Həftəsonu, 22-23 iyulda baş verən yol qəzalarında 11 nəfər ölüb.
Elchi.az xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, həmin müddətdə avtomobil yollarında ölümlə nəticələnən 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.