"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Hərbi Prokurorluqdan Ballıqaya soyqırımı ilə bağlı açıqlama

28 Avqust 2023 - 13:39
in GÜNDƏM
FacebookVatsap

Xalqımıza qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, terrorçuluq və digər cinayətlərlə əlaqədar istintaqın aparılması və onları törətmiş şəxslərin əməllərinə hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkilində və törədilməsində iştirak etmiş şəxslərin müəyyənləşdirilərək mövcud qanunvericiliyə və beynəlxalq hüquqa əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə Ermənistan tərəfindən beynəlxalq hüquq normalarının və prinsiplərinin kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Baş Prokurorun, daxili işlər və milli təhlükəsizlik nazirlərinin vahid əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb, 2005-ci il mayın 5-dən öz təşəbbüsü ilə ibtidai araşdırmaya prosessual rəhbərlik Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevə həvalə edilməklə, həmin istintaq-əməliyyat qrupunun fəaliyyəti Hərbi Prokurorluğa tapşırılıb. Bundan sonra erməni silahlı birləşmələrinin üzvləri tərəfindən müxtəlif illərdə törədilmiş eyni xarakterli cinayət faktları ilə bağlı başlanılmış və cinayət törətmiş şəxslərin və ya onların olduqları yerin müəyyənləşdirilməməsi əsası ilə icraatları dayandırılmış hər bir cinayət işi öyrənilib, bir neçə cinayət işinin icraatı yenilənərək vahid icraatda birləşdirilmiş və istintaq aparılıb. Cinayət işinin ibtidai araşdırması əvvəlki illərdən fərqli olaraq cinayət işinin vahid istintaq-əməliyyat planına əsasən daha səmərəli, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və hüquq normalarına, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, Cinayət Prosessual Məcəlləsinin tələblərinə tam uyğun və baş vermiş cinayət hadisələrinin hər birinin mahiyyəti üzrə aparılıb.

Bunu da oxuyun

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

Elchi.az xəbər verir ki, bunu Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

Hərbi prokurorun böyük köməkçisi bildirib ki, istintaq-əməliyyat qrupunun səmərəli fəaliyyəti nəticəsində təqsirləri qanunvericiliklə müəyyən olunmuş qaydada, eləcə də beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərinin tələblərinə uyğun olaraq sübuta yetirilmiş müvafiq şəxslərin Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalini deportasiya etmə və ya məcburi köçürmə), 113 (İşgəncə), 115 (Müharibə qanunlarını və adətlərini pozma), 116 (Silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120 (Qəsdən adam öldürmə), 214 (Terrorçuluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsi üçün müvafiq sənədlər İnterpolun Azərbaycandakı Milli Bürosuna və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib: “Hazırda Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti və Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin prosessual rəhbərliyi ilə hərtərəfli istintaq-əməliyyat tədbirləri davam etdirilir. Məlum olduğu kimi, bir müddət əvvəl Meşəli soyqırımı epizodu üzrə axtarışda olan şəxslərdən biri-Xaçaturyan Vaqif Çerkezoviç tutularaq istintaqa təhvil verilib. Yeri gəlmişkən, bu yaxınlarda o, məhkəmə qarşısına çıxarılacaq.

Ballıqaya soyqırımı ilə bağlı onu deyə bilərəm ki, 1992-ci il mayın 18-də Laçın rayonunun Ermənistan Respublikası tərəfindən işğal edildikdən sonra həmin rayonun sakinləri Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmaq məcburiyyətində qalıblar. Laçın rayon sakinlərinin bir hissəsi də Goranboy rayonunun Ballıqaya kəndinə köçüblər. Həmin ərazidə məskunlaşmış Laçın rayon sakinləri 1992-ci ilin avqustunda düşmənin silahlı hücumuna məruz qalıb, hücum nəticəsində xeyli insan qətlə yetirilmiş bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmin faktla əlaqədar Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılaraq ibtidai araşdırma aparılıb. Bir müddət sonra isə cinayət işi üzrə istintaq Hərbi Prokurorluğunda davam etdirilib.

“İbtidai araşdırma zamanı iş üzrə çoxsaylı istintaq hərəkətləri həyata keçirilib, o cümlədən şahidlər və zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxslərin hüquqi varisləri dindirilib, müxtəlif ekspertizalar təyin olunmaqla icra edilib, əməliyyat tapşırıqları verilib, aidiyyəti qurumlara müvafiq sorğular göndərilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Aparılmış istintaqla müəyyənləşdirilib ki, 1992-ci il avqustun 28-də Goranboy rayonunun dağlıq hissəsində yerləşən Ballıqaya kəndində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlər-dinc sakinlər erməni silahlı dəstəsinin hücumuna məruz qalıb, hücum zamanı səhər saat 5 radələrində 24 günahsız insan xüsusi amansızlıqla qəsdən həyatdan məhrum edilib, 9 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib. Böyük kədər və təəssüf hissləri ilə vurğulayım ki, qətlə yetirilənlər sırasında qoca, qadın, uşaq və hətta 6 aylıq körpə belə olub. Hazırda həmin faktla əlaqədar müvafiq zəruri tədbirlərin görülməsi davam etdirilir. Əmin ola bilərsiniz ki, xalqımıza qarşı törədilmiş heç bir cinayət cəzasız qalmayacaq”,- deyə Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri vurğulayıb.

Qeyd edilib ki, Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində, o cümlədən dövlətimiz tərəfindən ölkədə və respublikamızdan kənarda görülən nəhəng işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində tarix boyu xalqımıza qarşı törədilən deportasiyalar, soyqırımlar, terrorlar və digər sülh və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı, Qaradağlı, Ağdaban, Başlıbel, Bağanıs Ayrım, Meşəli, Kərkicahan qətliamları və sair insanlığa sığmayan vəhşiliklərlə törədilmiş cinayətlər, eləcə də Ballıqaya faciəsi barədə tarixi reallıqlar dünya ictimaiyyətinə çatdırılmış və hətta onların bəzilərinə beynəlxalq səviyyədə obyektiv və ədalətli, yəni həqiqətə və milli maraqlarımıza uyğun münasibət bildirilməsinə müvəffəq olunub. Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə bu istiqamətdə görülən böyük işlər də mühüm əhəmiyyət kəsb etməkdədir. Bu barədə danışarkən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın həmin istiqamətdəki səmərəli fəaliyyətini, xüsusən də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə 2008-ci ildən başlayaraq həyata keçirdiyi “Xocalıya ədalət!” kampaniyasını da vurğulamaq lazımdır.

Previous Post

Hərbi Prokurorluqdan Ballıqaya soyqırımı ilə bağlı açıqlama

Next Post

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

Bənzər yazılar

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55

Kəlbəcər sakinləri ağır faciələrdən keçsələr də, öz əzmini, inamını və qürurunu əsla itirməyiblər. Teleqraf-ın Qarabağa ezam olunmuş əməkdaşı xəbər verir...

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

Xocavənd rayonunda mina partlayışı baş verib

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi

08 Sentyabr 2026 - 18:37

“Minatəmizləmə fəaliyyətinə dair Tələblər” təsdiq edildi. Elchi.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

ANAMA sədri: Minatəmizləmə əməliyyatları zamanı ərazilər dronlarla daha dəqiq tədqiq olunur

08 Sentyabr 2026 - 11:40

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyəti zamanı ərazinin daha dəqiq öyrənilməsi, tədqiqatı üçün pilotsuz uçuş aparatlarından istifadə olunur. Elchi.az xəbər verir ki,...

Next Post
Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

Hindistanda müsəlman şagirdə qarşı zorakılığın olduğu məktəb bağlanıb

Son xəbərlər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

“Sabah” və “Qarabağ” Çempionlar Liqasında tarixə düşdülər

12 Sentyabr 2026 - 18:31
Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

Hikmət Hacıyev: Kəlbəcər Azərbaycanın və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir – FOTO

12 Sentyabr 2026 - 17:55
Tramp: “İranla razılaşmaya can atmıram”

ABŞ Prezidenti: İrlandiyanın birləşməsini çox istəyirəm

12 Sentyabr 2026 - 17:23
“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

“Barselona”nın 19 yaşlı futbolçusu Premyer Liqaya keçə bilər

12 Sentyabr 2026 - 16:54
Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

12 Sentyabr 2026 - 16:18
Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

Xarici diplomatlar “İstisu” mineral su zavoduna baş çəkiblər

12 Sentyabr 2026 - 16:00
Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

Fransada qatarın relsdən çıxması nəticəsində 44 nəfər yaralanıb

12 Sentyabr 2026 - 15:49
İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

İranda silahlı toqquşma baş verib, SEPAH-ın 3 üzvü öldürülüb

12 Sentyabr 2026 - 15:25
Sabahdan 5 məktəbə I sinfə sərbəst qəbul başlayır

Birinci sinfə elektron qəbul yenidən aktivləşir

12 Sentyabr 2026 - 14:32
Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

Peskov: Rusiya ABŞ-nin sülh səylərinin nəticə verəcəyinə ümid edir

12 Sentyabr 2026 - 13:58
Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

Premyer Liqa klubunun futbolçusu avtomobil qəzası keçirdi

12 Sentyabr 2026 - 13:39
BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

BOKT-larda gündəlik kreditlərin restrukturizasiyası zamanı əlavə ödəniş tələb olunmayacaq

12 Sentyabr 2026 - 13:14
Şirvanda oğurluq edən şəxs saxlanılıb

Şirvanda oğurluq edən şəxs saxlanılıb

12 Sentyabr 2026 - 12:48
Sabahın havası açıqlanıb

Sabahın havası açıqlanıb

12 Sentyabr 2026 - 12:25
İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

İran rəsmisi: ABŞ şərtləri qəbul etməsə, danışıqlar faydasızdır

12 Sentyabr 2026 - 11:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.