuz olub. Anam mənə həmən vitrində gördüyüm qırmızı maşından da alsın, qonşu Akifin oyuncaq silahından da, Şəfanın rəngli karandaşlarından, Raminin üstü maşın şəkilli bahalı çantasından da alsın.
Hətta bir gecə necə ürəkdən istəmişdimsə, bunu gecə yuxumda görmüşdüm ki, atam hardasa uzaqlardan gəlib, bizə aliment də gətirib. Bu yuxuya necə inanmışdımsa səhər açılan kimi anamın əlindən tutub güclə aparmışdım həmən banka. Yol boyu da içimdə Allaha yalvarmışdım ki, kaş o kişi olmasın yerində, başqa xala olsun və desin:
– Bəli, Günay Əliyeva adına ödəniş var .
Həmən gün Allahdan da küsmüşdüm. Allah baba yaxşı adam olsaydı, bizə aliment göndərərdi. Nə var ki, burda, böyüyəndə qaytaracaqdım onsuz da. Lap böyüyəndən sonra həmişə Günay Əliyeva adına pul da qoyardım, nə yaxşı olardı, onda qardaşıma deyərik ki, qaqa, aliment gəldi.
Anam dizlərini yerə qoyub məni qucaqlıyıb ağlayırdı hər dəfə, anam ağladıqca mən böyüyürdüm. Atamsa bizə bir uşaqlıq aliment borclu. Bizim üçün ata sözü – aliment, aliment sözü – həyata keçməyən uşaq arzuları, uşaqlığım – Günay Əliyeva adına ödəniş yoxdu.
Hamı bir anlığa donub qalmışdı Əlinin danışdıqlarından. Ağaclar da, otlar da başlarını aşağı dikib dayanmışdı. Sanki utanırdılar. Qəflətən bir ərik ağacın başından yerə dəydi, elə bil ürəyi getdi.
– Axşamın küləyi başladı, durun yavaş-yavaş yığışıb gedək, – Həsən müəllim Əlinin sağ çiyninə əlini qoydu – bu gün sizlə burda gizlənpaç oynadıq. Uşaq olanda mən də çox sevirdim bu oyunu. Amma böyüdükcə anladım ki, həyatla gizlənpaç oynamaq olmur. Həyat bizi hər yerdə tapır, harda gizlənsək belə. Mənim də atam olmayıb, səhərlər babamı işə yola salarkən, mənə saqqız almağını tapşırırdım. Doğrudan da, həyatda ən şirin şey saqqızdır.

Previous Post

HƏYATDA ƏN ŞİRİN ŞEY SAQQIZDIR

Next Post

İsa Sadıqovdan ermənlərə şok müraciət…

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

Next Post

İsa Sadıqovdan ermənlərə şok müraciət...

İsa Sadıqovdan ermənlərə şok müraciət...

Son xəbərlər

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

04 Avqust 2026 - 19:39
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

04 Avqust 2026 - 19:36
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

04 Avqust 2026 - 19:28
İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

04 Avqust 2026 - 19:17
Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

04 Avqust 2026 - 19:09
Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

Naxçıvanda yol qəzasında 3 nəfər xəsarət alıb – FOTO

04 Avqust 2026 - 18:57
ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

ADY dəmir yollarında təhlükəsizlik zonasının mühafizəsini gücləndirəcək

04 Avqust 2026 - 18:42
Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

Yaşayış sahələrinin kütləvi seçimi ilk dəfə SİMA rəqəmsal imzanın üztanıma texnologiyası ilə tətbiq edilib

04 Avqust 2026 - 18:35
Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

Bakıda piyada təhlükəsizliyinin təmini məqsədilə tədbir keçirilib – VİDEO

04 Avqust 2026 - 18:23
Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

Dövlətdən dəstək alacaq özəl bağçalara sənəd qəbulu başlayır

04 Avqust 2026 - 18:11
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb

04 Avqust 2026 - 17:55
Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

Nyu-York metrosunda yanğın: 10-dan çox insan xəsarət alıb

04 Avqust 2026 - 17:44
NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

NATO Finlandiyada nüvə silahı yerləşdirə bilər

04 Avqust 2026 - 17:32
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.