“Ədəbiyyat tənəzzülə uğradıqca bədii mətn xüsusiyyətlərini sürətlə itirərək didaktikaya çevrilir”. Bunu yazıçı-publisist Həmid Herisçi 1937.az-a göndərdiyi açıqlamasında deyib.
Didaktizmdə ədəbiyyatın süquta uğradığını bildirən Həmid Herisçi bu məqamı taun xəstəliyi kimi qiymətləndirib: “Didaktizmə yoluxmuş yazar artıq şəfa tapmır. Klassik ədəbiyyatımızı da bu xəstəlik məhv etdi, müasir postmodern yazarlarımızı da. Xalqa ağıl qoymaq xəstəliyi Seymur Baycanı, Günel Mövludu, Əli Əkbəri bədii mətn istedadından məhrum etdi. Onları postmodern didaktiklərinə çevirdi”.