Həmyerlimiz Qərib Mehdiyevin həmtəsisçisi olduğu We Travel startapı 27 milyon dollar investisiya alıb.
Elchi.az xəbər verir ki, bu barədə Osman Gündüz şəxsi Feysbuk hesabında bildirib.
Azərbaycan startap ekosistemində yaxşı tanınan, bu ekosistemin inkişafına yetərincə töhfələr verən dostumuz Qərib bəy Yohannes Koeppel və Zaki Prabovo ilə birgə 2014-cü ildə qurduğu bu startap üçün indiyədək toplam 7 milyon dollar investisiya almışdı.
Xeyli müddət ABŞ da çalışan startap komandası son illər işləri davam etdirmək üçün daha münbit biznes şəraiti olan Amsterdama köçüblər.
Hazırda WeTravel-in ABŞ-da, Niderlandda və Azərbaycanda işçi komandası fəaliyyət göstərir.
Xatırladaq ki, We Travel startapı səyahət təşkilatçılarına vəsait toplamaq, qlobal ödənişləri gerçəkləşdirmək və logistikanı təşkil etmək üçün müxtəlif alətlər və imkanlar təklif edən onlayn ödəniş platformasıdır.
Şayəstə